Yaddas kitabcasi

Dönüş dövrü – ölkəmizin inkişaf salnaməsinə böyük töhfə

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İsmayıllı rayon şöbəsində 18 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 15 illiyi münasibəti ilə rayon İcra Hakimiyyəti başçısının müavininin, Ağsaqqallar və Veteranlar Şurası sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DTX İsmayıllı rayon şöbəsinin rəis əvəzi Cavid Məmmədov Prezident cənab İlham Əliyevin prezidentliyinin 15 illiyi ərzində ölkənin daha da gücləndiyini, iqtisadiyyatının inkişaf etdiyini və dünyanın qabaqcıl ölkələri səviyyəsinə gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dönüş dövrü - ölkəmizin inkişaf salnaməsinə böyük töhfə         Dönüş dövrü - ölkəmizin inkişaf salnaməsinə böyük töhfə         Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İsmayıllı rayon şöbəsində 18 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin prezident seçilməsinin 15 illiyi münasibəti ilə rayon İcra Hakimiyyəti başçısının müavininin, Ağsaqqallar və Veteranlar Şurası sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DTX İsmayıllı rayon şöbəsinin rəis əvəzi Cavid Məmmədov Prezident cənab İlham Əliyevin prezidentliyinin 15 illiyi ərzində ölkənin daha da gücləndiyini, iqtisadiyyatının inkişaf etdiyini və dünyanın qabaqcıl ölkələri səviyyəsinə gəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir iştirakçılarından DTX İsmayıllı rayon şöbəsinin əməkdaşı Kamil Orucov, rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, RİH başçısının müavini Mahmud Süleymanov Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə həyata keçirdiyi çoxsaylı qlobal layihələrdən, icrası başa çatdırılmış tikinti-quruculuq işlərindən, Ulu öndərin ideyalarının sədaqətlə həyata keçirilməsindən və bu işlərin uğurla davam etdirilməsindən danışıblar.
Qeyd olunub ki, keçən əsrin 90-cı illərinin əvvəlində 2-ci dəfə müstəqillik əldə etmiş Azərbaycan-Ermənistan arasında baş vermiş silahlı münaqişə nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində tənəzzül başladı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində tezliklə bu tənəzzülün qarşısı alındı. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu siyasət 2003-cü ildə böyük səs çoxluğu ilə Prezident seçilən İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və zamanın tələbinə uyğun olaraq daim təkmilləşdirilir.
Diqqətə çatdırılıb ki, həyata keçirilən proqramlaşdırılmış tarixi siyasət strategiyası ölkəmizi beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı tərəfdaşa çevirib. Prezident İlham Əliyevin rasional xarici siyasət strategiyasının fonunda ermənilərin uzun illərdir ki, Azərbaycana, Türkiyəyə və türk dünyasına qarşı apardıqları qara piar kompaniyası iflasa uğradıldı və bu məsələdəobyektiv ictimai rəyin formalaşdırılmasına nail olundu. Bu, cənab Prezidentin bütövlükdə türk dünyası qarşısındakı ən böyük tarixi xidmətidir.
Bölgələrin inkişafı məsələsinə toxunan natiqlər bildiriblər ki, prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Prezident seçkilərindən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olmasını təmin edir. Bu da onu göstərir ki, İlham Əliyev cənablarının 15 illik Prezidentlik dövrü sosial-iqtisadi həyatımızın bütün sahələrində dönüş dövrü olmaqla ölkəmizin inkişaf salnaməsinə böyük töhfə verib.
Ş. Soltanov

Şərh Yaz