Azərbaycan ədliyyəsi –“ 100

Azərbaycan ədliyyəsi –“ 100         Bu il noyabr ayının 22-də Azərbaycanın ədliyyə orqanları əlamətdar bir tarixi hadisə olan Azərbaycan ədliyyəsinin 100 illik yubileyini yüksək qürur və şərəf hissi ilə qeyd edəcəklər.
Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə sisteminin fəaliyyətinə mühüm əhəmiyyət verilərək 1918-ci ilin may ayının 18-də, məhz Azərbaycan Demokratik Respublikasının elan edildiyi bir gündə Ədliyyə Nazirliyi təsis olunmuş, həmin il noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
Bu il noyabr ayının 22-də Azərbaycanın ədliyyə orqanları əlamətdar bir tarixi hadisə olan Azərbaycan ədliyyəsinin 100 illik yubileyini yüksək qürur və şərəf hissi ilə qeyd edəcəklər.
Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə sisteminin fəaliyyətinə mühüm əhəmiyyət verilərək 1918-ci ilin may ayının 18-də, məhz Azərbaycan Demokratik Respublikasının elan edildiyi bir gündə Ədliyyə Nazirliyi təsis olunmuş, həmin il noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan ədliyyəsinin tarixinə, uğurlu inkişaf yoluna nəzər salarkən bu orqanın məhz ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdikləri dövrdə mühüm dövlət orqanı kimi təşəkkül tapması və inkişaf etməsi, ədliyyə sisteminə zəruri diqqət və qayğı ilə yanaşılması tarixi bir həqiqət, inkarolunmaz bir fakt kimi təzahür edir.
Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə ilkin olaraq ədliyyə sisteminin formalaşdırılması və ədalət mühakiməsinin təşkili ilə fəaliyyətə başlamış Ədliyyə Nazirliyi sovet hakimiyyəti illərində bəzi vaxtlarda müstəsna səlahiyyətlərə malik olmuş, bəzən də, hətta fəaliyyətinə ciddi ehtiyac duyulmayan bir qurum kimi funksiyaları digər orqanlara verilərək ləğv edilmişdir. Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin mühüm dövlət strukturu kimi yenidən təsis edilməsi isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra qanunçuluğa, ədalət prinsipinin bərqərar olmasına, onun demokratik dəyərlərlə zənginləşməsinə xüsusi diqqət yetirmiş, 1970-ci ildə Ədliyyə Nazirliyinin yenidən təşkilinə rəhbərlik edərək bu qurumun gələcək inkişafı üçün əlverişli şərait və möhkəm təməl yaratmışdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycan ədliyyəsinin inkişafına xüsusi diqqət və qayğı daha da artırılmışdır. Ölkəmizdə mühüm dövlət təsisatlarının yaradılması, müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması və digər möhtəşəm uğurlar ümummilli lider Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin və misilsiz əməyinin nəticəsidir.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin ədliyyə orqanlarında, məhkəmə-hüquq sistemində əsaslı və köklü islahatlar aparılmış, yeni qanunlar qəbul olunmuş və üç pilləli məhkəmə sistemi formalaşmışdır. Ədliyyə orqanları hüquqi, demokratik dövlət quruculuğu prinsiplərinə uyğunlaşdırılmış, ədliyyə orqanlarının səlahiyyət və funksiyaları genişləndirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 18 aprel 2006-cı il tarixli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanları dövlət başçısının ölkədə möhkəm təməl üzərində qurulmuş məhkəmə və ədliyyə sisteminin formalaşmasına dair geniş və məqsədyönlü fəaliyyətin nəticəsidir və bu fəaliyyət məhkəmə və ədliyyə sisteminin təkmilləşdirilməsində müstəsna rol oynayır.
“Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Respublikamızda məhkəmələrin yeni inzibati binalarının inşa edilib istifadəyə verilməsi dövlətin məhkəmə hakimiyyətinə, eləcə də ədliyyə orqanlarının əməkdaşlarına göstərdiyi diqqət və qayğının ən böyük təzahürlərindən biridir. “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır.
Məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət beynəlxalq təcrübədən və nüfuzlu beynəlxalq təşkilatların imkanlarından istifadə edilməsi məqsədi ilə bir sıra mötəbər qurumlarla işgüzar əlaqələr yaradılmış, bu sahədə Avropa Şurası ilə əməkdaşlığa xüsusi diqqət yetirilmişdir. 2015-2017-ci illər ərzində Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyinin artırılması layihəsi çərçivəsində Respublika daxilində və ölkə hüdudlarından kənarda çoxsaylı tədbirlər keçirilmiş, ədliyyə orqanlarının və məhkəmə sisteminin əməkdaşları həmin tədbirlərdə fəal iştirak etmişlər. Mən də həmin tədbirlərin iştirakçısı olmuşam.
Məhkəmə – hüquq sisteminin təkmilləşdirilməsinə xüsusi önəm verən dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlar, hakimlərin şəffaf seçimi, Dünya Bankı ilə birgə əməkdaşlıqla məhkəmə infrastrukturunun müasirləşdirilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məhkəmələrin müstəqilliyini, şəffaflığını və əlçatanlığını artırmışdır.
Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində yeni müasir məhkəmə binalarının inşası və həmin binaların açılışında möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı dövlətimizin, onun başçısının ədliyyə sisteminə, ədalət mühakiməsinə diqqət və qayğısının parlaq təzahürüdür.
Bu məhkəmə binalarında insanlara yüksək xidmətlərin göstərilməsi, məhkəmə proseslərinin şəffaf, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr tərəfindən həyata keçirilməsi təmin edilmişdir. Azərbaycan dövləti hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi üzrə tədbirlərin gücləndirilməsini öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik strategiyasına uyğun olaraq ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi məhkəmə hakimiyyəti, eləcə də ədliyyə orqanları tərəfindən daha da etibarlı şəkildə təmin edilmişdir.
Uzun illər ədliyyə orqanlarında çalışan və hazırda hakim kimi fəaliyyət göstərən bir şəxs olaraq, məhkəmə hakimiyyətinin nümayəndəsi kimi Azərbaycan ədliyyəsinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyini, ədliyyə sistemində çalışan bütün əməkdaşları, eləcə də ədliyyə orqanlarında çətin və şərəfli yol keçmiş ədliyyə veteranlarını bu möhtəşəm yubiley və əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli peşə sahiblərinə uğurlar və müvəffəqiyyətlər arzulayıram.
Rəfayel Şirinov,
İsmayıllı rayon Məhkəməsinin sədri

Azərbaycan ədliyyəsi –“ 100

Şərh Yaz