Şüurlu, yaradıcı əməyə hazırlıq

Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq 4 dekabr 2018-ci il tarixdə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Qadir Abduləzizov açaraq bazar iqtisadiyyatına keçid şəraitində gənclərin peşəyönümü və onların şüurlu yaradıcı əməyə hazırlanmasının mühüm əhəmiyyət kəsb etdiyindən, gənclər arasında peşə və ixtisaslara meyllərin formalaşmasından tədbir iştirakçılarını ətraflı məlumatlandırdı. O qeyd etdi ki, peşəyönümü probleminin həlli həmçinin işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla vətəndaşların gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Sevinc Şəmmədova və peşəyönümü üzrə təlimçi mütəxəssis Sevinc Mirzəyeva iştirak etmişlər.

Rayonun 5 və 3 nömrəli tam orta məktəblərinin direktorları E.Məmmədov və Ə.Ələkbərov,  məktəblərin  müəllim və şagirdləri, valideynlər tədbirdə iştirak etmişlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Q.Abduləzizov,

İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktor əvəzi

Şərh Yaz