Yaddas kitabcasi

Müəllim və tələbələrin minnətdarlığı

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təmir-Tikinti İdarəsi tərəfindən binanın təmir olunmamış korpusunda təmir işləri aparıldıqdan sonra 6 sinif otağı tələbə və müəllim kollektivinə təhvil verildi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun bir sıra idarə və müəssisə rəhbərləri Kollecdə görülmüş işlərlə tanış oldular.
Sonra Kollecin müəllim kollektivi ilə rayon İcra Hakimiyyətinin başçısının görüşü keçirildi. Görüşdə M.Sadıqov Kollecin tədris və təsərrüfat işləri ilə maraqlandı, müəllimlərin arzu və təkliflərini dinlədi, tövsiyələrini verdi.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin inkişaf etdirilməsi, maddi texniki bazasının gücləndirilməsi istiqamətində göstərilən köməkliyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, təhsil naziri Ceyhun Bayramova, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqova, Təmir-Tikinti İdarəsinin müdiri Anar Axundova və görülmüş işlərdə əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.
Kəmalə Süleymanlı,

Şərh Yaz