2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları

2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun M Ə R U Z Ə S İ

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilmişdir. Cənab Prezident ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakterli tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Bütün bunlara baxmayaraq 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun M Ə R U Z Ə S İ
2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilmişdir. Cənab Prezident ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakterli tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Bütün bunlara baxmayaraq 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
Cənab Prezident diqqətə çatdırmışdır ki, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafı üçün ardıcıl addımlar atılır. Düşünülmüş iqtisadi siyasət, islahatların həyata keçirilməsi və aparılan sənayeləşmə siyasətinin nəticəsində bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Gəlirlər inflyasiyanı üstələyir, inflyasiya cəmi 2,6 faiz olduğu halda əhalinin gəlirləri 9,5 faiz artmışdır.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu da iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.
İlin əvvəli ilə müqayisədə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, 45 milyard dollara çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz, ixrac da təxminən bir o qədər artıb. İxracın təxminən 14 faizi qeyri-neft məhsulları hesabına artıb. Bu da çox müsbət haldır.
Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır.
Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılır. Ölkədə yeni məktəb və səhiyyə obyektləri tikilir, köhnə obyektlər əsaslı təmir olunur. Yol, içməli su, təbii qaz və digər infrastruktur layihələri icra edilir.
2018-ci ilin 9 ayı rayonumuz üçün də yaddaqalan hadisələrlə zəngin olmuşdur. 25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya tarixi səfər etmişlər. Cənab Prezidentə iqtisadi və sosial sahənin inkişafı üçün qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. Ölkə rəhbəri görülən işlərdən razı qaldığını, rayonumuzun Respublikanın ən qabaqcıl rayonları sırasına çıxması üçün hərtərəfli köməklik göstərəcəyini bildirmiş və müvafiq tapşırıqlar vermişdir.
Rayona səfəri zamanı cənab Prezident Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin istifadəyə verilən müasir heyvandarlıq kompleksinin, Keyvəndi-Bəhliyan avtomobil yolunun, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, “Azərxalça” ASC-nin İsmayıllı filialının, yenidənqurma və bərpadan sonra Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın açılışında, avqustun 26-da isə yeni salınan 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və Lahıc qəsəbəsinə təbii qazın verilməsinin açılışında iştirak etmişdir.
Cənab Prezident “Azərxalça” ASC-nin İsmayıllı filialının işçiləri və Lahıc qəsəbəsində qazın verilməsi mərasimində qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə görüşü zamanı xalçaçılıq sənətinin bizim milli sərvətimiz olduğunu, Azərbaycanda xalçaçılığın çox böyük tarixi və böyük gələcəyi olacağını, xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün dövlət tərəfindən daim dəstək veriləcəyini qeyd etmişdir. Lahıc qəsəbəsinin tarixi bir yer, Azərbaycanda, hətta regionda unikal qədim yaşayış diyarı olduğunu, burada çox nadir memarlıq ansamblının mövcudluğunu, küçə və binaların özlüyündə milli bir sərvət olduğunu, burada işləyən və yaşayan insanların əl işləri ilə bu qəsəbəni dünya səviyyəsində təqdim etdiyini qeyd edən cənab Prezident Lahıca minlərlə, on minlərlə turist gəldiyini vurğulamışdır. Turizmin Azərbaycanda prioritet istiqamətlərdən biri olduğunu, nə qədər çox turist gələrsə, ölkəmizə o qədər də çox pul gələcəyini, xidmət sektorunun inkişafına təkan verəcəyini bildirmişdir.
Dövlət başçısı İsmayıllıya səfərindən dərhal sonra rayonda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün “Azərxalça” ASC-yə 2,4 milyon manat, İsmayıllı Rayon İcra Hakimiyyətinə 100 yerlik yeni uşaq bağçasının tikilməsi məqsədilə 1,5 milyon manat, İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün 3 milyon manat, İvanovka kənd Mədəniyyət Sarayının təmiri üçün 2,5 milyon manat vəsaitin ayrılması barədə müvafiq Sərəncamlar imzalamışdır.
Cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2018-ci ilin ötən dövrü ərzində İsmayıllıda da uğurla həyata keçirilmişdir. Doqquz ay ərzində faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. Sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 0,2 faiz, informasiya və rabitədə 10,3 faiz , ticarətdə 4,9 faiz artım əldə edilmişdir.
Hesabat dövründə əsas kapitala 60 milyon 296 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 976 min manat və ya 1,4 dəfə çox investisiya qoyulmuşdur. İnvestisiyanın 28,4 milyon manatı özəl sektorun payına düşür. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon manat artıqdır. Qeyd etmək lazımdır ki, investisiya qoyuluşunun çox hissəsi yol tikintisinə, qaz xəttinin çəkilməsinə, elektrik enerjisi təsərrüfatının inkişafına, sosial təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur ki, bu da investisiya qoyuluşunun sosial yönümlü olduğunu göstərir.
Doqquz ayda 5 milyon 367 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Pərakəndə əmtəə dövriyyəsində 5 milyon 950 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 1 milyon 15 min manat artım əldə olunmuşdur. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 25,6 manat artaraq 288,9 manata çatmışdır.
2018-ci ildə rayonun yerli gəlir və xərcləri 6 milyon 837 min manat təsdiq edilmişdir. Yerli xərclərin dotasiyasız, yerli gəlirlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 4 milyon 989 min manata qarşı 5 milyon 602 min manat icra olunmuşdur. Büdcə gəlirləri nəzərdə tutulduğundan 613 min manat artıq, yəni 112 faiz icra olunmuşdur. Yerli gəlirlərdən daxilolmalar üzrə ümumilikdə proqnoz göstəricilər artıqlaması ilə yerinə yetirilsə də fiziki şəxslərdən gəlir vergisi cəmi 68 faiz (430 min manat az), dövlət rüsumu 82 faiz, sair daxilolmalar 34 faiz yerinə yetirilmişdir.
