İsmayıllıda sorğu keçirilib

İsmayıllıda sorğu keçirilib        23 oktyabr 2018-ci il tarixdə Dünya Bankı tərəfindən maliyələşdirilən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin nəzarəti ilə “Gəncə Regional Qadın Mərkəzi”nin “Hüquqi Yardım (Legal Aid)” layihəsi çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında, İsmayıllı Tikiş fabrikində, İsmayıllı Peşə Tədris Mərkəzində, Mədəniyyət Mərkəzində və İsmayıllı şəhərinin məcburi köçkünlərin məskunlaşdığı məhəllədə sorğu keçirilib.
Sorğuda aztəminatlı vətəndaşlar, qadınlar, gənclər, xüsusi qayğıya ehtiyacı olanlar iştirak ediblər. Aparılan sorğu zamanı vətəndaşların ehtiyacları öyrənilmiş, hüquqi yardım göstərilmiş və təklifləri dinlənilmişdir.

Şərh Yaz