Yaddas kitabcasi

Prezidentin İsmayıllıya səfəri inkişafa yeni impuls verib

Prezidentin İsmayıllıya səfəri inkişafa yeni impuls verib                Prezident İlham Əliyevin 25-26 avqustda İsmayıllıya səfəri bu rayonun sosial-iqtisadi inkişafına yeni impuls verib. Kürdmaşı kəndi ərazisində “Buta Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti aqroparkın yaradılması, “Azərxalça” ASC-nin İsmayıllı filialının yaradılması, Keyvəndi kəndindəki 1000 başlıq müasir heyvandarlıq kompleksinin istismara verilməsi İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına ciddi təsir edəcəyi kimi, “Azərişıq” ASC-nin 110/35/10 kilovotluq yarımstansiyasının yenidən qurulması, Minkə-Keyvəndi-Şəbyan-Bəhliyan və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yollarının yenidənqurulması və bərpası iqtisadi inkişafın davamlılığını təmin edəcək.Prezident İlham Əliyevin 25-26 avqustda İsmayıllıya səfəri bu rayonun sosial-iqtisadi inkişafına yeni impuls verib. Kürdmaşı kəndi ərazisində “Buta Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti aqroparkın yaradılması, “Azərxalça” ASC-nin İsmayıllı filialının yaradılması, Keyvəndi kəndindəki 1000 başlıq müasir heyvandarlıq kompleksinin istismara verilməsi İsmayıllı rayonunun sosial-iqtisadi inkişafına ciddi təsir edəcəyi kimi, “Azərişıq” ASC-nin 110/35/10 kilovotluq yarımstansiyasının yenidən qurulması, Minkə-Keyvəndi-Şəbyan-Bəhliyan və Kürdmaşı-Kəlbənd-Girk avtomobil yollarının yenidənqurulması və bərpası iqtisadi inkişafın davamlılığını təmin edəcək.
Dəmirçi-Lahıc avtomobil yolunun açılması isə yalnız İsmayıllının deyil, bütövlükdə ölkəmizin turizm sektorunun inkişafına öz tövhəsini verəcək. Məlum olduğu kimi Lahıc yerli və əcnəbi turistlərin ən çox maraq göstərdiyi bir neçə məkandan biridir. Ümumiyyətlə, Lahıc açıq səma altında muzey də hesab edilən məkanlardan biridir və bu unikallığı turistlərin diqqətini cəlb edir. Ancaq uzun illər komunikasiya imkanlarının zəif olması bu məkanı turistlər üçün əlçatmaz edirdi. İndi isə Dəmirçi-Lahıc avtomobil yolunun açılması bütün məhdudiyyətləri aradan qaldırır. Qarşıdakı illərdə Lahıca gələn turistlərin sayında kəskin artım olacaq. Həmin dövrə indidən hazırlaşmaq lazımdır. Buna görə də prezident İlham Əliyev Lahıcın, ümumilikdə isə İsmayıllı rayonunun cari və perspektiv inkişafı ilə əlaqədar göstəriş və tövsiyələr verib.
İsmayıllının sosial-iqtisadi inkişafına mühüm önəm verən dövlət başçısı yeni xalça fabrikinin, 48 mənzilli yaşayış binasının və 100 yerlik uşaq bağçasının tikintisi barədə sərəncam imzalayıb ki, bu da rayonun sosial-iqtisadi inkişafına xüsusi impuls verəcək.
İsmayıllı rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatında müşahidə olunan harmoniya da dövlət başçısının göstərişlərinin vaxtlı-vaxtında həyata keçirilməsini təmin edəcək. Г‡ünki, dövlət başçısının göstərişlərinin icrası ilə yalnız icra hakimiyyəti məşğul olmur. Bütün rayon ictimaiyyəti, iş adamları və ziyalılar bu prosesə öz tövhələrini verməyə çalışırlar. Belə harmoniyaya çox az sayda rayonda rast gəlmək mümkündür. Bu heç şübhəsiz rayonda yaradılmış müsbət ictimai-siyasi atmosferin nəticəsidir. Bu atmosferi yaradan isə İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovdur. İcra başçısının təşəbbüsü və rəhbərliyi ilə rayonda keçirilən ictimi-siyasi tədbirlər əhalinin dövlət idarəçiliyində rolunu artırmaqla yanaşı, ölkədə gedən inkişaf prosesini daha yaxşı anlamağa imkan verir.
Məsələn, Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında 15-21 oktyabr 2018-ci il tarixlərdə İsmayıllı rayonunun bütün bələdiyyələrində “Yerli Demokratiya Həftəsi” adlı tədbirlər keçirilib. Bu tədbirlərin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması, qarşılqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsi və yerli səviyyədə qərarların qəbul edilməsində gənc vətəndaşların iştirakının və fəaliyyətinin artırılması, öz icmalarında iştirak mexanizmlərini tətbiq etməklə daha çox tərəfdaşları həvəsləndirməkdir.
Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarının tövsiyəsinə uyğun olaraq “Yerli Demokratiya Həftəsi” çərçivəsində müvafiq tədbirlər bəlkə də bütün ölkə üzrə keçirilib. Ancaq İsmayıllıda bu tədbirlər tam mahiyyətinə uyğun keçirildiyindən daha çox diqqət çəkib. Eyni sözləri gənclər və idmançılarla keçirilən görüş, ”Ailədə uşaqların hüquqları” mövzusunda maarifləndirici tədbir və icra başçısının səyyar qəbul-görüşləri çərçivəsində rayonun qəsəbə və kəndlərində yerli sakinlərlə keçirdiyi görüşlər haqqında da demək olar. İcra başçısı rayonda məskunlaşan məcburi köçkünləri də unutmur və onlarla da mütamadi görüşlərin keçirilməsini, rayonda keçirilən tədbirlərə məcburi köçkünlərin nüayəndələrinin dəvət edilməsi ilə ictimi-siyasi həyatın mühərrikliyi ilə yanaşı harmoniyası da təmin edilir.
Bu tədbirlər yalnız görülən işləri qeyd edməklə yanaşı nöqsanların, çatışmamazlıqların müzakirəsi məkanına çevrildiyi üçün görülməli işlərlə bağlı daha yaxşı təsəvvür yaranmasına imkan verir.
Arzuman Loğmanoğlu,
“Yeni Sözçü” qəzeti

Prezidentin İsmayıllıya səfəri inkişafa yeni impuls verib                Prezidentin İsmayıllıya səfəri inkişafa yeni impuls verib

Şərh Yaz