Ölkə başçısı iclasda kölgə iqtisadiyyatının, qeyri-rəsmi əmək fəaliyyətinin aradan qaldırılmasını, şəffaflığın təmin olunmasını, vergidən yayınmanın qarşısının alınmasını çox vacib bir məsələ kimi qarşıya qoymuşdur. Qeyd etmişdir ki, həm iri, həm kiçik sahibkarlar vergidən yayınmaya son qoymalıdırlar.
Büdcə daxilolmalarının vacibliyini nəzərə alaraq 9 saylı Ərazi Vergilər İdarəsi və Maliyyə İdarəsi vəziyyəti bir daha ətraflı təhlil etməli, ilin sonuna kimi bütün mənbələr üzrə proqnoz göstəricilərin icrası üçün təsirli tədbirlər görməlidirlər.
Rayonda məxaric proqnozu 4 milyon 871 min manata qarşı 4 milyon 844 min manat və ya 99 faiz icra edilmişdir. Büdcə vəsaitindən təyinatı üzrə düzgün istifadə olunmuş, artıq xərcə yol verilməmişdir. Rayon Maliyyə İdarəsi tərəfindən 2018-ci il və sonrakı üç il üçün gəlirlər və xərclər üzrə proqnoz layihələr vaxtında hazırlanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti şöbələrinə təqdim edilmişdir.
2018-ci ilin doqquz ayında rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülmüşdür. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunmuş, şəhərdaxili küçələr abadlaşdırılmış, yollara asfalt örtük vurulmuş, ictimai yaşayış binalarında təmir işləri aparılmışdır.
Əvvəlki illərdə inşasına başlanılmış bir sıra obyektlərin tikintisi başa çatdırılmışdır. Hazırda rayon ərazisində bir neçə iri həcmli istirahət-turizm obyektlərinin, o cümlədən İsmayıllı şəhərində 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo əyləncə istirahət mərkəzi”nin, Talıstan kəndi ərazisində “İstirahət Kompleksi”nin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir. Rayon ərazisində 60 yaşayış evinin, 9 obyektin inşasına razılıq, 6 obyektin istismarına icazə sənədi verilmişdir.
İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində 28 May küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilmiş, 1 saylı tam orta məktəbə yaxın ərazidə avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılmışdır.
Şəhərin 28 May küçəsinə 1450 kv.metr, Nuru Paşa küçəsinə 5214 kv.metr, S.Vurğun küçəsinə 2310 kv.metr, Kamran Məmmədov küçəsinə 3210 kv.metr, İstiqlal küçəsinə 2760 kv.metr, Babadağ küçəsinə 1500 kv.metr, Rəşad Teyyubzadə küçəsinə 2400 kv.metr və Abdulla Şaiq küçəsinə 1432 kv.metr asfalt örtük vurulmuşdur. Ümumilikdə qeyd olunan 8 küçəyə və 3 dalana vurulmuş asfalt örtük 27500 kv.metr təşkil edir.
Heydər Əliyev adına parkda fontan əsaslı təmir edilmiş, Günəşli parkında abadlıq işləri aparılmış, M.Orucov, S.Ə.Şirvani və M.F.Axundov küçələrində hasarlar təmir edilmiş, divarlar rənglənmişdir.
Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, arxitektura baxımından şəhərə xələl gətirən obyektlər də mövcuddur. Bu obyektlərin daha müasiri ilə əvəz olunması üçün mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılır.
Qeyd etmək lazımdır ki, istifadəyə verilən hər bir obyekt şəhərə estetik baxımdan gözəllik verir, eyni zamanda yeni iş yerləri açılır. Təəssüf doğurası haldır ki, əvvəlki illərdə istifadəyə verilmiş bəzi obyektlərdən gözlənilən nəticə əldə edilməmişdir. Belə ki, 2014-cü ildə istifadəyə verilmiş 140 yerlik uşaq bağçası üçün maliyyələşmə açılmadığına görə bu günə qədər fəaliyyət göstərmir. “Sİ ENERJİ” şirkətlər qrupuna daxil olan İsma-Bikes velosiped istehsalı zavodu ilin əvvəlində normal fəaliyyət göstərsə də, son iki ayda iş zəifləmişdir. Digər obyektlərin də fasilələrlə işləməsi müşahidə olunur. Bu cür halların aradan qaldırılması üçün sahibkarlar, iş adamları və aidiyyəti təşkilatlar təsirli tədbirlər görməlidirlər.
Hesabat dövrü ərzində respublika əhəmiyyətli və kəndlərin giriş yollarının tikintisi və təmiri ilə əlaqədar xeyli iş görülmüşdür. 10 kilometr uzunluğunda Keyvəndi-Bilistan və 14 kilometr uzunluğunda Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu əsaslı təmir edilib, asfalt örtük vurulmuşdur. “9 в„–-li Yol İstismarı” MMC tərəfindən Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında və yerli əhəmiyyətli kəndlərin giriş yollarında cari təmir işləri aparılmışdır.
Qeyri-neft sektorunun, xüsusilə sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi cənab Prezidentin siyasətinin əsas prioritet istiqamətlərindəndir. Ölkə rəhbəri Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş yığıncağında kənd təsərrüfatı, aqrar sahənin inkişafı barədə öz tövsiyə və tapşırıqlarını vermiş, mövcud durumu təhlil etmişdir.
Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda bu sahələrin inkişafı istiqamətində əsaslı işlər görülür.
Rayonun mövcud 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 1800 hektarı çoxillik əkmələr, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50895 hektarı örüş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
2018-ci ilin məhsulu üçün ötən ilin payızında 29730 hektarda şum çıxarılmış, 21650,5 ha. buğda, 6930 ha. arpa, 161 ha. çovdar olmaqla 28741,5 hektar sahədə səpin aparılmışdır. Bu da keçən illə müqayisədə 435 ha. çoxdur. “Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin rayon filialları tərəfindən 2 min tondan çox fosforlu, 1730 ton azotlu gübrələr gətirilərək istehsalçılara satılmışdır. Bundan başqa yabanı vələmirə və alaq otlarına qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün 3548 kq. herbisid gətirilərək 70% güzəştlə istehsalçılara satılmışdır.
Dövlətimizin qayğısı və kənd təsərrüfatı məhsulları istehsalçılarının tətbiq etdikləri mədsədyönlü aqrotexniki tədbirlərin nəticəsidir ki, hər hektardan 36,6 sentner olmaqla 79286 ton buğda, hər hektardan 29,8 sentner olmaqla 20723 ton arpa məhsulu toplanmışdır. Rayonda 103031 ton dənli və dənli-paxlalı bitkilər istehsal edilmiş, bu da keçən illə müqayisədə 3 min ton azdır. Məhsul istehsalının azalmasına səbəb 02 və 17 iyun 2018-ci il tarixlərində baş vermiş dolu ilə müşaiyət olunan leysan yağışları olmuşdur. Təbii fəlakət nəticəsində 4550 hektara ziyan dəymiş, 10 hektar isə sel sularının təsirindən yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı 2017-ci ilin payız səpini və payızlıq əkinlərə yemləmə gübrələrinin verilməsi zamanı gübrə təminatında fasilələrə yol verilmişdir. Bunlara baxmayaraq rayonda hər hektardan orta məhsuldarlıq 34,5 sentner olmuşdur. Bu da respublikada dəmyə şəraitində taxıl yetişdirilən rayonlar arasında ən yüksək göstəricidir.
Cari ilin məhsulu üçün 1125 ha. paxlalılar, 885 ha. kartof, 920 ha. tərəvəz, 219 ha. yonca, 55 ha. birillik ot, 70 ha. vələmir, 24 ha. yazlıq arpa, 250 ha. günəbaxan və 155 ha. qarğıdalı olmaqla 3703 ha. sahədə yazlıq bitki əkilmişdir.
Yazlıq əkinlərdən 2235 ton dənli paxlalılar, 612 ton çovdar, 175 ton vələmir və digər məhsullar əldə edilmişdir.
Kənd təsərrüfatı bitkiləri əkib-becərən 7923 nəfər istehsalçıya becərdikləri 28219 hektar sahəyə görə 2 milyon 175 min 400 manat yardım hesablanaraq Respublika Komissiysının qərarına əsasən istesalçılara bank vasitəsi ilə ödənilmişdir.
Rayon üzrə fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatı tərəfindən 732 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmışdır.
2019-cu ilin məhsulu üçün 25,4 min hektar sahədə şum çıxarılmış, 7,8 min ha. sahədə isə payızlıq buğda və arpa səpini aparılmış, 1210 ton kondisiyalı toxum istehsal edilmiş, səpin-əkin işləri davam etdirilir.
Hesabat ilində rayon ərazisində tütün əkin sahələri keçən illə müqayisədə artırılaraq 22 hektara çatdırılmışdır. Bərpa edilmiş, daha çox gəlir gətirən və əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb edən tütünçülük sahəsində 56 ailə işlə təmin olunmuşdur. Hal-hazıradək qəbul məntəqəsinə 11 tondan artıq quru tütün təhvil verilmişdir. Tütün tədarükü davam etdirilir.
Tütün istehsalında əvvəlki illərlə müqayisədə artım tempi müşahidə olunsa da ərazilərdə müvafiq qurumlar bu sahənin inkişafına diqqəti artırılmalı, tütün əkininə daha çox istehsalçının cəlb olunması, məhsuldarlığın artırılması, aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılmasına nəzarəti gücləndirməli, fermerlərə əməli köməklik göstərməli və bu sahəyə investorların cəlb olunması istiqamətində mühüm addımlar atmalıdırlar. Təəssüflə qeyd olunmalıdır ki, hələ də İsmayıllı şəhəri, Qalacıq, Qalınçaq və Topçu kəndlərində istehsalçılar yığılmış tütünün təhvil verilməsini ləngidirlər. Tapşırığa isə hələlik Sumağallı kəndi əməl etmişdir.
Baramaçılıq rayonumuzda 2016-cı ildə bərpa edilmiş, həmin il 40 qutudan 895 kq, 2017-ci ildə 120 qutudan 2848 kq. barama istehsal olunmuşdur. Cari ildə isə 130 qutu barama 53 kümçüyə paylanılmış, 250 nəfər bu sahədə işlə təmin olunmuşdur. Tədarük məntəqəsinə cari ildə 3899,9 kq. barama təhvil verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 1042 kq. çoxdur. Barama istehsalı proqnozu Mollaisaqlı İƏD üzrə 157 faiz, Qurbanəfəndi İƏD üzrə 135 faiz, Qalınçaq İƏD üzrə 104 faiz, Kürdmaş, Qalagah və Soltankənd inzibati ərazi dairələri üzrə isə 114 faiz yerinə yetirilmişdir.
Təhvil verilmiş baramaya görə 15596 manat vəsait kümçülərin bank hesabına köçürülmüşdür. Təhvil verilmiş 3899,9 kq. baramaya görə istehsalçılar 34293 manat gəlir əldə etmişlər.
