Biologiya aləminə səyahət

13 noyabr 2018-ci il tarixində Ə.Babayev adına Quşencə kənd tam orta məktəbində fənn müəllimi Kəmalə Ramazanovanın təşkilatçılığı ilə biologiya gecəsi keçirilib. Tədbirdə RİH başçısının Quşencə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar Şirəliyev, Təhsil Şöbəsinin nümayəndələri Mayıl Səftərov, Sevda İsmayılova, Ülviyyə Zeynalova, Leyla Əliyeva, Quşencə bələdiyyəsinin sədri Orxan Ağayev, məktəb rəhbərliyi və fənn müəllimləri iştirak ediblər.

Gecənin keçirilməsində məqsəd şagirdlərin biologiya fənninə dair qeyri-adi bacarıqlarının üzə çıxarılması, yeni təlim metodlarının uşaqların fəallıq səviyyəsinə təsirini müəyyənləşdirmək və ümumilikdə şagirdlərin dünya görüşünə təkan verməkdən, bununla bərabər biologiya fənninin tədrisində fənlərarası əlaqənin fənnin öyrənilməsinə təsirini nümayiş etdirməkdən ibarət olub.

Tədbir boyu şagirdlər bilik və bacarıqlarını müxtəlif səhnəcik, parodiya, sual-cavab, mahnı və rəqslər vasitəsi ilə tamaşaçılara təqdim ediblər.

Biologiya gecəsinin keçirilməsində gənc biologiya müəllimi Kəmalə Ramazanovanın əməyi diqqət çəkib. Əmək fəaliyyətinə elə bu tədris ilində başlamasına baxmayaraq, o, seçdiyi fənni şagirdlərinə də sevdirə bilib.

Müxtəlif fənnlərə inteqrasiya gecəyə xüsusi rəng qatıb. Məsələn, biologiya elminin ədəbiyyata inteqrasiyasında Füzulinin “Söhbəttül Əsmar” əsərindən olan “Meyvələrin söhbəti” öz əksini tapıb. Şagirdlər biologiyanın insan həyatındakı mühüm rolunu “Həkim və xəstə” səhnəciyi ilə tədbir iştirakçılarına çatdırıblar.

Gecənin hazırlanmasında və keçirilməsində fəallıq göstərən şagirdlərə məktəb direktoru tərəfindən Tərifnamələr verilib, qonaqlarla bərabər xatirə şəkli çəkilib.

Həmkarları gənc müəllimi təbrik edib, ona tövsiyə və məsləhətlərini veriblər.

agül Sərov,

ktəbin tədris işri üzrə direktor müavini

Şərh Yaz