Məqsəd ustalıq səviyyəsini yüksəltməkdir

5-8 dekabr 2018-ci il tarixlərində İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində şagirdlər arasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş açıq şahmat birinciliyi keçirilib.

Yarışa başlamazdan əvvəl məktəbin direktoru  Nəriman Alıyev Ümummilli liderin həyatı və xidmətləri barədə qısa şərh verib. Onlara Heydər Əliyev ideyalarının yaşadılmasının əhəmiyyət və zəruriliyindən söz açıb, eləcə də yarış iştirakçılarına uğurlar diləyib.

Birinciliyin keçirilməsində məqsəd İsmayıllıda şahmat mühitini əsaslı şəkildə gücləndirmək, idmançıların ustalıq səviyyəsini yüksəltməkdir.

Ümummilli liderin anım gününə həsr olunmuş birincilik çox maraqlı keçib. Fərqlənənlərə məktəb rəhbərliyi tərəfindən Diplomlar təqdim olunub.

Tural Haşımov,

məktəbin tədris-hissə müdiri

 

Şərh Yaz