“Fermer evi”ndə elmi-praktik seminar

24 oktyabr 2018-ci il tarixdə “Fermer evi”ndə “Kənd təsərrüfatı heyvanlarının xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnistitutunun işçiləri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak ediblər.

“Fermer evi”ndə elmi-praktik seminar    24 oktyabr 2018-ci il tarixdə “Fermer evi”ndə “Kənd təsərrüfatı heyvanlarının xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktik seminar keçirilib.
Seminarda Aqrar Elm və İnnovasiya Mərkəzinin, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnistitutunun işçiləri, kənd təsərrüfatı mütəxəssisləri və fermerlər iştirak ediblər.
Seminarı giriş sözü ilə baytarlıq elmləri doktoru, professor İlham Əzimov açıb. Sonra İsmayıllı Rayon Baytarlıq İdarəsinin rəisi Barat Şahalıyev tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb və belə bir əhəmiyyətli tədbirin rayonumuzda keçirilməsinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzininin, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnistitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra “Kənd təsərrüfatı heyvanlarının yemlərlə zəhərlənməsinin bəzi xüsusiyyətləri və mübarizə tədbirləri” mövzusunda baytarlıq üzrə fəlsəfə doktoru, dosent Y.Bağırov; “Kənd təsərrüfatı heyvanlarının brusellyozu” mövzusunda baytarlıq üzrə fəlsəfə doktoru, dosent R.Muradov; “Quşların helmintozlarına qarşı aparılan mübarizə tədbirləri” mövzusunda biologiya üzrə fəlsəfə doktoru, dosent S.Məmmədova çıxış ediblər.
Seminarın sonunda fermerləri maraqlandıran suallara cavab verilib.
Elsevər Əzizov,
İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri

Şərh Yaz