Gəzməyə qürbət ölkə…

Azərbaycan səilərinin möhtəşəm uğurları

 

Ulu Şirvan torpağının yetirmələri xanəndə Sahibə Abdullayeva və Aşıq Elman Talıstanlı öz ifaları ilə Azərbaycanın adını yaddaşlarda yaşatdılar.

 

NCİR

 

Uşaqlıq illərimizin min bir nağıllı, əfsanəli, əlçatmaz arzusu İstanbul! Sənun ulu torpağın, mavi göylərin, dənizin, çayın, meşən, gülər üzlü insanların susmaq bilməyən bir nəğmədir. Uca çinarlar, müqəddəs minarələr, möcüzələr diyarı! Bir qarış torpağın arzularımızın sahilidir. Hər bir azərbaycanlı bu torpağı ömrü boyu heç olmasa bircə dəfə görməyi, onun havasından udmağı, suyundan dadmağı da savab bilib. Azərbaycanın Türkiyə ilə həmsərhəd guşələrində duranda dərindən nəfəs almışıq ki, dağların o üzündəki Qarsın, Ərzurumun dərman havasından uda bilək. Lakin ovuc içi qədər yaxın Türkiyə illər boyu bizə “dünyanın o başı” kimi uzaq, qürbət görünüb. Elə buna görə də bu əfsanəvi ölkə şirin, dadlı xəyallarımızın ünvanına dönüb. Hər birimizin ürəyində özümüzün yaratdığımız Türkiyə yaşayıb. Bu diyardan ölkəmizə yolu düşən kəsi bağrımıza basıb əzizləmiş, o yerlərin ətrini almışıq ondan…
Müstəqillik əldə etdiyimiz illərdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin bərpası, qürbət buzunun əriməsi ürəyimizə toxdaq olub. Türk bacı və qardaşlarımızın da bizə hər bir gəlişi toy-bayrama çevrilib. Bu dəfə də belə oldu. Xalqımızın ünlü sənətçiləri Aşıq Elman Talıstanlı və gözəl xanəndə Sahibə Abdullayevanın qardaş ölkədə olmaları, orada maraqlı konsert proqramları ilə çıxışları çox yadda qalıb. Oxuduqları mahnılar, çalğıçılarımızın çıxışları hərarətlə qarşılanıb. Musiqiçilərimiz orada təkcə çıxış etməyiblər, həmçinin Azərbaycan mədəniyyəti, ölkəmizin mədəni həyat səviyyəsi haqqında xoş təəssürat yaradıb və yurdumuza da xoş təəssüratla dönüblər.
Yurddaşlarımızın ölkəmizə qayıtdıqlarını eşidib onları redaksiyamıza dəvət etdik. Xanəndə Sahibə xanım Abdullayeva və Aşıq Elman Talıstanlı ilə söhbətimizi sizə təqdim edirik.

– Elman müəllim, bilirik ki, qardaşrkiyə konsertləriniz anşlaqla keçib. Hər bir sər xoş təəssüratdır. Bu, oxucularız, elə musiqi ictimaiyyəti üçün də maraqlır. İstərdik ki, sər təəssüratları bizimləlüşəsiniz.
– Əvvəlcə bizi qardaş ölkəyə dəvət etmiş İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazinin və Dünya Qarapapaq Türkləri Birliyinin (KARPAT) sədri Erkan Kocalıya mənə verilmiş fürsətdən istifadə edib qəzetiniz vasitəsilə minnətdarlıq etmək istəyirəm. Qeyd edim ki, oktyabrın 11-dən 14-dək bu dəvəti məmnuniyyətlə qəbul edib Türkiyənin Kars şəhərində keçirilən Aşıq Şenlik festivalında olduq.
Oktyabrın 11-də səhər saat 9-da Bakıdan Naxçıvana, oradan da Türkiyəyə uçduq. Qardaş ölkədə bizi – 15 nəfərlik nümayəndə heyətimizi (folklorşünas alimlər Qalib Sailov, Sidiqə Xəyal, jurnalist, Azərbaycan Aşıqlar Birliyinin üzvü Musa Nəbioğlu, şairlər Səadət Novruz, Aidə Gülzar, alim diplomat Südabə xanım, aşıqlar Sərdar Məmmədli, Amil Dadaşov, nağara ifaçısı Eldəniz Şüydayev və başqaları) Türkiyə sərhədində çox böyük hörmətlə qarşıladılar. Bu qarşılanma ömürlük yaddaşımıza həkk olundu. Oradan Qars şəhərinə yola düşdük. Oktyabrın 12-də Sahibə xanımla Karşı vilayətinin Arpaçay kökündə yeni qurulmuş Qız litsəsinin açılışında çıxış etdik. Birgə çıxışımız gurultulu alqışlarla qarşılandı. Oradan da biz Aşıq Şenliyin məzarını ziyarətə yola düşdük. Aşıq Şenliyin məzarını ziyarət etməyimiz bizdə unudulmaz anlar yaşatdı. Məzarı ziyarət etdikdən sonra Aşıq Şenlik yaşadığı kəndin mədəniyyət mərkəzində konsert verdik. Sahibə xanımla buradakı çıxışlarımızın xoş təəssüratları bizi tərk etməyəcək, daha çox yadda qalacaq.
Axşam qaldığımız otelin akt zalında Aşıq Şenlik simpoziumu baş tutdu. Simpoziumda Türkiyədən, İrandan, Azərbaycandan, Borçalıdan görkəmli elm və sənət adamları iştirak edirdilər. Biz burada da konsert verdik. Sahibə xanımın oxuduğu “Şirvan şikəstəsi”ni xüsusi qeyd etmək istərdim. Simpozium iştirakçıları bu ifanı gurultulu alqışlarla qarşıladılar. Elə bil onlar Azərbaycan musiqisinə həsrət idilər, Sahibə xanımın şirin zəngulələri onlarda xoş ovqat yaratdı.
– Bildiyimizə, Qars şərindəki çıxışız ətrafa səs salıb. Mümkünsə bu barə danışardız.
– Bəli, çıxışlarımız getdikcə artırdı. Elə bil konsertlərə köklənirdik. Uğurlu çıxışlarımız davam edirdi. Ertəsi gün axşam saat 5-də Qars şəhərində yerləşən Aşıq Şenlik adına Kültür sarayında Dünya Qarapapaqlar Türkləri Birliyinin (KARPAT) təşkil etdiyi “Aşıq şəhəri” festivalı start götürdü. Çıxışlarımızın operativliyini, dinamikliyi, həmçinin repertuarımızın rəngarəngliyini nəzərə alıb elə festivalın açılışını da bizə etibar elədilər və xahiş etdilər ki, çıxışımıza “Şirvan şikəstəsi”ni də əlavə edək. İnanın, sevincimizdən az qala uçmaq istəyirdik. Belə də etdik. Açılış mərasimində söylədiyim Yunus Əmrənin “Salam olsun” şeiri və Sahibə xanımın oxuduğu “Şirvan şikəstəsi” mübaliğəsiz deyərdim ki, festivalın naxışı oldu və uzun müddət səhnədə gurultulu alqışlarla müşayiət olundu. Çıxışımızın sonunda ustadımız Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini oxudum. Bu da tamaşaçılara unudulmaz və kövrək anlar yaşatdı.
Biz Türkiyədən vətənə bir çox diplom və hədiyyə ilə qayıtdıq. Bizi bu tədbirə dəvət edən,İran Aşıqlar Birliyinin sədri dostum ustad aşıq Səlcuq Şahbazi yeni, Dünya Qarapapaq Türkləri Birliyinin başqanı Erkan Koçərliyə və bizə bu səfərdə dəstək olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova və müavini Sevil Əhmədovaya, yardımçı olmuş digər xeyirxah insanlara da öz dərin təşəkkürümüzü bildiririk.

