Filmin təqdimatı keçirilib

Filmin təqdimatı keçirilib                           Talıstan kənd Yaradıcılıq mərkəzində aşıq Elman Mehdiyevin həyat və yaradıcılığına həsr olunmuş “Talıstandan gələn səs” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə aşıq Yanvar Bədəlov, Təbriz şəhərindən gəlmiş aşıq İsa Təbrizli, Borçalı aşıq məktəbinin davamçılarından Aidə Gülzar, folklorşünas Gülqardaş Zülfüqarov, Yazıçı-publisist Məmməd Mirzə, şair Şahməmməd Dağlaroğlu, yazıçı Təranə Cəbiyeva və digər tanınmış mədəniyyət, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Talıstan kənd Yaradıcılıq mərkəzində aşıq Elman Mehdiyevin həyat və yaradıcılığına həsr olunmuş “Talıstandan gələn səs” filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə aşıq Yanvar Bədəlov, Təbriz şəhərindən gəlmiş aşıq İsa Təbrizli, Borçalı aşıq məktəbinin davamçılarından Aidə Gülzar, folklorşünas Gülqardaş Zülfüqarov, Yazıçı-publisist Məmməd Mirzə, şair Şahməmməd Dağlaroğlu, yazıçı Təranə Cəbiyeva və digər tanınmış mədəniyyət, ədəbiyyat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri “Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı aparıb. Aparıcının E.Mehdiyev haqqında ətraflı məlumatından sonra çıxışlara yer verilib. Aşıq Yanvar Bədəlov, aşıq Cavid Əmiraslanov, müəllim Aydın Əzizov Şirvan aşıq məktəbinin istedadlı yetirməsi haqqında çəkilmiş filmin mahiyyətindən söz açıblar.
Filmə baxışdan sonra çəkiliş qrupuna, xüsusilə ssenari müəllifi İnam Hacıyevə və rejissor Aslan Vəliyə, “SƏS” Tv-nin kollektivinə kənd sakinləri, saza, sözə dəyər verən ictimaiyyət nümayəndələri adından təşəkkür ifadə olunub.
Tədbir iştirakçıları Aşıq Elmana yeni yaradıcılıq uğurları arzulayıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz