Yaddas kitabcasi

Sıx birləşməli, birliyimizi dünyaya bəyan etməliyik

Sıx birləşməli, birliyimizi dünyaya bəyan etməliyik            İsmayıllı Dövlət Humanitar Və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə əyani şöbə müdiri İbrahim Əhmədov, təsərrüfat işləri üzrə direktor müavini Г‡ingiz Aslanov, baş mühasib Qədir Qədirov da iştirak edib. Tədbir hər bir kəlməsi ilə insanı qürurlandıran Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İsmayıllı Dövlət Humanitar Və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 12 Noyabr – Konstitusiya Günü və 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə əyani şöbə müdiri İbrahim Əhmədov, təsərrüfat işləri üzrə direktor müavini Г‡ingiz Aslanov, baş mühasib Qədir Qədirov da iştirak edib. Tədbir hər bir kəlməsi ilə insanı qürurlandıran Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
TGT-nin sədr müavini Xəyal Məmmədəliyev Azərbaycan Respublikasının Konstitusiyası haqqında geniş məlumat verib. Konstitusiyadan irəli gələn hüquq və vəzifələrimiz barədə tələbələrdən Leyla Dilənova, Xumar Muradova, Günay Əlizadə, İbrahim Səfərov, Gülyaz Abdulhüseyinov bilgilərini açıqlayıblar.
Qeyd olunub ki, hər bir vətəndaş hüquqlarını bilməli və onlardan istifadə etməlidir. Hüquqlarımızla yanaşı qanun qarşısında vəzifə borclarımız da vardır. Borcluyuq ki, müstəqil Azərbaycan Respublikasında savadlı, vətəninə, dövlətçiliyə, xalqa, onun tarix və mədəniyyətinə, milli, ümumbəşəri dəyərlərimizə hörmət edən nəsil kimi yetişək.
Bu gün müstəqilliyimizi qorumaq, işğalda olan torpaqlarımızaa sahib çıxmaq üçün Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməli və birliyimizi bütün dünyaya bəyan etməliyik.
X.Məmmədəliyev,
Kollecin 4-cü kurs tələbəsi

Şərh Yaz