 

İNCİR

 

Oğuz ellərinin, elə Şirvan ellərinin də saz sarıdan qəribsədiyi, aşığa tamarzı qaldığı günlər olmur. Babadağ, Niyaldağ, Fit dağlarında, diş göynədən bulaqların başında, yaylaqların loğman qoynunda, eləcə də hər evdə ən azı bir cürə saz güllənir. Nəfəsi gül-çiçək ətirli, dili alxışlı qocalar dünyanın gedişatından gələcəyə əriş-arğac tutanda söhbətin gözünə bayatıdan, qoşmadan, təcnisdən ilmə vurar, nağıldan, dastandan naxış salarlar. Söz qoşalaşdıran, söz toqqaşdıran babalarımızın, nənələrimizin nə dərdləri azmışdı yenidənqurma bazarında? Sazınımı yenidən qurmalıydı, sözünümü yenidən qurmalıydı, özünümü yenidən qurmalıydı, ayə nənəm-babam? Yoxsa aşığına “varsax”, torpağına “Arsax”mı deməliydi, atalarımız? “Arsaxda-qarsaxda” ara vurmaq bizdən yox, ermənilərdən qalıb.
Bunu nəyə görə xatırlatdım? Bu gün qədim Şirvanın dilbər guşəsi olan İsmayıllıda aşıq sənətini, saz-söz sənətini yaşadanlar var. Aşıq Yanvar ömrünün şirin çağlarını yaşayır. Aşıq Elman Talıstanlı bu sənəti bütün qüvvəsi ilə yaşadır. Sazla bərabər muğamımız da var. Onu da yaşadanlar, ifasında yaşayanlar var. Bu da əlbəttə ki, uzun müddət tanıdığımız, səsi qəlbimizin içinə hopmuş istedadlı xanəndəmiz Sahibə Abdullayevadır.
Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, hər iki sənətkar Türkiyədə uğurlu çıxışı ilə yadda qaldı. Ardınca da qonşu İran İslam Respublikasına daha bir səfər baş tutdu. Noyabrın 25-dən 28-dək İran İslam Respublikasının Aşıqlar Birliyinin sədri ustad Aşıq Səlcuq Şahbazinin dəvəti ilə Təbriz şəhərində keçirilən Məhəmməd peyğəmbərin festivalına qatılmış hər iki sənətçinin ağızı sözlə doludur. Hiss olunur ki, xoş təəssüratları var. Odur ki, bu dəfə sözü hörmətli sənətkarımız Sahibə xanım Abdullayevaya verdik. Sahibə xanım yaşdıqları xoş anları bizimlə bölüşür:
– Daşdəmir müəllim, mən də öz növbəmdə əvvəlcə sizə – “Ədalət və həqiqət” qəzetinin baş yazarı Cəmil müəllimə, yaradıcı kollektivə minnətdarlıq bildirmək istəyirəm ki, ilk olaraq məhz siz bizi yada salmısınız. Aşıq Elman Talıstanlı ilə bərabər qeyd etmək istəyirik ki, bu səfərimiz də qonşu ölkədə hərarətlə, alqışlarla keçdi. Bizi İran İslam Respublikasının Aşıqlar Birliyinin sədri, Aşıq Elmanın dostu, ustad Aşıq Səlcuq Şahbazi dəvət etmişdi.
Məhəmməd peyğəmbərin festivalına noyabrın 25-də yola düşdük. Biləsuvar kömruk məntəqəsinin İran tərəfində bizi tədbirin təşkilatçıları gül-çiçəklə qarşıladılar. Biz Təbrizə yola düşdük. Təbriz bizə ürəkdən qucaq açdı. Biz Azərbaycanın gözəl şairi Məmmədhüseyn Şəhriyarın dəfn olduğu məzarıstanla üzbəüz yerləşən “İstiqbal” otelində qaldıq. Öncə deyim ki, Təbriz gözəl şəhərdir. Noyabrın 25-də bizi Təbrizdən 30 kilometr aralıda yerləşən Aşıq Qəribin məzarını ziyarətə apardılar. Orada gözəl çıxışlarımız oldu. Aşıq Elmanın çıxışı maraqla qarşılandı.
