Həftə maraqlı keçib

Həftə maraqlı keçib                            İsmayıllı MKS-nin Uşaq şöbəsi formalaşmış ənənəyə sadiq olaraq “Cizgi filmi həftə”si elan edib.
Kitabxana əməkdaşları balaca qonaqlarına cizgi filmləri nümayiş etdirib, animasiya filmlərinin yaranması barədə məlumatlar veriblər.
Balacalara izah olunub ki, kino sənətinin əsas növlərindən biri cizgi filmidir. Belə əsərlər kağız üzərində və ya komyüterdə çəkilmiş şəkillərin ərsəyə gətirilməsi nəticəsində yaranır.İsmayıllı MKS-nin Uşaq şöbəsi formalaşmış ənənəyə sadiq olaraq “Cizgi filmi həftə”si elan edib.
Kitabxana əməkdaşları balaca qonaqlarına cizgi filmləri nümayiş etdirib, animasiya filmlərinin yaranması barədə məlumatlar veriblər.
Balacalara izah olunub ki, kino sənətinin əsas növlərindən biri cizgi filmidir. Belə əsərlər kağız üzərində və ya komyüterdə çəkilmiş şəkillərin ərsəyə gətirilməsi nəticəsində yaranır.
Cizgi filmləri əsasən uşaqlar üçün nəzərdə tutulur. Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəlllərinə təsadüf edir.
Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlar kompyuter animasiyası deyil. Bu cür filmlər hazırda çox inkişaf edərək geniş yayılıb. Məhz bu filmlərdən bir neçəsi uşaqlara nümayiş olunub.
Balacalar və cizgi filmini sevənlər “Cizgi filmi həftəsi”ndən razı qalıblar.
İnqa Namazova

Şərh Yaz