Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası

Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının və Azərbaycanda Rus İcmasının təşkilatçılığı ilə dünən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusundakı beynəlxalq elmi-praktik form oktyabrın 6-da öz işini İsmayıllıda, rusların yığcam yaşadıqları İvanovka kəndində davam etdirib.

Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası          Rus Dilinə Dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin, Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyasının və Azərbaycanda Rus İcmasının təşkilatçılığı ilə dünən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusundakı beynəlxalq elmi-praktik form oktyabrın 6-da öz işini İsmayıllıda, rusların yığcam yaşadıqları İvanovka kəndində davam etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq forumun iştirakçıları İvanovkada ümummilli lider Heydər Əliyevin adını daşıyan tam orta məktəbə gəlib, tədris ocağı ilə tanış olublar. Məktəbin direktoru Polina Radayeva Azərbaycanda rus dilinə olan diqqətdən, məktəblərdə bu dilin böyük sevgi ilə tədris olunduğundan, İsmayıllı təhsilinin uğurlarından danışıb və bu uğurlarda İvanovka kənd tam orta məktəbinin də nəzərəçarpan payı olduğunu vurğulayıb. Forumun mədəniyyətlərarası dialoqa dair müzakirələrin aparılması və əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edərək iştirakçılara yeni-yeni uğurlar arzulayıb.
Sonra rayon rəhbərlərinin və təhsil işçilərinin iştirakı ilə “Dünya ölkələrində rus dilində təhsil: müasir çağırış və inkişaf perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”nı açan Milli Məclisinin deputatı, Azərbaycanda Rus İcmasının sədri, Rusiya Həmvətənləri Beynəlxalq Şurasının idarə heyətinin üzvü Mixail Zabelin ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsinin təsadüfi olmadığını qeyd edərək Azərbaycanın qədimdən tolerant ölkə olduğunu söyləyib. Rus dilinə və xalqına göstərilən qayğıya görə Rus İcması və Rusiya həmvətənləri adından Azərbaycan rəhbərliyinə və xalqına təşəkkürünü bildirib. Azərbaycan məktəblərində, KİV-lərdə rus dilindən geniş istifadəni iki xalq arasında güclü əlaqə kimi diqqətə çatdırıb.
Tədbirdə iştirak edən qonaqlardan Rusiya təmsilçisi Yuriy Qoryaçov, Yelena Г‡ernışova İvanovka timsalında ölkəmizdə rusdilli əhaliyə göstərilən diqqəti yüksək dəyərləndiriblər.
Beynəlxalq Pedaqogika Cəmiyyəti Əlaqələndirmə Şurasının sədri, Latviya Rus Mədəniyyəti Cəmiyyətinin sədri, Riqa şəhərində “Siqma” özəl məktəbinin direktoru Yelena Matyakubova Latviya ilə Azərbaycanın gənc nəslindən olan nümayəndələr arasında əlaqələrin genişləndirilməsinin faydalı ola biləcəyindən danışıb. Azərbaycanı dünyanın cənnəti, İsmayıllını onun füsunkar bir guşəsi adlandırıb. Xalqlar arasında əlaqələrin daha da genişlənməsi istiqamətində həyata keçirdiyi layihələrdən söhbət açıb, forumun əhəmiyyətini vurğulayıb.
Forumda Polşa təmsilçiləri Boqumila Sverko, Bronislav Bilk, Belarus Respublikasının nümayəndələri İnna Vannik, Anna Yereşoviç, Moskva şəhərindən gələn Ramida Qasımova “Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası” mövzusunu əhatə edən məruzələrlə çıxış ediblər.
“Dəyirmi masa”nın gedişində Rusiya, Türkiyə, Polşa, Ukrayna, Latviya, Kanada, Belarus, Almaniya, Serbiya, Bolqarıstan, Özbəkistan və digər ölkələrdən gələn rus dilli mütəxəssislər iştirak ediblər.
Qonaqlara İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından hədiyyələr təqdim olunub. Rus İcması adından məktəbə “Russkaya kultura” adlı albom hədiyyə edilib.
Məktəb şagirdləri vətənpərvərliyi, dilləri, dostluğu tərənnüm edən şeirlər söyləyib, mahnılar ifa ediblər. Məktəblilərin milli koloriti əks etdirən rəqsləri alqışlarla qarşılanıb.
Qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan İvanovka kənd tam orta məktəbindən xoş təəssüratlarla ayrılıblar.
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru

Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası
Mədəniyyətlərin dialoqunda təhsil: rus məktəbi dünyası

Şərh Yaz