İki sevindirici xəbər

17-26 noyabr tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinə həsr olunmuş “Baku Open 2018” Beynəlxalq Şahmat Festivalı keçirilib.

Bu yarışda 5 ölkədən ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparıb. İsmayıllı təmsilçisi İbrahim Rəhimli festivalın C qrupunda 2008-ci il təvəllüdlü şahmatçılar arasında mübarizədə ikinci olub.

Elə bu yarış ərəfəsində İsmayıllı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi Cahangir Niftalıyev Gənclər və İdman Naziri Azad Rəhimovun əmrinə əsasən Respublika dərəcəli hakim adına layiq görülüb.

İdmançılarımızın uğurlarına sevinir, onlara yeni qələbələr arzulayırıq.

Samir Kərimov,

məşqçi-müəllim

 

Şərh Yaz