Uşaqlara qarşı zorakılıq pislənilib

Uşaqlara qarşı zorakılıq pislənilib 30 oktyabr 2018-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun ehtiyaclarının qiymətləndirilməsi” mövzusunda beynəlxalq ekspertin iştirakı ilə Rayon İcra Hakimiyyətində və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində görüş keçirilmişdir.
Görüşdə Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Sevil Əhmədova, RİH başçısı yanında fəaliyyət göstərən zorakılığa qarşı manitorinq qrupunun üzvləri və qonaqlar iştirak etmişdir. Görüş zamanı RİH başçısı yanında fəaliyyət göstərən komissiyaların və monitorinq qrupunun fəaliyyəti müzakirə olunmuş, işi yaxşılaşdırmaq məqsədilə tədbirləri müəyyənləşdirilmişdir.
Nəsimi Teymurov
30 oktyabr 2018-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun ehtiyaclarının qiymətləndirilməsi” mövzusunda beynəlxalq ekspertin iştirakı ilə Rayon İcra Hakimiyyətində və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində görüş keçirilmişdir.

Şərh Yaz