Cari ildə rayon ərazisində 885 hektar, o cümlədən 200 ha. sahədə innovativ metodlar və sənaye üsulu ilə super-elit və elit toxumlarla kartof əkini aparılmışdır. Rayon üzrə hər hektardan 117.6 sentner olmaqla 10415 ton məhsul istehsal edilmişdir ki, bu da keçən illə müqayisədə 72 ton çoxdur.
Tərəvəzçilik kənd təsərrüfatının əmək tutumlu və daha çox gəlir gətirən sahələrindəndir. Son illərdə rayonumuzda açıq sahə tərəvəzçiliyi ilə yanaşı, örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. Rayon ərazisində 78 istixanada pomidor, xiyar, kartof və lobya bitkiləri əkilmiş və 89638 kq. məhsul istehsal edilmişdir.
Diyallı kəndində 4,4 hektar ərazidə örtülü və açıq istixana təsərrüfatı yaradılmışdır. Burada moruğun 6 növü yetişdirilir. Hal-hazırda 1 hektar sahədə 50 istixana təşkil olunmuş, əkin aparılmış, suvarma sistemləri quraşdırılmışdır. May ayından etibarən istehsal olunmuş məhsul qablaşdırılaraq daxili bazarda satılır. Layihənin icrasına 1,2 milyon manatdan artıq vəsait sərf olunmuşdur.
Hesabat dövrünədək rayonda 7854 ton tərəvəz istehsal olunmuşdur. Yığım davam edir.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. Xüsusilə intensiv meyvə bağlarının salınması istiqamətində ardıcıl tədbirlər aparılır. 2018-ci ilin yaz mövsümündə Qubaxəlilli kəndi ərazisində 10 ha. badam, 30 ha. sahədə isə qoz bağları salınmışdır.
Ölkəyə daha çox valyuta gətirən və ixrac yönümlü kənd təsərrüfatı məhsulu hesab edilən fındıq istehsalının artırılması istiqamətində rayonda son illərdə müəyyən işlər görülmüşdür. Qarşıya qoyulmuş əsas vəzifə fındıq bağlarının sahəsini 2 min hektara çatdırmaqdan ibarətdir. Cari ilin yazında 502 ha. sahədə yeni fındıq bağları salınmışdır. Payız və növbəti ilin yaz aylarında daha 500 ha. sahədə fındıq bağlarının salınması nəzərdə tutulmuşdur.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2018-ci ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 28 ha. sahədə texniki, 30 ha. sahədə isə süfrə sortları olmaqla cəmi 58 ha. sahədə filloksera zərərvericisinə davamlı texniki sortlardan ibarət yeni üzüm bağı salınmışdır.
Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Rayon üzrə 2018-ci ilin 01 oktyabr vəziyyətinə 51474 baş iri buynuzlu mal, 178630 baş qoyun-keçi, 278100 baş quş mövcuddur.
2018-ci ilin 9 ayında 4020 ton diri çəkidə ət, 25989 ton süd, 9250 min ədəd yumurta, 408 ton yun istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 ton çox ət, 97 ton çox süd, 641 min ədəd çox yumurta, 10 ton çox yun deməkdir. Heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı rayonda mövcud mal-qara və quşların baş sayında da artım tempi müşahidə olunmuşdur.
Heyvandarlığın sənaye təməli üzərinə keçirilməsi və iri heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində son illərdə rayonda mühüm addımlar atılmışdır. Belə ki, Keyvəndi kəndində “Azza-aqro” MMC tərəfindən inşa edilmiş iri heyvandarlıq kompleksi istifadəyə verilmişdir. Bu kompleksdə heyvandarlıq məhsullarının istehsalı və emalı istiqamətində böyük layihələr həyata keçiriləcəkdir. 2018-ci ilin may ayında kompleksə “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 99 baş Holştin-friz cinsli düyələr gətirilmişdir. İlin sonunadək daha 200 baş cins qara malın gətirilməsi nəzərdə tutulur.
2018-ci ilin 9 ayı ərzində 3141 baş heyvanda süni mayalanma aparılmış, 1385 baş buzov alınmışdır. 2018-ci ilin 9 ayı üzrə 909 heyvan sahibinə 107800 manat subsidiya ödənilmişdir.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiyanın verilməsi üçün rayonda mövcud olan 16361 arı ailəsi barədə məlumatlar hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları, hesabat dövründə rayonun xidmət idarə və təşkilatları qənaətbəxş fəaliyyət göstərmiş və öhdələrinə düşən vəzifələrin icrasına əsasən nail olmuşlar.
2018-ci ildə əhalinin təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Lahıc qəsəbəsi, Ərəgit, Namazgah, Gəndov və Qaraqaya kəndləri qazlaşdırılmış, ümumilikdə bu yaşayış məntəqələrində 978 abonent təbii qaz yanacağı ilə təmin olunmuşdur. Hazırda Qalacıq kəndinə qaz çəkilişinə başlanmışdır.
İsmayıllı Qaz Xidmət Sahəsi 16054 abonentə xidmət göstərir ki, bunun da 15863-ü əhali, 191-i qeyri-əhali abonentidir. 9 ayda abonentlərə 17 milyon 851 min kub metr qaz satılmış, qazın dəyəri 2 milyon 215 min manata qarşı 2 milyon 453 min manat və ya 110 faiz ödənilmişdir.
Əvvəlki illərdə qazlaşdırılmış yaşayış məntəqələrində abonentlərin qaz təchizatının yaxşılaşdırılması və qaz itkisinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilmişdir. İsmayıllı şəhərində 2 ədəd, Hapıtlı, Kürdmaşı, Quşencə, Talıstan, Cülyan kəndlərinin hər birində bir ədəd olmaqla 7 ədəd müxtəlif ölçülü qaztənzimləyici şkaf quraşdırılmışdır. Digər qaztənzimləyici şkaflara texniki baxış keçirilmiş və aşkar olunan sızma halları aradan qaldırılmışdır.
