Gənclər və idmançılarla görüş keçirilib

16 oktyabr 2018-ci il tarixində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar İsmayıllıda rayon gəncləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin zalında keçirilən tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, başçının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, RTŞ-nin, RMX-nın, kollec və peşə tədris mərkəzinin rəhbərləri, şəhər İƏD-si üzrə nümayəndə və bələdiyyə sədri, 200 nəfərdən çox gənc iştirak edib.
Gənclər və idmançılarla görüş keçirilib       16 oktyabr 2018-ci il tarixində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar İsmayıllıda rayon gəncləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin zalında keçirilən tədbirdə RİH-nin başçısı Mirdaməd Sadıqov, başçının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, RTŞ-nin, RMX-nın, kollec və peşə tədris mərkəzinin rəhbərləri, şəhər İƏD-si üzrə nümayəndə və bələdiyyə sədri, 200 nəfərdən çox gənc iştirak edib.
Tədbiri giriş sözü ilə RİH başçısının müavini Sevil Əhmədova açıb və Respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gənclərini Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib. Bu gün aparılan uğurlu dövlət-gənclər siyasəti barədə danışıb.
Dövlət Müstəqilliyi ilə əlaqədar məruzə edən RGİİ-nin rəisi Taleh Salehov gənclərə dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən, “Cümhuriyyət ili” çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barəsində məlumat verib, rayonun inkişafında gənclərin fəallığının artırılması sahəsində hələ xeyli iş görülməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Rayon YAP gənclər təşkilatının sədr əvəzi Qönçə Ağazadə, şairə Turac Hilal, İvanovka kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Jabina Tatyana Vasilyevna, DQİDK-nin İsmayıllı rayonu üzrə nümayəndəsi Elnur Mehdiyev, Sumağallı İƏD üzrə nümayəndənin müavini İlkin Salahov, şəhər 1 nömrəli tam orta məktəbin “Tərəqqi” medallı müəllimi Bahar Abdullayeva, İsmayıllı Bilik Evinin direktoru Sevinc Novruzova, unversal döyüş üzrə dünya çempionu Nayib Zərbiyev və başqaları çıxış edərək gənclərin beynəlxalq əlaqələrindən, istedadlı və yaradıcı gənclərlə işin effektiv təşkilindən, gənclər arasında milli-dini dözümlülük və humanizm dəyələrindən, gənclərin sahibkarlıq fəaliyyətindən, rayon idmançılarının qazandığı uğurlardan danışıblar.
Sonda RİH-nin başçısı, professor Mirdaməd Sadıqov gəncləri müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə təbrik edib, rayon gənclərinin daha aktiv təşkilatlanması, elmi-biliklərə dərindən yiyələnməsi, rayonun ictimai-siyasi həyatında fəallıqlarının artırılması, sahibkar gənclərə dövlət dəstəyinin gücləndirilməsi, yaradıcı gənclərin istedadlarının inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə çıxış edib. Ölkəmizdə dövlət-gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Aktiv gənclərin sualları cavablandırılıb.
Mehman Zeynalov

Şərh Yaz