Nüfuzlu universitetinin nümayəndə heyəti İsmayıllıda

Nüfuzlu universitetinin nümayəndə heyəti İsmayıllıda                  17 noyabr 2018-ci il tarixdə ADA Universitetinin 7 xarici, 4 yerli tələbəsi və bir əməkdaşından ibarət nümayəndə heyəti İsmayıllıya səfər edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İcra Hakimiyyətinin konfrans zalında nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Mirdaməd Sadıqov onlara rayonun iqtisadiyyatı, sosial həyatı, qədim tarixi, müasir yüksəlişi, milli-etnik tərkibi, zəngin təbiəti, turizmin inkişafı üçün davamlı stimul olan coğrafiyası, ekologiyası, milli-mənəvi-maddi dəyərləri, tarixi abidələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı, yeni-yeni sərəncamları ilə sürətlə inkişaf edən İsmayıllı Respublika miqyasında yüksək təhsil nəticələri, məhsuldar kənd təsərrüfatı, ziyalılıq və tolerantlıq mühiti ilə tanınır.
17 noyabr 2018-ci il tarixdə ADA Universitetinin 7 xarici, 4 yerli tələbəsi və bir əməkdaşından ibarət nümayəndə heyəti İsmayıllıya səfər edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İcra Hakimiyyətinin konfrans zalında nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan Mirdaməd Sadıqov onlara rayonun iqtisadiyyatı, sosial həyatı, qədim tarixi, müasir yüksəlişi, milli-etnik tərkibi, zəngin təbiəti, turizmin inkişafı üçün davamlı stimul olan coğrafiyası, ekologiyası, milli-mənəvi-maddi dəyərləri, tarixi abidələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı, yeni-yeni sərəncamları ilə sürətlə inkişaf edən İsmayıllı Respublika miqyasında yüksək təhsil nəticələri, məhsuldar kənd təsərrüfatı, ziyalılıq və tolerantlıq mühiti ilə tanınır.
Nümayəndə heyətinin rəhbəri – ADA Universitetində qeyri-dərəcə proqramları üzrə mütəxəssis Elnur İmanbəyli səmimi qəbul və zəngin informasiya üçün qonaqlar adından təşəkkürünü bildirib. Qonaqlar sonra möhtəşəmliyi ilə seçilən şəhər Mədəniyyət Mərkəzinə gedib, burada folklor qruplarının çıxışlarını dinləyiblər.
Lahıc qəsəbəsini görməyə böyük istəklə gedən nümayəndə heyəti bu qədim tarixlər şahidi olan yaşayış məskənindəki şəhərsalma və məişət mədəniyyəti, milli memarlıq üslubu, daş kitabələr, abidələr, tikililər və dağlar qoynunda yeni salınan yol infrastrukturu ilə tanış olublar.
Qonaqlar ən xoş təəssüratlarla Lahıcdan Qəbələyə yola düşüblər.
Azər Bədəlov

Şərh Yaz