Cari ildə yaşayış məntəqələrində müxtəlif diametrli 2813 metr karroziyaya uğramış və istismara yararsız qaz kəməri yenisi ilə əvəz olunmuşdur. Şəhərin “Kanalüstü” yaşayış massivində diametri 76 və 53 millimetr olan 1534 metr boru ilə yeni qaz xətti inşa olunmuşdur.
2018-ci ilin 9 ayı ərzində 330 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunaraq küçə şəraitinə çıxarılmış, yeni layihə-smeta sənədləri əsasında 1160 ədəd yeni məişət qaz sayğacı quraşdırılmış, abonent qeydiyyatına alınmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, hələ bir sıra iri yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi vacib məsələ kimi qarşıda durur.
Hesabat dövründə elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilmiş, enerji təsərrüfatında əsaslı və cari təmir işləri aparılmışdır. Belə ki, açılışında cənab Prezidentin iştirak etdiyi 110/35/10 kilovoltluq İsmayıllı yarımstansiyası yenidən qurulmuşdur. 2 ədəd 16 meqavat gücündə transformator quraşdırılmış, bütün avadanlıqlar məsafədən idarəetmə sxemi ilə təchiz edilmişdir. Yarımstansiyanın ümumi gücü 6 meqavat artırılaraq 32 meqavata çatdırılmış, ərazisi tam abadlaşdırılmış, yarımstansiyaya yeni asfalt yol çəkilmişdir.
Rayonun Topçu kəndi ərazisində yeni 110/35/10 kilovoltluq yarımstansiya tikilmişdir. Yarımstansiyanın 10 kilovoltluq Qafqaz xətti ilə əlaqələndirilməsi üçün 1,5 km. uzunluğunda iki dövrəli yeni xətt çəkilir. Yaxın vaxtlarda Topçu, Buynuz, Sumağallı, İstisu, Г‡ayqovşan və Qalacıq kəndlərinin elektrik təchizatı həmin yarımstansiyadan həyata keciriləcəkdir.
Hazırda Lahıc qəsəbəsində 10/0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması işləri aparılır. 75 ədəd 10 kilovoltluq, SİP kabel üçün 302 ədəd dayaq basdırılmış, 8,5 km. kabel xətləri çəkilmişdir.
Rayonun Quşencə kəndi ərazisində 47 ədəd 10 kilovoltluq, SİP kabel üçün 152 ədəd dayaq basdırılmış və 5785 metr kabel xətti çəkilmişdir.
2018-ci ilin 9 ayı ərzində şəbəkə tərəfindən 43 milyon 363 min kilovat/saat elektrik enerjisi alınmış və istehlakçılara 39 milyon 57 min kilovat/saat faydalı enerji ötürülmüşdür. İstehlakçılara ötürülən faydalı enerjinin dəyərinin 90 faizi toplanmışdır. 9 ay ərzində Şəbəkə tərəfindən istismar müddəti başa çatmış 851 ədəd sayğac dəyişdirilmiş, 215 ədəd yeni abonentə texniki şərt əsasında sayğac quraşdırılmışdır.
Onu da qeyd etməliyik ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri hələ də çoxdur. Xüsusilə Müdri, Yuxarı Cülyan, Əhən, Burovdal, Həftəsov və digər dağ kəndlərində şəbəkələrin yenidən qurulması qarşıda duran vəzifələrdəndir.
İsmayıllı “Sukanal” İdarəsi 6707 əhali, 232 büdcə və kommersiya abonentinə xidmət göstərir. İdarənin balansında 11 kilometr magistral su xətti, 160 kilometr şəhərdaxili su xəttləri və 150 kilometr kanalizasiya xəttləri vardır.
Hesabat dövründə əhali abonentləri üçün 258 ədəd, büdcə və kommersiya obyektləri üçün 8 ədəd sayğac quraşdırılıb. Fərdi yaşayış evlərinin yeni kanalizasiya xəttinə qoşulması davam edir. Ümumilikdə 2405 abonent və 35 ədəd çoxmənzilli bina çirkab sularının axıdılması üçün yeni kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Xanagah-İsmayıllı su xəttində, şəhərdaxili su və kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.
Hesabat dövrü ərzində abonentlərə 325 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmiş, lakin ödəniş cəmi 289 min manat və ya 88,9 faiz olmuşdur.
Rayonda sosiР°l siyР°sət 2018-ci ilin doqquz ayı ərzində uğurlР° dР°vР°m Рµtdirilmişdir. 01 oktyabr 2018-cı il tР°riС…ə DSMF-də uçot qeydiyyatında olan pensiyaçılar 13270 nəfərdir. Onların 7262 nəfəri yР°şР° görə, 4314 nəfər əlilliyə görə, 1441 nəfər Р°ilə bР°şçısını itirməyə görə pensiya alır. Müxtəlif kateqoriyalara aid sosial müavinət alanlar isə cəmi 4553 nəfərdir.
Doqquz ayda əmək pensiyalarının ödənilməsinə 22 milyon 508 min mР°nР°t, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müР°vinətlərin ödənilməsinə 734,8 min mР°nР°t və bank xidmət xərci üçün 92,2 min mР°nР°t vəsР°it С…ərclənməklə pensiya müavinətləri üzrə cəmi xərclər 23 milyon 335 min mР°nР°t təşkil etmişdir. HРµsР°blР°nmış Р°ylıq pРµnsiyР° və müavinətlər pРµnsiyР°çılР°rР° vахtındР° ödənilmişdir.
