Məcburi köçkünlərlə görüş keçirilib

Oktyabrın 12-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rayonda yaşayan məcburi köçkün ailələrinin nümayəndələri ilə görüşü keçirilib.
RİH-nin iclas zalında reallaşan tədbirdə icra başçısı və aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri, 200-ə yaxın məcburi köçkün ailəsindən nümayəndələr iştirak edib.

Məcburi köçkünlərlə görüş keçirilib      Oktyabrın 12-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rayonda yaşayan məcburi köçkün ailələrinin nümayəndələri ilə görüşü keçirilib.
RİH-nin iclas zalında reallaşan tədbirdə icra başçısı və aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri, 200-ə yaxın məcburi köçkün ailəsindən nümayəndələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı M.Sadıqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət siyasətinin bu önəmli sahəsini həmişə diqqətdə saxlayır, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün müvafiq fərman və sərəncamlar imzalayır. Məcburi köçkünlər üçün 100-dən çox şəhərciyin salındığını diqqətə çatdıran RİH başçısı söyləyib ki, bütün bunların nəticəsini bizim rayondakı vəziyyətə baxanda bir daha aydın görmək olar. Belə ki, 45 evdən ibarət olan “Qarabağ” qəsəbəsinin bütün infrastrukturu ilə qısa vaxtda tikilib məcburi köçkünlərin istifadəsinə verilməsi bunun canlı nümunəsidir.
M.Sadıqov sonra qeyd edib ki, rayon ərazisində 47 yaşayış məntəqəsində 754 ailəni əhatə edən 2742 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.
Məcburi köçkünlərin problemlərinin həllinə həmişə diqqətlə yanaşıldığını qeyd edən RİH-nin başçısı bildirib ki, bu gün toplaşmağın əsas məqsədi də məhz problemlərin həllinə yönəlmişdir, köçkün ailələrinə kömək etmək məqsədi daşıyır.
Sonra Ağdam, Laçın, Füzuli, Kəlbəcər, Şuşa, Xocalı, Cəbrayıl, Tərtər, Xocavənd və Zəngilan rayonlarından olan məcburi köçkünlər Gülağa Abbasov, Arif Tanrıverdiyev, Sakit Kazımov, Г‡ingiz Həmzəyev, Möhübbət Paşayev, Əşrəf Dadaşov, Fazil Köçəriyev, Г‡ıraq Hüseynov, Lətif Abdullayev, Vəli Həsənov və başqaları qarşılaşdıqları problemlər barədə məlumat verib, həll olunmasına köməklik istəyiblər. Söylənilən problemlər- ev, qaz, su, işıq, yol və torpaq məsələlərini əhatə edib.
RİH başçısı M.Sadıqov həlli mümkün məsələlər barədə aid idarə və müəssisə rəhbərlərinə, İƏD üzrə nümayəndələrə tapşırıqlar verib. Bir ay müddətinə mənzilə ciddi ehtiyacı olan məcburi köçkün ailələrinin komissiya yaradılaraq müəyyənləşdirilməsini tapşırıb. Digər problemli məsələlərin həllində məcburi köçkünlərə köməklik göstəriləcəyini qeyd edib.
Azər Bədəlov

Məcburi köçkünlərlə görüş keçirilib
Məcburi köçkünlərlə görüş keçirilib

Şərh Yaz