İstedadlar tanıdılır

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2018-ci il tarixində Şamaxı rayon Mədəniyyət Mərkəzində Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Qobustan rayonlarından olan istedadların üzə çıxarılması məqsədilə üç nominasiya (bədii qiraət, musiqi, təsviri və dekorativ sənət) üzrə müsabiqənin yekun turu keçirilib.

Müsabiqənin keçirilməsinin əsas məqsədi xalqımızın regiona xas olan qədim mədəniyyətinin, adət-ənənələrinin yaradılması, yeni mədəniyyət nümunələrinin formalaşması, uşaq və gənclərin, istedadlı insanların bədii yaradıcılığının aşkarlanması və təqdimatı, gənc istedadların üzə çıxarılması, uşaq, gənclər və istedadlı insanların yaradıcılığının inkişaf etdirilməsi, yaradıcı insanlara dövlət dəstəyinin göstərilməsidir.

Müsabiqənin münsiflər heyətində rayonun və Respublikamızın tanınmış sənət adamları təmsil olunmuşlar. Müsabiqə qalibləri  24 dekabr 2018-ci il tarixində İsmayıllı rayonunda keçirilən konsertdə elan olunub.

Səbinə Novruzzadə,

“İsmayıllı Regional Mədəniyyət İdarəsinin mətbuat xidmətinin rəhbəri

Şərh Yaz