PРµnsiyР°-müР°vinətlərin ödənişinin mР°liyyələşdirilməsi üçün RРµspublikР° FondundР°n 15 milyon 410 min mР°nР°t vəsР°it köçürülmüşdür. Bu dР° ödənilmiş pРµnsiyР° və müР°vinətlərin 66 faizini təşkil Рµdir. Ödənişin qР°lР°n 34 faizi yРµrli dахilolmР°lР°r hРµsР°bınР° rеаllР°şdırılmışdır.
01 oktyabr 2018-ci il tarixə hərəkətdə olan 102 ailənin 425 nəfər üzvünə DSMF tərəfindən ünvanlı dövlət sosial yardım ödənilir. Təyin edilmiş ünvanlı dövlət sosial yardım məbləği 16252 manat, bir nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 38,24 manat olmuşdur.
Fondun Sosial-məişət xidməti sektoru rayon ərazisində 208 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir. Qeydiyyatda olan ahıl vətəndaşların 163 nəfəri 70 yaşından yuxarı olanlardır. Xidmət göstərilənlərdən 51 nəfəri şəhər və qəsəbələrdə, 157 nəfəri isə kənd yerlərində yaşayanlardır.
2018-ci ilin 9 ayı ərzində şöbə tərəfindən məcburi dövlət sosiР°l sığortР° hР°qlР°rının toplР°nmР°sı üzrə proqnoz tР°pşırıqlР°rınР° ümumilikdə 9 milyon 106 min mР°nР°tР° qР°rşı 8 milyon 525 min mР°nР°t və yахud 93,6 fР°iz əməl olunmuşdur. Рћ cümlədən büdcə təşkilР°tlР°rı üzrə 8 milyon 173 min mР°nР°tР° qР°rşı 7 milyon 682 min mР°nР°t və yР° 94 faiz, qРµyri-büdcə təşkilР°tlР°rı üzrə isə 932,9 min mР°nР°tР° qР°rşı 842,7 min mР°nР°t və yР° 90 faiz icrР° olunmuşdur.
Rayon Məşğulluq Mərkəzinə doqquz ay ərzində 1221 nəfər vətəndaş müraciət etmiş və onlardan 1087 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmış, 475 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 109 nəfəri gənc, 78 nəfəri qadınlardır.
Mərkəzdə cəmi 1801 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. Rəsmi qeydiyyatda olan işsiz statusu olan vətəndaşların sayı 269 nəfərdir. 4 nəfərə işsiz statusu verilməklə onlara müavinət təyin olunmuşdur.
Gələcəkdə peşə seçiminə kömək məqsədilə 819 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur.
Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha sıx işgüzar əlaqələr qurması vacibdir. İdarə və təşkilatlar boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər. Eyni zamanda Məşğulluq Mərkəzi vətəndaşlara vakant iş yerlərinə göndəriş verdikdə birinci növbədə uzun müddət qeydiyyatda olan vətəndaşlara iş yerləri təklif etməlidir.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 340,4 min kvadratmetr sahəsi olan küçə və meydanlara, 25,1 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrdə 4637 ədəd işıqlandırılma nöqtəsinə nəzarəti həyata keçirir. Hesabat dövründə 887,7 min manat dəyərində kommunal xidməti göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 310,1 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün İsmayıllı şəhəri, Lahıc, Basqal qəsəbələrinə və magistral yollara yaxın olan kəndlərə 260 nəfər işçi müvəqqəti işə cəlb olunmuşdur.
Hesabat dövründə şəhərin təmiz saxlanması, məişət tullantıları və zibilin vaxtında daşınması üçün tədbirlər görülmüşdür. Mövsümə uyğun olaraq işçilər iş geyimləri ilə təmin olunmuşdur. Payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərin küçələrinin qar və buz örtüyündən təmizlənməsi üçün texnika saz hala salınır. Küçələrdə piyadaların və texnikanın təhlükəsiz hərəkəti məqsədilə buz bağlamış səkilərə və sərt döngələrə səpmək üçün 35 kub metr qum və 14 ton texniki duz ehtiyatı yaradılmışdır. Aşmaq təhlükəsi olan ağaclarda budama işləri aparılmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, Kombinat tərəfindən təmizlik və abadlıq sahəsində görüləsi işlər hələ də çoxdur. Şəhər daxilində suötürücü kanallar mütəmadi olaraq tullantılardan təmizlənməli, şəhərin bütün ərazisində kommunal xidmət həyata keçirilməlidir.
Mənzil İstismar Sahəsinin xidmətində 977 mənzil vardır. Cari ilin ötən dövründə əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Müəssisədaxili planlaşdırmaya müvafiq olaraq binalarda xidmət və təmir işləri görülmüşdür. Şəhərin Ə.Mahmudov küçəsində 4, M.F.Axundov küçəsində 3, H.Zərdabi küçəsində 2, Heydər Əliyev prospekti, Nizami və Cavanşir küçəsinin hər birində bir ümumyaşayış binasının zirzəmidaxili və xarici kanalizasiya xətlərinin təmiri işləri yerinə yetirilmişdir. M.F.Axundov küçəsi 34 “a” ünvanındakı Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı binanın birinci mərtəbəsində yerləşən 8 mənzil əsaslı təmir edilmişdir.
Hesabat dövründə əhaliyə 4257 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 105 faiz yerinə yetirilsə də xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. Rüb ərzində təşkilata büdcədən 15,1 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 8341 manat debitor, 4163 manat kreditor borcu vardır.
İsmayıllı Telekommunikasiya Qovşağı doqquz ay ərzində 860 min manat gəlir əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqyisədə 84,2 min manat çoxdur. 534 mənzilə yeni telefon çəkilmiş, 134 abunəçinin telefon xətti yenidən bərpa edilmişdir. İlin əvvəlindən internet istifadəçilərinin sayı 762 nəfər artırılaraq 5946 nəfərə çatdırılmışdır.
