Yaddas kitabcasi

Məktəblilər arasında basketbol yarışı keçirilib

Məktəblilər arasında basketbol yarışı keçirilib          10 noyabr 2018-ci il tarixində İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq İsmayıllı məktəbliləri arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirilib.10 noyabr 2018-ci il tarixində İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin idman bazasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq İsmayıllı məktəbliləri arasında basketbol idman növü üzrə rayon birinciliyi keçirilib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov tədbiri açıq elan edib və yarışın mahiyyəti barədə iştirakçılara məlumat verib.
Rayon Təhsil Şöbəsinin metodisti İlham Vahabov çıxış edərək keçirilən yarışın məqsədi haqqında danışıb və komandalara uğurlar arzulayıb. Gərgin keçən yarışda 12 komanda iştirak edib. Birinciliyi Qubaxəlilli tam orta məktəbinin komandası əldə edib. Yarışa sahiblik edən meydan sahibləri ikinci olublar. Üçüncü yerə Talıstan kənd tam orta məktəbinin komandası yiyələnib.
Kamilə Bağırova

Şərh Yaz