“Mehdi Hüseynzadə – 100” adlı tədbir keçirilib

Təzəkənd kənd tam orta məktəbində Azərbaycan xalqının qəhrəman oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə İsmayıllı RİH-nin nümayəndələri Bəhruz Xələfov, Rayon Təhsil Şöbəsinin nümayəndələri Sevda İsmayılova, Ülviyyə Zeynalova, kənd ictimaiyyətinin nümayəndələri və yaxın kənd məktəblərinin müəllimləri iştirak ediblər.

Tədbiri məktəbin direktoru Elxan Bədəlov açıq elan edib, Dövlət Himni səslənib və oxunub.

Şagirdlər Mehdi Hüseynzadənin keçdiyi şərəfli ömür yolunu və qəhrəmanlığını əks etdirən bədii kompozisiyaları, M.Hüseynzadənin yazdığı şeirləri, çəkdiyi rəsmləri nümayiş etdirib, vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. Daha sonra M.Hüseynzadənin həyat və qəhrəmanlıq yolunu işıqlandıran xatirələrə həsr olunmuş “Uzaq sahillərdə” və “Təxəllüsü Mixaylo” filmlərindən parçalar nümayiş olunub.

B.Xələfov, S.İsmayılova və Ü.Zeynalova çıxış edərək tədbir iştirakçılarına qəhrəmanın həyat yolu haqqında ətraflı məlumatlar verib, bu yolun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsil nümunə olduğunu bildiriblər.

B.Xələfov

Şərh Yaz