Ailədə uşaqların hüquqları

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin təşkilatçılığı ilə İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbində 13 oktyabr 2018-ci il tarixdə ”Ailədə uşaqların hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri Pakizə Abbasova açıb. Hüquq şöbəsinin məsləhətçisi Rasim Rəhimov ailədə uşaqların hüquqları barəsində ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
R.Rəhimov

Ailədə uşaqların hüquqları

Şərh Yaz