Yaddas kitabcasi

İki tədbir bir arada

İki tədbir bir arada                   8 noyabr 2018-ci il tarixdə Kürdmaşı kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Ailədə və cəmiyyətdə uşaq hüquqlarının müdafiəsinə dair açıq söhbət” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin drektoru Məhəbbət Qəmbərova açıb. Mövzu barədə qısa məlumat verib.
Tədbirdə iştirak edən RİH-nin başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova uşaqların ailədə və cəmiyyətdə yeri, onların hüquqları, yaş həddinin uşaq hüquqlarının yaranmasına təsiri, uşaqlara dövlət qayğısı barədə bilgiləri çatdırıb.8 noyabr 2018-ci il tarixdə Kürdmaşı kənd tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Ailədə və cəmiyyətdə uşaq hüquqlarının müdafiəsinə dair açıq söhbət” mövzusunda tədbir keçirilib. Tədbiri məktəbin drektoru Məhəbbət Qəmbərova açıb. Mövzu barədə qısa məlumat verib.
Tədbirdə iştirak edən RİH-nin başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova uşaqların ailədə və cəmiyyətdə yeri, onların hüquqları, yaş həddinin uşaq hüquqlarının yaranmasına təsiri, uşaqlara dövlət qayğısı barədə bilgiləri çatdırıb.
Tədbir pedaqoji kollektivin və şagirdlərin fəal iştirakı ilə 9 Noyabr – Bayraq Gününə həsr edilmiş təntənəli bayram şənliyi ilə davam etdirilib.
RİH rəsmisi Pakizə Abbasova tədbir iştirakçılarını əlamətdar bayram münasibəti ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından təbrik edib.
O, ölkə başçısının apardığı düzgün daxili və xarici siyasətin nəticəsi olaraq dövlətçiliyimizin, suverenliyimizin rəmzi olan Azərbaycan Bayrağının tezliklə Qarabağda vüqarla dalğalanacağına inandığını bildirib.
Tünzalə Abdullayeva,
məktəbin müəllimi

Şərh Yaz