Növbəti Şura iclası keçirilib

İsmayıllı Rayon İcra Hakimiyyətinin 2018-ci ilin iş planına uyğun olaraq 30 oktyabr 2018-ci il tarixdə RİH başçısı yanında növbəti Şura iclası keçirilib.
İclasda RİH başçısı yanında Şuranın üzvləri, RİH başçısının İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
İclasın gündəliyinə “Yerli sosial problemlərin aradan qaldırılması və tapşırıqların icrası məqsədi ilə İƏD üzrə nümayəndəliklərlə bələdiyyələrin birgə fəaliyyəti və qarşıda duran vəzifələr barədə” məsələ daxil edilib.
Şura iclasını giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq iclas iştirakçılarını salamlamış, gündəlikdə duran məsələni onların diqqətinə çatdıraraq müzakirələrdə fəal iştirak etməyi tövsiyə edib. Sonra məruzə üçün sözü RİH başçısı aparatının şöbə müdiri Rüstəm Səmədova verib.
RİH başçısı aparatının şöbə müdiri Rüstəm Səmədov 2017-ci il və 2018-ci ilin ötən dövrü ərzində yerli sosial problemlərin aradan qaldırılması məqsədi ilə İƏD üzrə nümayəndəliklərlə bələdiyyələrin birgə fəaliyyəti və əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşıda duran vəzifələr barədə geniş məruzə edib, görülmüş işlərdən danışmış və qarşıda duran vəzifələrin icrasının vacibliyini qeyd edib.
İclasda RİH başçısı yanında Şuranın üzvləri, İsmayıllı rayon Polis şöbəsinin rəisi Telman Ağasiyev, İsmayıllı rayon Prokuroru Tural Yusifov, Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva və eləcə də İsmayıllı şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev, RİH başçısının Sumağallı İƏD üzrə nümayəndəsi Vidadi Xəlilov, Talıstan bələdiyyəsinin sədri Şaiq Məhərrəmov çıxış edərək görülmüş işlərdən və qarşıda duran vacib məsələlərdən danışıblar.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sonda görülmüş müsbət işlərlə yanaşı, nöqsanların da olduğunu qeyd edib. Belə ki, bələdiyyə ərazilərində zəbt olunmuş torpaq sahələrinin açılıb buraxılmasında və əhalinin vergi borclarının bələdiyyələrin büdcəsinə ödənilməsində bələdiyyələrin fəaliyyətinin qənaətbəxş olmadığı bildirib və 2018-ci ilin sonunadək bu işlərdə ciddi dönüş yaradılmasını bələdiyyələrə tövsiyə edib.
Murad Məhərrəmov

Şərh Yaz