Milli şüur, maarifçilik ənənələri

Məqalə “Parlament Jurnalistləri Birliyinin “Azərbaycan Xalq Cümhuriyyəti –“ 100” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur”.
Milli şüur, maarifçilik ənənələriMilli şüur, maarifçilik ənənələri
Bu gün Dünya svilizasiyasına inteqrasiya etmiş müasir Azərbaycan mətbuatı, maarifçilik ənənələri öz başalnğıcını Cumnuriyət dövründən götürmüşdür.
Belə ki, həmin vaxtlara qədər uzunmüddətli əsarət altında qalan xalqımızın təhsil almaq, demokratiya və söz azadlığı imkanları yox idi. Vətənimizdə müstəmləkə əsarəti həyata keçirən Г‡AR Rusiyası da Azərbaycanlıların təhsil amamasında, milli oyanışın olmamasında maraqlı idilər. Lakin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra xalqımız maariflənmək, öz mili-mənəvi dəyərlərinə sahib çıxmaq imkanı qazandı. Dövlət ilə yanaşı o dövrün ziyalıları da milli mətbuartın inkişafına dəstək olurdular. Azərbaycan mətbuatı tarixində 1918-20 illər bütün əvvəlki dövrlərə nisbətən ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrildi. Milli şüur, maarifçilik ənənələriİki il içərisində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır. Cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyil, hər şeydən əvvəl ideya-məzmun zənginliyində idi. Hələ 1875-ci ildən Həsən bəy Zərdabinin təməlini qoyduğu milli mətbuat da öz intibah dövrünü məhz elə Cümhuriyyət illərində yaşamağa başladı. Təbbidir ki, bütün bu imkanlar ağır çətinliklər bahasına başa gəlmişdi. Cümhuriyyət mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verib. Yaxın və Orta Şərqdə ilk demokratik dövlət qurumu olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətində müsbət cəhətlərin, o cümlədən, xalq maarifi sahəsindəki misilsiz təşəbbüslərin üzərindən Sovetlər dövründə uzun müddət sükutla keçmişdir. Bu gün aradan yüz il keçəndən sonra, xüsusilə, aydın görünür ki, demokratik hökumətin bu sahədəki fəaliyyəti, həqiqətən, öz bəşəri, humanist məzmunu ilə seçilir.
AXC mədəni-maarif sahəsindəki siyasətində milli mənafelərə hörmət prinsipi çox yüksək tutulur və demokratik xarakter daşıyırdı. Bu siyasət Azərbaycanda yaşayan bütün millətlərin mənafeyinə uyğun idi, onların mədəni inkişafı üçün geniş və real imkanlar açmış, 23 aylıq qısa ömrü ərzində bir çox tarixi əhəmiyyətli qərarlara imza atmışdır. 1918-20 illər mətbuatın ideya isitiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökümətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi. Milli şüur, maarifçilik ənənələri
Cümhuriyyət Höküməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi.Müstəqil Azərbaycan Respublikası həmin AXC-nin siyasi-hüquqi varisidir. Hazırda istifadə etdiyimiz bir çox dövlətçilik atributlarımız cümhuriyyətimizdən bizə miras qalmışdır. Müasir müstəqil Azərbaycan öz sələfinin 1920-ci il bolşevik işğalı nəticəsində yarımçıq qalmış bir sıra planlarını həyata keçirmiş və hazırda da bu proses davam etməkdədir. O dövrdə yarımçıq qalmış strateji hədəflərdən biri də xaricdə təhsil siyasəti və potensial kadrların xalqın və dövlətin inkişafı üçün istiqamətləndirilməsi olmuşdur.
Xalq maarifinin inkişafı, mədəni həyatın təşkil olunması istiqamətində milli mətbuatın rolu böyükdür. Sözsüz ki, yenicə yaranmış cümhuriyyətin mətbu orqanları da tam formalaşmamış, ölkədə mövcud olan savadsızlıq, kadr çatışmazlığı əsas problemlərdən birinə çevrilmişdi. O dövrdə savadsızlığın ləğv edilməsi sahəsində mühüm addımlar atılmışdı.
