Yaddas kitabcasi

“Gənc ekoloqların təmiz kəndi” layihəsinə start verilib

“Gənc ekoloqların təmiz kəndi” layihəsinə start verilibİsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində, Qalacıq məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Regional Bilik Evinin birgə təşəbbüsü ilə “Gənc ekoloqların təmiz kəndi” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Qalacıq kənd tam orta məktəbinin 50-dən artıq şagirdi iştirak edib. Təqdimat zamanı layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, layihənin məqsədi ekoloji proseslərin həlli istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmaq, bəzi neqativ tendensiyaların aradan qaldırılmasına təsir göstərmək, gənclərin ekoloji mövzuda biliklərinin artırılması və təbiətə qarşı daha həssas yanaşmasına nail olmaqdır.
İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində, Qalacıq məktəbi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Regional Bilik Evinin birgə təşəbbüsü ilə “Gənc ekoloqların təmiz kəndi” layihəsinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Qalacıq kənd tam orta məktəbinin 50-dən artıq şagirdi iştirak edib. Təqdimat zamanı layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, layihənin məqsədi ekoloji proseslərin həlli istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmaq, bəzi neqativ tendensiyaların aradan qaldırılmasına təsir göstərmək, gənclərin ekoloji mövzuda biliklərinin artırılması və təbiətə qarşı daha həssas yanaşmasına nail olmaqdır.
Layihə çərçivəsində məktəbin nəzdində yaradılmış Gənc ekoloqlar könüllü komandası ekoloji maarifləndirmə işləri və ekoloji aksiyalar həyata keçirəcəkdir. Qeyd olunub ki, layihə ətraf mühitə müasir baxış, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun qanunverici bazası, ekoloji sivilizasiya, insan hüquqları kontekstində beynəlxalq ekoloji standartların təhlili, canlı aləmin mühafizəsində məktəblilərin hüquqi məsuliyyəti kimi məsələləri əhatə edir.
Təqdimat mərasimində məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənc ekoloqlar” könüllü komandası təsis edilib, ekoloji sosial maarifləndirici videoçarx və slayd nümayiş etdirilib. Ekoloji mövzuda müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz