Ətraf mühiti yaşıllaşdırırıq

Ətraf mühiti yaşıllaşdırırıq                 “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı bu fikirləri təbiətə qlobal yanaşmanı ortaya qoymaqla yanaşı, hər bir ölkə üçün də ayrılıqda ümumi tezis kimi dəyərlidir. Məhz Ulu öndərin strateji istiqamət kimi qarşıya qoyduğu ekoloji problemlərin həlli məsələləri ölkəmizdə ətraf mühitin mühafizəsində böyük rol oynamışdır.“Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı bu fikirləri təbiətə qlobal yanaşmanı ortaya qoymaqla yanaşı, hər bir ölkə üçün də ayrılıqda ümumi tezis kimi dəyərlidir. Məhz Ulu öndərin strateji istiqamət kimi qarşıya qoyduğu ekoloji problemlərin həlli məsələləri ölkəmizdə ətraf mühitin mühafizəsində böyük rol oynamışdır.
Artıq neçə illərdir ki, yaz və payız aylarında respublikamızın hər yerində yaşıllaşdırma işləri geniş vüsət alır. Bu məqsədlə Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA ictimai birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verilib.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci 17 noyabr 2018-ci ildə bu aksiyaya qoşularaq müəllim və tələbə kollektivinin iştirakı ilə ətraf mühitin yaşıllaşdırılması istiqamətində kollec ərazisində 300 ədəd meyvə ağacı və bəzək kolu əkib. Həmçinin, qarşıdakı günlərdə yeni əkiləcək ağaclar üçün quyular qazılıb hazır vəziyyətə gətirilib.
Şəlalə Abışova,
Kollecin əməkdaşı

Şərh Yaz