İlin əvvəlindən qovşaq üzrə şəhər və kənd elektron ATS-lərinin daxili xətt şəbəkəsində çürümüş dirəklərin dibinin bərkidilməsi üçün 86 ədəd dəmir beton calaq, 113 ədəd dəmir dirək istifadə olunmuşdur. Zərurət yarandıqca ATS-lərin daxili xətt təsərrüfatlarında və daxili xətt şəbəkəsində kabel şkafları və kabel quyularında təmir işləri aparılmışdır. Mübariz Orucov küçəsində 170 metr, Təzəkənd kəndində 150 metr zədəli kabel yenisi ilə əvəz olunmuşdur.
Şəhərin “Günəşli” yaşayış massivinə, Soltankənd, Balik, Namazgah kəndlərinə internet verilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
2018-ci ilin 9 ayı ərzində Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı meşəbəyliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq 24 hektar sahədə fındıq bağı, 6 hektar sahədə qoz bağı əkilmiş, 28 hektar sahə kol-kosdan təmizlənmişdir. 31,5 ha. sahədə meyvə bağı salınması məqsədilə torpaq hazırlığı işləri aparılmışdır. Meyvə bağlarına və meşə əkinlərinin təmirinə 66000 ədəd əkin materialı sərf olunmuşdur. Böyütmə sahəsinə 1 ha. sahədə 30000 ədəd fındıq tingi əkilmiş, kökləndirmə sahəsinə isə 0,50 ha. sahəyə 20000 ədəd fındıq tingi basdırılmışdır.
Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı meşəbəyliyi tərəfindən 2018-ci ilin 9 ayı ərzində 4256 ədəd qanunsuz kök üstündən ağacların kəsilməsi faktı aşkar edilmişdir. Nəticədə dövlət meşə fonduna dəymiş 9688 manat ziyanın 6624 manatı ödənilmiş, bir iş baxılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Meşələrdə mühafizə vəziyyətinin yüksək keyfiyyətli aparılması üçün İsmayıllı meşəbəyliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bundan başqa İsmayıllı meşəbəyliyində yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə 28 km. uzunluğunda yanğına qarşı minerallaşdırılmış zolaqlar çəkilmiş, 22 km. uzunluğunda isə minerallaşdırılmış zolaqlara xidmət işləri aparılmışdır. Yanğınların qarşısını almaq məqsədi ilə müəssisənin əməkdaşları və kənd sakinləri ilə birgə könüllü dayaq dəstələri və sutkalıq növbətçilik yaradılmışdır.
Hal-hazırda İsmayıllı meşəbəyliyinin əməkdaşları tərəfindən meşə bərpa tədbirlərinin aparılması, aqro meşə əkinlərinin, tinglik sahələrinin suvarılması, meşə əkini və tinglik sahələrinə xidmət işlərinin aparılması, odun tədarükü edib daşınması istiqamətində işlər davam etdirilir.
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 2018-ci ilin 9 ayı ərzində İsmayıllı rayon ərazisində ətraf mühitin mühafizəsinə nəzarət sahəsində 55 akt və 7 protokol tərtib edilmiş, 15 icrası məcburi olan göstəriş verilmişdir. Ov qaydalarının pozulma faktı ilə bağlı 1 akt və 1 protokol tərtib edilərək qanun pozuntusuna yol vermiş vətəndaşlar barəsində 1000 manat dəyərində cərimə tətbiq edilərək məhkəməyə göndərilmişdir. Yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə bağlı 2 akt tərtib edilərək ümumilikdə 4150 manat məbləğində təbiətə dəymiş ziyan tədbir görülməsi üçün İsmayıllı rayon Prokurorluğuna göndərilmiş, ətraf mühitə atılan tullantılara görə 32 nəfər fiziki və hüquqi şəxsə 9760 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 8360 manat Ətraf Mühitin Mühafizəsi fonduna köçürülmüşdür.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2018-ci ilin 9 ayında 30 ədəd hidrotexniki qurğu təmir olunmuş, suvarma sistemlərinin lildən təmizlənmə işləri həyata keçirilmişdir. Daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozerlə 295 min kubmetr, ekskovatorla 178 min kubmetr torpaq işi görülmüşdür. Kənar təşkilatların köməyi ilə Girdimançay-Gəraybəyli D-530 mm diametrlik boru xəttinin 360/pm-i əsaslı təmir edilmiş, Talıstan və Diyallı kəndlərindəki nasos stansiyaları su qəbuledici hovuzlar əsaslı təmir olunmuşdur.
2018-ci ilin 9 ayında rayonda təhsil sahəsinin inkişafı davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Lahıc qəsəbə tam orta məktəbi üçün 400 şagird yerlik müasir tipli məktəb binası tikilmiş, 25-26 avqust tarixlərində rayona səfəri zamanı ölkə rəhbəri binanın açılışını etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti Təchizatı İdarəsi tərəfindən Vəng və Mücühəftəran məktəblərində cari təmir işləri aparılmışdır. Gəndov kənd ümumi orta məktəbi üçün 56 şagird yerlik modul tipli məktəb binasının inşası başa çatdırılmışdır.
Keçən tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş, 752 nəfər məzun buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat almışlar. Lahıc qəsəbə tam orta məktəbinin bir nəfər məzunu məktəbi qızıl, İvanovka kənd tam orta məktəbinin bir nəfər məzunu isə gümüş medalla bitirmişdir. 49 nəfər tam orta məktəb məzununa fərqlənmə attestatı verilmişdir.
