Ağacəkmə aksiyası keçirilib

Ağacəkmə aksiyası keçirilib                             Rayonun Kürdmaşı bələdiyyəsi “Bayraq günü” ilə əlaqədar kənddəki ümumi istifadə yerlərində ağacəkmə aksiyası keçirib.
Redaksiyamıza bu barədə məlumat bələdiyyənin sədri Tünzalə Abdullayevadan gəlib.
Sədrin açıqladığına görə baramaçılığın inkişafı məqsədiylə əvvəlcədən ayrılmış ərazilərdə aqrotexniki qaydada 100 tut tingi əkilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Kürdmaşı kənd icra nümayəndləyinin də yaxından iştirakıyla keçirilən aksiyada bələdiyyə üzvləri və icra nümayəndəliyinin kollektivi ilə yanaşı, gənc könüllülər də iştirak edib.
“İsmayıllı xəbərləri”

Rayonun Kürdmaşı bələdiyyəsi “Bayraq günü” ilə əlaqədar kənddəki ümumi istifadə yerlərində ağacəkmə aksiyası keçirib.

Şərh Yaz