Cəmiyyətin təmizliyi naminə

Sentyabrın 28-də İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda dəyirmi masa” keçirilib.
Dəyirmi masada DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Cəmiyyətin təmizliyi naminə       Sentyabrın 28-də İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” mövzusunda dəyirmi masa” keçirilib.
Dəyirmi masada DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev açaraq bildirib ki, həm narkomaniya, həm də zərərli dini cərəyanlar cəmiyyətimiz, gəncliyimiz üçün əsas təhlükələrdən biridir.
RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin fəal olmasının vacibliyini vurğulayıb.
Daha sonra İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov və “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Soltanov mövzu ilə bağlı fikirlərini bildirib, gənclərin bu sahədə maariflənməsi üçün görülən işlər, həyata keçirilən layihələrdən danışıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
E.Mehdiyev

Cəmiyyətin təmizliyi naminə
Cəmiyyətin təmizliyi naminə

Şərh Yaz