İşsizlikdən sığorta barədə dəyirmi masa

İşsizlikdən sığorta barədə dəyirmi masa                  Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 5 noyabr 2018-ci il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar” işəgötürənlərin məlumatlandırılması mövzusunda idarə, müəssisə və təşkilatların aidiyyatı qrumlarının, fiziki şəxslərin iştirakı ilə Dəyirmi masa keçirilmişdir.Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 5 noyabr 2018-ci il tarixdə İsmayıllı rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar” işəgötürənlərin məlumatlandırılması mövzusunda idarə, müəssisə və təşkilatların aidiyyatı qrumlarının, fiziki şəxslərin iştirakı ilə Dəyirmi masa keçirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə, həmkarlar təşkilatlarının nümayəndələri və sahibkarlar , cəmi 33 nəfər iştirak etmişdir.
Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru vəzifəsini icra edən Qadir Abduləzizov açaraq 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi, məşğul şəxslər haqqında, münasib iş haqqında, məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi haqqında, peşə hazırlığı, ictimai işlərin təşkili, peşəyönümünə dair məsləhət xidmətlərinin işi barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Qanunun tətbiqi ilə əlaqədar Məşğulluq Mərkəzinin baş məsləhətçisi Namiq Bağıyev çıxış edərək, bildirmişdir ki, artıq 1 yanvar 2018-ci il tarixdən işsizlik müavinəti ləğv olaraq “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minmişdir. Yeni qanuna görə yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
Tədbirdə Peşə Tədris Mərkəzinin müəllimi, şəhər 2 nömrəli tam orta məktəbinin direktor müavini, rayon mərkəzi xəstəxanasının kadrlar üzrə mütəxəssisi çıxış edərək mövzunun aktuallığından, problemlərin həlli yolları barəsində tədbir iştirakçılarına öz fikirlərini bildirmişlər.
Sonda 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə işəgötürənləri maraqlandıran suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.
Q.Abduləzizov,
İsmayıllı Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən

Şərh Yaz