11 qızıl medal və kubok İsmayıllıya gəldi

11 qızıl medal və kubok İsmayıllıya gəldiBu yaxınlarda Bakıda idmanın kantakt-karate- do əlbəyaxa döyüş növü üzrə Prezident Kuboku uğrunda keçirilən açıq birincilikdə İsmayıllının komandası da iştirak edib. Gərgin məşqlərin, güclü hazırlığın nəticəsidir ki, ismayıllılar bütün komandaları məğlub edərək, birinci yerə çıxıb.
Sevindirici haldır ki, 18 nəfərdən ibarət komandamız 11 qızıl medalla yarışın kubokunu İsmayıllıya gətirib.
Komandanın rəhbəri və məşqçisi, ikiqat dünya çempionu Bayram Qəhrəmanovun qazanılan bu möhtəşəm uğurda böyük zəhmət payı var. Qazanılan hər qələbə onu sevindirir, yeni nailiyyətlərə istiqamətləndirir.Bu yaxınlarda Bakıda idmanın kantakt-karate- do əlbəyaxa döyüş növü üzrə Prezident Kuboku uğrunda keçirilən açıq birincilikdə İsmayıllının komandası da iştirak edib. Gərgin məşqlərin, güclü hazırlığın nəticəsidir ki, ismayıllılar bütün komandaları məğlub edərək, birinci yerə çıxıb.
Sevindirici haldır ki, 18 nəfərdən ibarət komandamız 11 qızıl medalla yarışın kubokunu İsmayıllıya gətirib.
Komandanın rəhbəri və məşqçisi, ikiqat dünya çempionu Bayram Qəhrəmanovun qazanılan bu möhtəşəm uğurda böyük zəhmət payı var. Qazanılan hər qələbə onu sevindirir, yeni nailiyyətlərə istiqamətləndirir.
Müxtəlif yaş səviyyəsində olan idmançılarımız yarışdan-yarışa mətinləşir, rayonumuzun idman şərəfini əzmlə qoruyur və yüksəldirlər.
Son yarışın qalibləri sırasında ən balaca idmançımız Tacəddin Ələkbərlidir. Onun cəmi 6 yaşı var, amma, ümidvericilərimizdən biridir. Onun gələcəkdə tanınan idmançı olacağına çox imidliyik.
Komandanın rəhbərliyini, üzvlərini təbrik edir, hər birinə həyatda və idmanda uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz