Anım gününə həsr olunmuş açıq birincilik

2 dekabr 2018-ci il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, İsmayıllı Olimpiya İdman Kompleksi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo idman növü üzrə 2007-2008-ci il və 2009-2010-cu il təvəllüdlülər arasında açıq rayon birinciliyi keçirilib.
Tədbiri məşqçi müəllim Əkbər Şəfaqətov açıq elan edərək gələn qonaqları salamladı və yarışın mahiyyəti barədə məlumat verib.

Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbova iştirakçıları salamlayıb və ümummilli lider Heydər Əliyev haqqında geniş məlumat verərək idmançılara uğurlar arzulayıb.
Açıq birincilikdə İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Gəncə və Bakı komandaları iştirak ediblər. Ümumilikdə 266 idmançı birincilikdə öz gücünü sınayıb.
Hər çəki dərəcəsində qalib gələn,  I, II və III yeri tutmuş idmançılar Gənclər və İdman İdarəsinin Diplom və medalları ilə təltif olunublar.

S.Əzizov

 

Şərh Yaz