2018-ci ilin tələbə qəbulunda rayonun nəticələri sevindirici olmuşdur. Yola saldığımız dərs ilində ümmtəhsil məktəblərini bitirmiş 752 nəfər məzundan 683 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 360 nəfər tələbə adını qazanmışdır. İmtahanlarda şəhər 6 nömrəli tam orta məktəbin məzunu Əsədov Vasif Hikmət oğlu ən yüksək 700 bal, 38 nəfər 600-dən, 87 nəfər 500-dən yuxarı bal toplamışdır.
Yüksək bal toplayanların sayına görə şəhər 5, 6 nömrəli, Talıstan, Diyallı, Qubaxəlilli kənd tam orta məktəbləri ön sırada olmuşlar. Şəhər 6 nömrəli tam orta məktəbin XIa sinfinin məzunlarının nəticələri daha yüksək olmuş, 7 nəfər 600-dən yuxarı bal toplamışdır.
Fənn olimpiadalarının Respublika mərhələsində Lahıc qəsəbə və Sumağallı kənd tam orta məktəbinin şagirdləri qalib olmuşlar. 7 nəfər şagird rus dili fənni üzrə keçirilən fənn olimpiadalarında qalib gəlmişdir.
Rayonun şagirdləri Respublika Təhsil Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində, “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində, Azərpoçtla Təhsil Nazirliyinin birgə keçirdiyi inşa yazı müsabiqəsində, “Ən yaxşı üç ölçülü model” olimpiadasında, “ALPloqo-2018 proqramlaşdırma” olimpiadasında, Təhsil Nazirliyinin məktəblilər arasında keçirdiyi şeir müsabiqəsində, Fövqaladə Hallar Nazirliyinin keçirdiyi “Fövqaladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində qaliblər sırasında olmuşlar.
Tədris ili ərzində rayonun 70 nəfərədək məktəbli-idmançısı Respublika səviyyəli idman yarışlarında qalib gəlmişdir.
Rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”lar şagirdlərdə yaradıcılıq meyllərinin inkişafında əhəmiyyətli rol oynamışdır. Şəhər 1 nömrəli, Lahıc qəsəbə, Təzəkənd, Sumağallı kənd tam orta məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti daha diqqətəlayiq olmuşdur.
Dərs ilinin sonunda rayonun istedadlı şagirdlərinin hesabat xarakterli toplantısı keçirilmiş, beynəlxalq və respublika səviyyəli yarış, müsabiqə və layihələrdə uğur qazanmış 140 nəfərdən artıq istedadlı şagird Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Keçən dərs ilində müəllimlərimiz də xeyli sayda müxtəlif beynəlxalq və respublika səviyyəli layihələrdə iştirak edərək uğurlu nəticələr qazanmışlar.
Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələr əldə etmişlər. I Qrant müsabiqəsində rayonun 4 nəfər, II Qrant müsabiqəsində isə 5 nəfər müəllimi qalib gəlmişdir.
Rayon məktəblərinin beynəlxalq əlaqələri daha da inkişaf etmişdir.
Şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri Bahar Abdullayeva, Ruhiyyə Mahmudova, Şükufə Nəcəfova, Leyla Babayeva, Surə Mehdiyeva, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Cəmaləddinova “Avropa keyfiyyət nişanı”na layiq görülmüşlər.
Şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xatirə Nuriyeva BMT-nin Ərzaq Proqramı çərçivəsində “Vəhşi təbiətin nemətlərindən xalq kulinariyasında istifadə olunması” layihəsində qalib gələrək layihə çərçivəsində İtalyada keçiriləcək Beynəlxalq tədbirə qatılmışdır.
Son illərdə məktəblər daha savadlı və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır. Son 5 ildə rayon məktəblərinə Təhsil Nazirliyi tərəfindən 308 gənc müəllimin təyin olunması pedaqoji kollektivlərdə işgüzarlığı yüksəltmişdir. Cari tədris ili üçün Respublika Təhsil Nazirliyinə müxtəlif ixtisaslar üzrə 207 vakant yer verilmiş, hazırda 97 nəfər iş yerinə gələrək qeydiyyatdan keçmişdir.Vakansiyalara müəllim qəbulu davam etdirilir.
Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi dövlətimizin daim diqqətindədir. Cari ildə cənab Prezidentin Sərəncamı ilə şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirova Əməkdar müəllim adı verilmiş və beləliklə rayonda Əməkdar müəllimlərin sayı 14 nəfərə çatmışdır. Şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar Abdullayeva “Tərəqqi” medalı, 6 nəfər qabaqcıl müəllim isə Respublika Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı və Fəxri fərmanla təltif edilmişdir.
Bütün bunlarla yanaşı rayonda təhsil sahəsində həlli vacib problemlər də qalmaqdadır. Şəhər məktəblərində şagird sıxlığı ciddi problemlər yaradır. Rayon mərkəzində yeni məktəb binasının tikilməsinə ciddi ehtiyac vardır. Güyüm, Sədiyan, Tircan ferma, Kələzeyvə və şəhər 8 nömrəli ibtidai məktəblərin özünəməxsus binaları yoxdur. Г‡əmənli, Köhnədaxar, Kəlfərəc kəndlərində məktəb açılmasına ciddi ehtiyac vardır.
Rayonda uşaqların məktəbə hazırlığı sahəsində də problemlər yaşanmaqdadır. Məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən yuxarı olduğu halda, yalnız 415 nəfər uşaq bağçalara cəlb edilmişdir. Rayonda cəmi 11 bağça fəaliyyət göstərir. Əksər yaşayış məntəqələrində uşaq bağçası-körpələr evi yoxdur.
İsmayıllı Dövlət Humanitar Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzi regionda tələb olunan sahələr üzrə orta-ixtisas və pe

Şərh Yaz