Yaddas kitabcasi

İsmayıllıda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Ölkəmizin müstəqilliyinin qazanılmasında, onun möhkəmlənib inkişaf etdirilməsində prokurorluq orqanlarının böyük əməyi və zəhməti vardır. Müstəqil dövlətimizin memarı və qurucusu, ən yeni tariximizin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə oktyabrın biri Respublikada Prokurorluq İşçilərinin Peşə Bayramı günü elan olunmuşdur. Həmçinin bu il respublikamızda prokurorluq orqanlarının yaranmasının 100 ili tamam olur.

İsmayıllıda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub                   Ölkəmizin müstəqilliyinin qazanılmasında, onun möhkəmlənib inkişaf etdirilməsində prokurorluq orqanlarının böyük əməyi və zəhməti vardır. Müstəqil dövlətimizin memarı və qurucusu, ən yeni tariximizin yaradıcısı ulu öndər Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə oktyabrın biri Respublikada Prokurorluq İşçilərinin Peşə Bayramı günü elan olunmuşdur. Həmçinin bu il respublikamızda prokurorluq orqanlarının yaranmasının 100 ili tamam olur.
Bu münasibətlə İsmayıllıda “Prokurorluq işçiləri günü” və prokurorluq orqanlarının yaranmasının 100 illiyi yüksək səviyyədə qeyd olunub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi rayon rəhbərliyi və prokurorluq işçiləri tərəfindən ziyarət edilib, abidənin üzərinə tər çiçəklər qoyulub. Sonra isə tədbir RİH-nin iclas zalında davam etdirilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov prokurorluq işçilərini peşə bayramları və təşkilatın yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edib, onlara şərəfli, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin həmişə prokurorluq işçilərinin əməyinə yüksək qiymət verdiyini diqqətə çatdırıb. Heydər Əliyevin ideyalarını əməli fəaliyyətində reallaşdıran Prezident cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından danışıb, ölkədə cinayətkarlığa, korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığını qeyd edib. Sonra başçı respublikada və rayonda həyata keçirilən sosial-iqtisadi inkişaf barədə məlumat verib.
Rayon prokuroru Tural Yusifov insan hüquq və azadlıqlarının təminatının müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsi olduğunu bildirib. Sonra prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə yarandığını, 100 il ərzində təkmilləşib inkişaf etdiyini söyləyib. Ölkəmizdə ulu öndər Heydər Əliyev ideyalarının inkişaf etdirildiyini, qanunçuluğun qorunmasının ali məqsəd daşıdığını bildirib.
İsmayıllı rayon məhkəməsinin hakimi Rəfayel Şirinov, Rayon polis şöbəsinin rəisi Telman Ağasiyev, Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin rəis əvəzi Cavid Məmmədov, SHXГ‡DX-nin rəisi Xamis Bədəlov və başqaları peşə bayramları münasibətilə prokurorluq işçilərini təbrik edib, bu orqanların fəaliyyətinə verilən yüksək qiymətdən danışıblar.
Sonda RİH başçısı tərəfindən rayon prokurorluğunun əməkdaşları Eldar Məmmədov və Nəriman Əsədova fəxri fərmanlar təqdim olunub.
Murad Məhərrəmov

İsmayıllıda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub

Şərh Yaz