Qüvvələr səfərbər edilməlidir

Dekabr ayının 11-də İsmayıllı Rayon Mədəniyyət Mərkəzində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyətinin, əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.

Dövlət himni səsləndirildikdən sonra kollecin əyani şöbə üzrə direktor müavini İbrahim Əhmədov  əbədiyaşar, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi ömür yolundan Azərbaycanın bir dövlət kimi tərəqqi edib tanınmasında xidmətlərindən danışıb. O bildirib ki, müasir gənclik Heydər Əliyev dühasından bəhrələnməli, ideyalarının həyata keçirilməsi üçün qüvvələri səfərbər etməlidir. Çünki həmin ideyalar insan faktoruna, Azərbaycan vətəndaşının xoşbəxtliyinə, sabitliyə və tərəqqiyə yönəldilib. Bu ideyalar estafet olaraq nəsildən-nəsilə ötürülməlidir.

Kollec tələbələrinin ifasında Ulu öndərə həsr olunmuş şeirlərdən parçalar və mahnılar səslənib.

Xəyal Məmmədəliyev,

kollecin 4-cü kurs tələbəsi

 

Şərh Yaz