Onu da deyim ki, İranda qadınların konsertlərdə çıxışları yasaq edilib. Amma bununla belə təbrizlilər məni çox sevirdilər. Məni şəxsi evlərdə qadınlar üçün qurulmuş məclislərə aparırdılar. Hətta bir qadın barmağındakı bahalı bir üzüyü barmağıma taxdı. Bu hədiyyə yox, qarşılanma məni daha gözəl ifalar etməyə həvəsləndirdi.
Ayın 27-si səhər tezdən biz ustad Şəhriyarın məzarını ziyarətə getdik. Böyük bir memorial kompleksdə yerləşən ustad Şəhriyarı ziyarət etmək bizə çox duyğulu anlar yaşatdı. Ustad şairin məzarı başında oxuduğum “Heydər babaya salam” mahnısı toplaşanları çox kövrəltdi. Həmin gün axşam saat 5-də Təbrizin Konfrans mərkəzində İranın Milli Məclisinin deputatları, nazirlər, Təbrizin İmam cüməsinin nümayəndələri və bir sıra mötəbər şəxslər də Məhəmməd peyğəmbərin adına təşkil edilmiş festivala qatılmışdılar. Onların gəlişi qəlblərimizi dağa döndərdi, biz daha şövqlə, böyük ruh yüksəkliyi  ilə ifa etməyə başladıq.
– Sahibə xanım, bəs festival daha çox nə ilə yadda qaldı?
– Azərbaycanda da müxtəlif festivallar, musiqi tədbirləri və mərasimləri keçirilir. Mən də, Aşıq Elman da dəfələrlə belə tədbirlərə dəvət almışıq. Amma Məhəmməd peyğəmbərin adına təşkil edilmiş  festival uzun müddət yadımızdan çıxmayacaq. Çünki İran, Azərbaycan, Türkiyə və Gürcüstandan gəlmiş 300 aşığın çıxışını gözləriniz önünə gətirin. Hər bir ölkənin nümayəndəsi özünün məharət və bacarığını sazda və sözdə nümayiş etdirirdi. Elə bil beynəlxalq yarış idi – söz, saz yarışı… Biz burada da öz çıxışlarımızla fərqləndik. Tamaşaçılar ifalarımızı coşqularla qarşıladılar. İfalarımızın nəticəsi isə diplom və qiymətli hədiyyələr oldu.
Noyabrın 28-də Vətənə qayıtdıq. Hələ də o görüşlərin xoş təəssüratlarını yaşayırıq. Fürsətdən istifadə edib mən də Aşıq Elman Talıstanlı ilə birlikdə bizi bu tədbirə dəvət edən dostumuz, ustad Aşıq Səlcuq Şahnaziyə, Təbrizdə bizə əvəzsiz qayğı göstərən Ağayi Şəhram qardaşımıza, ziyarətimizə gələn, Elmanın təbrizli dostu Ağaya və bizə bu səfərdə dəstək olan bütün insanlara öz dərin minnətdarlığımızı bildirirk.
Hər iki sənətkarımızın üzü gülürdü. Səbəbi də aydındır. Onlar hər iki ölkədən uğurla qayıdıblar, çox şey gətiriblər. Həm türk qardaş-bacılarımızın, həm də iranlı tamaşaçıların, həmçinin bu ölkədə də yaşayan soydaşlarımızın təbəssüm dolu baxışlarını, işıqlı çöhrələrini, bir də ürək dolusu sevgilərinin xoş xatirələrini. Bir də Təbriz nisgilini, İstanbul coşqusunu. Kaş o gözəl torpağları görə biləydim arzusunu qəlblərində yaşadan və bizə də yaşatdıran hər iki sənətçiyə daim zirvələrdə olmağı arzulayırıq.

Daşmir ƏJDƏROĞLU

“Ədalət vəqiqət” qəzeti, 11-31 dekabr 2018-ci il

Şərh Yaz