İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova

Hörmətli Mirdaməd müəllim!

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş quruculuq və abadlıq işləri həyata keçirilir.
Dövlətimizin başçısı, cənab Prezidentimiz İlham Əliyevin imtiyazlı təbəqədən olan insanlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial rifah şəraitinin yaxşılaşdırılması istiqamətində də mükəmməl tədbirlər həyata keçirilir.
İsmayıllı şəhəri, M.F.Axundov küçəsindəki 27 məzilli binanın zirzəmisinin olmaması ucbatından nəmişlik nəticəsində binanın birinci mərtəbəsi bərbad vəziyyətə düşmüşdü. Tapşırığınıza əsasən İsmayıllı Rayon Mənzil İstismar Sahəsi tərəfindən səkkiz mənzil əsaslı surətdə, yüksək keyfiyyətlə, tam təmir olundu.
Təmir işində idarənin rəisi İsmayıl Tarverdiyev, iş icraçısı Hikmət Hümbətov yüksək fəallıq göstərdilər. Bu işdə əməyi olan hər bir kəsə, xüsusən də Sizə səkkiz ailənin üzvləri adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Sakinlər adından hörmətlə:
Əlişir Məcidov,
II qrup Qarabağ müharibəsi əlili

Şərh Yaz