Yaddas kitabcasi

Maraqlı və məzmunlu bayram tədbiri

Oktyabrın 17-də İsmayıllı Rayon Gənclər Mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmazdır” mövzusunda ədəbi-bədii kompozisiyaların yer aldığı maraqlı bayram tədbiri keçirilib. Tədbir müstəqilliyimizin 27-ci ildönümünə həsr edilib.
İsmayıllının şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin kütləvi qatıldığı bu tədbirdə İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova müstəqilliyimiz onun tarixi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib.

Maraqlı və məzmunlu bayram tədbiri         Oktyabrın 17-də İsmayıllı Rayon Gənclər Mərkəzində “Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmazdır” mövzusunda ədəbi-bədii kompozisiyaların yer aldığı maraqlı bayram tədbiri keçirilib. Tədbir müstəqilliyimizin 27-ci ildönümünə həsr edilib.
İsmayıllının şəhər tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin, müəllimlərin kütləvi qatıldığı bu tədbirdə İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Təranə Məmmədova müstəqilliyimiz onun tarixi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib.
Natiq dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizədən danışıb. Bildirib ki, XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqilliyinə qovuşub. Təəssüf ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə əldə etdiyimiz müstəqillik xarici hərbi müdaxilə nəticəsində itirilib. Lakin azadlıq ideyası həmişə xalqımızın qəlbində yaşayıb. Ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi ilə başlayan milli azadlıq hərəkatı əvvəlcə 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Bəyannamənin, həmin ilin oktyabrın 18-də isə “Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələnib. O dövrdə Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi.
Natiq vurğulayıb ki, yalnız 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilib.
Bu gün dahi liderimizin müdrik siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Maraqlı və məzmunlu məruzədən sonra məktəbli və bağçada tərbiyə alan balaca istedadların ifasında şeir və mahnılar dinlənilib, rəqslər izlənilib.
Tədbirin sonunda Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov bayram tədbirinin hazırlanmsında əməyi olanlara təşəkkür edib.
Ülviyyə Zeynalova,
Rayon Təhsil Şöbəsinin metodisti

Maraqlı və məzmunlu bayram tədbiri
Maraqlı və məzmunlu bayram tədbiri
Maraqlı və məzmunlu bayram tədbiri

Şərh Yaz