İsmayıllıda demoqrafik vəziyyət:

İsmayıllı rayonu Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşməklə median istiqamətində uzunluğu 56 km, paralel istiqamətində eni isə 73 km təşkil edir. Rayon dəniz səviyyəsindən Şirvan düzündə 200 metr, dağ silsiləsində 3629 metr hündürlüyə malikdir.
İsmayıllı rayonu Bakıdan 185 km. məsafədə yerləşməklə, Şamaxı, Ağsu, Göyçay, Qəbələ və Quba rayonları ilə həmsərhəddir. İsmayıllı rayonunun ərazisi 2074 kv.km. olmaqla əhalinin sıxlığı bir kvadrat kilometrdə 41,7 nəfər təşkil edir. Bu göstərici ölkənin kənd rayonları arasında orta göstərici sayılır.
2018-ci ilin oktyabr ayının 01-i vəziyyətinə ilkin məlumatlara görə əhalinin təbii və miqrasiya göstəricilərinə əsasən hesablanmış sayı 86548 nəfər olmuşdur. Bu dövrdə əhalinin sayı 437 nəfər artmışdır ki, bu da əsasən təbii artım hesabına olmuşdur. Rayon əhalisinin 67,60 faizi, yəni 58506 nəfəri kənd yerində, 32,40 faizi, 28042 nəfəri şəhər və qəsəbə yerlərində yaşayır. Rayon əhalisinin 50,41 faizini kişilər, 49,59 faizini qadınlar təşkil edir. İsmayıllı rayonunun əhalisi son 9 ayda 0,5 faiz və ya 437 nəfər artmışdır. Bundan başqa rayonda 725 qaçqın ailəsində 2998 nəfər, 875 məcburi köçkün ailəsində isə 3413 nəfər məcburi köçkün məskunlaşmışdır.
Hazırkı vəziyyətdə əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələndirilir. Əhalinin ümumi sayından 0-14 yaşda olan uşaq və yeniyetmələrin xüsusi çəkisi 23,00 faiz, 15-64 yaşda olan əhalinin xüsusi çəkisi 70,15 faiz, 65 yaş və yuxarıların isə 6,85 faiz təşkil edir.
2009-cu ilin əhalinin siyahıyaalınması məlumatlarına görə rayon əhalisinin 86,3 faizini azərbaycanlılar, 13,7 faizini isə qeyri-millətlər təşkil edir. Əsrlərdir rayonda müxtəlif millətlərin nümayəndələri bir yerdə çox mehriban yaşayırlar.
01 oktyabr 2018-ci il tarixə İsmayıllı rayonu üzrə demoqrafik vəziyyət aşağıdakı kimi olmuşdur.
2018-ci ilin 2017-cı ilin artma/+/
9 ayı 9 ayı azalma/-/
Doğulanlar 878 970 -92
Ölənlər 405 448 -43
O cümlədən,
1 yaşa qədər uşaqlar 2 5 -3
Nikahlar 399 487 -88
Boşanmalar 72 76 -4
Təbii artım 473 552 -79
Miqrasiya -36 -46 10
Ümumi artım 437 515 -78

Şərh Yaz