Yaddas kitabcasi

Xarakteri bütöv, məsuliyyəti yüksək, səmimi və işgüzar xidmət işçisi

Xarakteri bütöv, məsuliyyəti yüksək, səmimi və işgüzar xidmət işçisi1978-ci ilin avqust ayında rayon xalq maarif şöbəsinə müdir təyin olunmuşdum. İndiki incəsənət məktəbinin birinci mərtəbəsində o zamankı ictimai təminat şöbəsi ilə maarif şöbəsi yerləşirdi. Rəhmətlik Səmayə Həmidova şöbəmizdə işgüzarlığı, ciddiliyi, intizamı, bacarığı və səriştəsi ilə tanınan kargüzar idi. 1977-ci ilin yanvar ayından ictimai təminat şöbəsində (ƏSMM) işə başlayan bacısı Kütahi (biz onu Kifayət kimi tanıyırdıq) Həmidovanı da o zamandan tanımağa başlamışdım. Bu başlanğıc 41 ildir ki, davam edir.1978-ci ilin avqust ayında rayon xalq maarif şöbəsinə müdir təyin olunmuşdum. İndiki incəsənət məktəbinin birinci mərtəbəsində o zamankı ictimai təminat şöbəsi ilə maarif şöbəsi yerləşirdi. Rəhmətlik Səmayə Həmidova şöbəmizdə işgüzarlığı, ciddiliyi, intizamı, bacarığı və səriştəsi ilə tanınan kargüzar idi. 1977-ci ilin yanvar ayından ictimai təminat şöbəsində (ƏSMM) işə başlayan bacısı Kütahi (biz onu Kifayət kimi tanıyırdıq) Həmidovanı da o zamandan tanımağa başlamışdım. Bu başlanğıc 41 ildir ki, davam edir.
Kütahi Həmidova Bakı Kooperativ Texnikumunu qurtarandan sonra çox vacib olan sosial xidmət sahəsində əmək fəaliyyətinə başlayıb və 42 ildir ki, bu fəaliyyət Kütahi xanımı tanıyanları, onun xidmət göstərdiyi sahə ilə əlaqəli olan sakinləri razı salır.
Mənalı keçirdiyi illərlə, xidmət məsuliyyətini dərindən dərk etməklə, əmək haqqından əlavə icra etdiyi vəzifəyə görə heç zaman heç kəsdən təmənnada olmayan Kütahi Həmidova sosial xidmət sahəsinin nümunəvi işçisi, qayğıkeş, işgüzar və səmimi dövlət qulluqçusu kimi tanınır. Kütahi xanımın diqqətəlayiq keyfiyyətlərindən biri də odur ki, o, gənc işçilərə ana qayğısı ilə yanaşır, təcrübəsini onlara öyrədir. Ehtiyac duyan kimdənsə köməyini əsirgəmir. 2017-ci ildə rayonda keçirilən Dövlət Qulluqçuları günündə Kütahi Həmidova səmərəli iş fəaliyyətinə və rayonun ictimai həyatında fəal iştirakına görə İsmayılı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub, keçmiş xidmət illərində çoxsaylı təşəkkürlər və mükafatlar alıb.
Kütahi Həmidova işlə, ailəsinin həyatı ilə məsuliyyətlə yaşayan bir əməkdaş, bir ana və artıq bir nənədir. O, mənəvi dəyərlərimiz əsasında iki övlad böyüdüb, onların ali təhsil almaları üçün əsil valideyn fədakarlığı göstərib.
Ömrün bu mərhələsində qəbahət olmaz ki, xanımın yaşından danışım. 60 yaşın zirvəsinə çatan Kütahi xanımın yubileyi DSMF-nin rayon şöbəsində qeyd edilib. Şöbənin müdiri Kamran Muradov K.Həmidovanın məhsuldar əmək fəaliyyətindən danışıb,onu təbrik edib. Şöbə müdirinin müavini Asif Cabbarov, pensiya sektorunun müdiri Ramiz Səfərov, digər əməkdaşlar Fuad Məmmədəliyev və Vaqif Salehov çıxışlarında iş yoldaşları barədə xoş sözlər deyib,onu təbrik ediblər.
K.Həmidova ölkədə, İsmayıllıda hər bir vətəndaşın uğurlu əmək fəaliyyəti, sosial həyatı üçün yaratdığı şəraitə görə Dövlət başçısına minnətdar olduğunu bildirib, əməyini qiymətləndirən RİH-nin rəhbərliyinə təşəkkür ünvanlayıb, haqqında xoş sözlər deyən iş yoldaşlarından razılıq edib.
Sonda o qənaətə gəlirəm ki, yaxşıları yaxşı görüb yaxşı dəyərləndirdikcə yaxşıların, yaxşılıqların da sayı artır. Bu sırada Kütahi Həmidova kimi məsuliyyətli xanım əməkdaşların yeri diqqətəlayiq səviyyədə aydın görünür.
V.Salehov

Şərh Yaz