Şəfaqətov Gülbaba Behbud oğlu

Şəfaqətov Gülbaba Behbud oğlu        “Yoxdan var yaradan insan” –“ bu adı Qurbanəfəndi kənd camaatı vermişdi Gülbaba müəllimə. Sağlığında da belə deyirdilər, məzarı başında keçirilən mitinqdə də, indinin özündə də. Г‡ünki Gülbaba müəllim Qurbanəfəndi kəndində həqiqətən yoxdan bir məktəb, bir təhsil ocağı yaratmışdı.
Tək Qurbanəfəndi kəndindəmi?..
Г‡oxları Gülbaba müəllimin təqaüdə çıxan ili də məktəbdən getməsi barədə ərizəsini maarif müdirinin israrla geri qaytarmaq istəməsinə cavab olaraq dediyi bir kəlməni də unuda bilmirlər: ”Yorulmuşam”. Bu sözə onu tanıyanlardan heç biri inanmamışdı. Sənətini o qədər ürəkdən sevən, məktəbə, şagirdə qəlbən bağlı bir insana bu söz çox-çox uzaq olmalıydı. Özü də işinin öhdəsindən gəlməkdə heç bir çətinlik çəkməyən bir insan, bir təcrübəli pedaqoq…
Şəfaqətov Gülbaba Behbud oğlu        (1916-1976)

