Voleybolçularımızın uğuru

Voleybolçularımızın uğuru Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmançıları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq 7 noyabr 2018-ci il tarixində İsmayıllı rayon məktəbliləri arasında voleybol idman növü üzrə keçirilən yarışda Ə.Babayev adına Quşencə kənd tam orta məktəbinin voleybol komandası ikinci yeri tutub. Məlumat üçün qeyd edək ki, birincilik uğrunda 14 komanda mübarizə aparıb.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Məktəb İdmançıları Federasiyasının birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq 7 noyabr 2018-ci il tarixində İsmayıllı rayon məktəbliləri arasında voleybol idman növü üzrə keçirilən yarışda Ə.Babayev adına Quşencə kənd tam orta məktəbinin voleybol komandası ikinci yeri tutub. Məlumat üçün qeyd edək ki, birincilik uğrunda 14 komanda mübarizə aparıb.
Komandanın qazandığı uğurda məktəbin fiziki tərbiyə müəllimi Ziya Əliyevin əməyi diqqətəlayiqdir. Z.Əliyev MİQ imtahanlarında yüksək nəticə əldə edərək sənətinin vurğunu və bilicisi olduğunu da elə bu il təsdiqləyib. Qısa müddət ərzində əldə olunan sevindirici nəticə göstərir ki, məktəbin şagirdləri qarşıdakı digər idman yarışlarında da qaliblərin sırasında olacaqlar.
Məktəbin müəllim və şagird heyəti Ziya müəllimi və qızlardan ibarət voleybol komandasının üzvlərini təbrik edir, onlara yeni və daha yüksək qələbələrin sevincini arzulayırlar.
Ağagül Səfərov,
məktəbin tədris işləri üzrə direktor müavini

Şərh Yaz