Azərbaycan hökumətinin siyasətində mədəni-maarif islahatından danışarkən, ilk növbədə, Azərbaycan dilinin dövlət dili elan edilməsi Bakı Dövlət Universitetinin təşkili, milli kadrlar yetişdirməyə yönəldilmiş tədbirlər, ana dilində məktəblərin açılması, azərbaycanlı tələbələrin ali təhsil almaq üçün Avropa ölkələrinə göndərilməsi və sair tədbirlər qeyd edilməlidir. Sonralar Bakı Dövlət Universtiteti Neçə-neçə mili mətbuat fədailərinin təhsil ocağı oldu. Г‡oxsaylı maarifvərpər vətəndaşlar yetişdirdi. Demokratik hökumətin 1918-ci il 30 iyun tarixli qərarına əsasən, Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və onun kadrlarla təmin edilməsi sahəsində tədbirlər görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Artıq milli mətbuatın ana dilində çapa getməsi xalqın mədəni oyanışı və mətbuatda çxış etmək imkanlarını artırırdı.
Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdur.
Azərbaycanın 1918-20 illərdəki dövri mətbuatı əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki, gənclərə məxsus “Gənclər Yurdu”, tələbə və müəllimlərə aid “Əfkari-mütəəllimin”, elm və incəsənət xadimlərinin “Mədəniyyət” kimi qəzet və jurnalları nəşr olunurdu. Onların səhifələrində milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr dərc olunurdu.
1919-cu il martın 11-də nəşrə başlayan “Övraqi-nəfisə” jurnalı Azərbaycan mətbuatı tarixində ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart-avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş həmin jurnalın redaktoru Əlabbas Müzhib, naşiri bəstəkar Zülfüqar bəy Hacıbəyli, rəssamı Əzim Əzimzadə idi. Jurnalın səhifələrində Firidun bəy Köçərli, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Zülfüqar Hacıbəyli, Əlabbas Müzhib, Əmin Abid, Məhəmməd Hadi və başqa müəlliflər çıxış edirdilər. Jurnalda musiqi, teatr, memarlıq abidələri haqqında məqalələr və fotoşəkillər dərc olunur, aktyorların həyatı və səhnə fəaliyyət barədə yazılar verilirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına, qanlı daşnak irticasına dair yazılar da topluda geniş yer tuturdu. “Övraqi-nəfisə”də milli özünüdərkin, milli ruhun aşılanması, türkləşmək, islamlaşmaq, müasirləşmək ideyalarının təbliği məsələləri böyük əhəmiyyət kəsb edirdi. Jurnalın 5-ci sayında yazıldığına görə, “Övraqi-nəfisə” kağız qıtlığı üzündən bağlanmışdır.
AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə, mətbu orqanların nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarif və ədəbiyyatının görkəmli nümayəndələri Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər.
Azərbaycan parlamentinin qərarına əsasən, 1919-cu il sentyabrın 1-də Bakıda universitetlər təşkil edilməsi haqqında 10 maddəli qanun hazırlandı.
Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı.
Azərbaycan hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin –“ Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu.
Lakin Рѕ dövrdəki tarixi şərait yalnız bir ali məktəbin –“ Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.
Təəssüflər olsun ki, Şərqdə ilk demokratik respublikanın min bir əziyyətlə xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi 1920-ci il aprel işğalından sonra acınacaqlı oldu. Xalqın milli şüurunun oyanışından narahat olan Sovet hakimiyyəti bir sıra mətbu orqanlar bağlamağa başladı, bununla da maarifçilik, həmçinin mətbuat sahəsinə ağır zərbələr vuruldu.
Beləliklə, yenicə yaranmış cümhuriyyət başının üstünü almış rus-sovet işğalı təhlükəsinə, erməni quldur dəstələrinin törətdiyi təxribatlara, daxildə partiyalararası mübarizələrə baxmayaraq, mətbuatı bütün çətinliklərə sinə gərərək daha da möhkəmlənir, daha da genişlənməyə başlayır, çətin və şərəfli missiyasının öhdəsindən gəlir. Bu təşəbbüs, bu şərəfli irs bu gün də müstəqil Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. Hər il dövlətimizin dəstəyi ilə milli mətbuata diqqət və qayğı artırılır.
AXC-nin fəaliyyətinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev vermişdir. Ümummilli lider demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. Ümummilli liderin qeyd etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur.Milli şüur, maarifçilik ənənələri
2018-ci il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında sərəncam imzalamış və 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir. Dövlət başçısın 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini tarixi hadisədir və bu qərar Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyərdir.
Ziba Məmmədova,
Müstəqil jurnalist

Şərh Yaz