“Yoxdan var yaradan insan” –“ bu adı Qurbanəfəndi kənd camaatı vermişdi Gülbaba müəllimə. Sağlığında da belə deyirdilər, məzarı başında keçirilən mitinqdə də, indinin özündə də. Г‡ünki Gülbaba müəllim Qurbanəfəndi kəndində həqiqətən yoxdan bir məktəb, bir təhsil ocağı yaratmışdı.
Tək Qurbanəfəndi kəndindəmi?..
Г‡oxları Gülbaba müəllimin təqaüdə çıxan ili də məktəbdən getməsi barədə ərizəsini maarif müdirinin israrla geri qaytarmaq istəməsinə cavab olaraq dediyi bir kəlməni də unuda bilmirlər: ”Yorulmuşam”. Bu sözə onu tanıyanlardan heç biri inanmamışdı. Sənətini o qədər ürəkdən sevən, məktəbə, şagirdə qəlbən bağlı bir insana bu söz çox-çox uzaq olmalıydı. Özü də işinin öhdəsindən gəlməkdə heç bir çətinlik çəkməyən bir insan, bir təcrübəli pedaqoq…
Onda kimsənin ağlından belə keçmədi ki, Gülbaba müəllimi yoran iş yox, onu bir ömür boyu kənd-kənd, el-el dolaşdıran yollardı. Berlinədək uzanıb gedən döyüş yolu da ürəyində təpər, dizlərində güc qoymamışdı. Bir tək özü bilirdi yolların onu necə yorğun saldığını, bir tək özü…
Gülbaba Şəfaqətov doğulub boya-başa çatdığı Diyallı kəndində beşillik məktəbi bitirdikdən sonra təhsilini İsmayıllı kənd yeddillik məktəbində davam etdirirdi –“ hər gün Diyallıdan piyada gəlib piyada da qayıdırdı. 1932-ci ildə məktəbi bitirib Göyçay Pedaqoji Texnikumuna daxil olsa da yenə vəziyyət dəyişmir –“ hər gün olmasa da, hər həftə xəstə atasına baş çəkmək üçün kəndə gələrdi.
1935-ci ildə texnikumu müvəffəqiyyətlə bitirən G.Şəfaqətovun ilk iş yeri Quşencə məktəbi olur. Müqəddəs müəllim ömrünün ilk həyəcanlı anını məhz bu məktəbdə yaşayır və həyəcan dolu bu sevinc müəllim ömrünün, məktəblə bağlı həyatının sonunadək onu tərk etmir. Öyrəndiklərini, bildiklərini öyrətməkdən, yetirmələrinin uğurlarından aldığı sevinc bir ömür boyu sürür. Bir müddət sonra bir vaxtlar şagird kimi gəldiyi İsmayıllı kənd məktəbinə işə göndərilir. Gülbaba müəllimin ömrünün sonunadək sürən “məktəb səyahəti” 1936-cı ildə Nüydi məktəbinə direktor təyin edilməsi ilə başlayır. Həmin vaxtdan gənc kommunist G.Şəfaqətov RPK-nin nomenklaturasına bacarıqlı və təşkilatçı pedaqoq kimi düşür. Harada, hansı məktəbdə tədrisin keyfiyyəti aşağı olsaydı G.Şəfaqətov partiya tapşırığı ilə həmin məktəbə göndərilirdi. 1940-cı ildə hərbi xidmətə çağrılanadək artıq bir neçə məktəbdə öz təşkilatçılıq və pedaqoqluq bacarığını göstərmişdi.
Məktəb yolundan savayı, sən demə, onun taleyində döyüş yolu da var imiş. Bu yolu da şərəflə keçir –“ düz Berlinədək gedir. 1945-ci ilin sonlarında Vətənə dönərkən “dava çemodanı” deyilən taxta çemodanda onlarla medal, Stalin tərəfindən verilən 5 “təşəkkür” varıydı və ömrünün sonunadək də onlar o çemodanda toxunulmaz qaldılar. Bircə dəfə də olsa onları sinəsinə asmadı. “Müharibədən sağ qayıtmaq, yenidən ailənə, sevdiklərinə qovuşmaq Allahın ən böyük mükafatıdır”, dedi.
Müharibədən qayıdan kimi Talıstan məktəbinə direktor təyin edilir. Bir il sonra Təzəkənd məktəbinin vəziyyəti nəzərə alınaraq oraya göndərilir. Daha sonra bacarıqlı rəhbərə möhtac Qurbanəfəndi məktəbi, Hacıhətəmli məktəbi… Hər yeni təyinatda da ona məktəbdə işi qaydaya salmaqla yanaşı, ən qısa vaxtda işi onun kimi davam etdirə biləcək bir yerli kadr yetişdirmək tapşırılırdı. Ancaq Gülbaba müəllim direktorluqdan daha çox dərs deməkdən, öyrətməkdən zövq alırdı. Öyrətməkdən, öyrənməkdən yorulmurdu. Qiyabi yolla təhsilini davam etdirərək APİ-ni bitirir.
G.Şəfaqətovun direktorluq “səyahətinə” son nöqtə Qurbanəfəndi məktəbində qoyulur. Yenidən və bu dəfə uzun müddətə bu məktəbə rəhbərlik edən Gülbaba müəllim artıq təkcə məktəb işi ilə kifayətlənmir. Kəndə su çəkilməsinin təşəbbüsçüsü, rəhbəri və iştirakçısı olur. Su çəkilməsindən sonra az vaxt ərzində məktəbyanı sahədə böyük və gözəl bir bağ salır. Bu bağla yanaşı illərdir suya həsrət olan kənddə yaşıllaşır. Məktəbin məzunlarının hər il daha çoxu ali məktəb və texnikumlara daxil olur. Bütün bunlara görə də qədirbilən kənd camaatı Gülbaba müəllimə əməllərinə, işinə layiq ad verir –“ “yoxdan var yaradan insan!”
1976-cı ildə elə bu məktəbdən təqaüdə çıxır və məktəbə bir yolluq “əlvida” deyir. Sən demə, onu yaşadan elə məktəb imiş, iş imiş, xeyirxah əməlləri imiş –“ məktəbdən ayrı cəmi 3 ay ömür sürür. Ömrünün 60-cı payızında bu gözəl pedaqoq, bacarıqlı təşkilatçı, qayğıkeş ata dünyasını dəyişir. Arxada xoş əməlləri, yüzlərlə yetirmələri və bir də ataları kimi el hörməti qazanmağı bacaran, atalarının yolunu davam etdirən 3 övladı qalır.
… Bütün bunları yada salanda Gülbaba müəllimə “60 il yaşadı” deyə bilmirsən. Məndə, səndə, onda və ən fərəhlisi müəllim övladlarında yaşayan müəllim ömrü heç vaxt bitməz, durduqca durar, insanlıq yaşadıqca yaşar. Yoxdan var yaradanların ruhu ilə yanaşı…
Xalıq Xalıqov

Şərh Yaz