Tamam Nur Tağlabiyanlı

Tamam Nur TağlabiyanlıOynayıram

Oynayıram qol açıb dərdlə məcburiyyətdən,
Görənlər elə bilir ürəkdən oynayıram.
Qulaq asmış oluram başım üstəki yelə,
Oynamağı öyrənib küləkdən oynayıram.

Ayaq altı düz deyil, nahamardı, daşdı yol,
Dərd başımdan yağsa da ilişəndi mənə kol.
Qarşısında fələyin bükməyim olmayır qol,
Dərdim tökülsə belə ətəkdən oynayıram.
Tamam Nur Tağlabiyanlı

Oynayıram

Oynayıram qol açıb dərdlə məcburiyyətdən,
Görənlər elə bilir ürəkdən oynayıram.
Qulaq asmış oluram başım üstəki yelə,
Oynamağı öyrənib küləkdən oynayıram.

Ayaq altı düz deyil, nahamardı, daşdı yol,
Dərd başımdan yağsa da ilişəndi mənə kol.
Qarşısında fələyin bükməyim olmayır qol,
Dərdim tökülsə belə ətəkdən oynayıram.

Götürürəm üstündən dərdini də qələmin,
Qurutmalı oluram gözlərin yaşın, nəmin.
Atıb, tullayıb yerə dəstəsini dərd-qəmin,
Toplayıb dəstə güldən, çiçəkdən oynayıram.

Oynayıramsa əgər olmayır dayanmağım,
Baxmaq oyan-buyana, ətrafa boylanmağım.
Bu cürə rəqs etməyim, bu cürə oynamağım,
Tökülsə də gözümdən, bəbəkdən oynayıram.

Fır-fır fırlatmamışdı məni bu cür dünyada,
Oynatmamışdı məni anam çalan laylada.
Nəyinsə səbəbindən dingildəyib havada,
Г‡ıxıb xəlbir gözündən, ələkdən oynayıram.

Dərdimi

Dəftərlərdə, kağızda açılıb, oxunmayır,
Г‡arəm buna qalıb ki, yazam daşa dərdimi.
Söküb, yırtmaqdan ötrü geyinmişəm əynimə,
Eyləməli olmuşam yaylıq başa dərdimi.

Oxunduqca oxunur olmayır qurtarmağı,
Saxta səslənilməyir, görünmür də bayağı.
Dərddən, qəmdən bəhs edir kitabın hər varağı,
Yazılması var imiş ömrə, yaşa dərdimi.

Tapıb birisini də axşam olsun, ya səhər,
Gətirdim ki, tutalar bir-birlərindən xəbər.
Tənha, tək yaşamaqdan göz qorxub ki, o qədər,
Cütləşdirdim qəmimi, etdim qoşa dərdimi.

Gəzir

Düşdü bu yük də üstümə ki, şer yazam, şəkil çəkəm,
Rəssam dərdi çəkən olmur, şair qəmdən kənar gəzir.
O yerəcən düşünməsi, daşınması olmur deyə,
Bahar, yaz olmayan yerdə talesiz yaz, bahar gəzir.

Böyrü, başını tutandan, daşa dəyib əziləndən,
Üstündən gedib hər zaman, günü-gündən azalandan.
Ayaq üstə tir-tir əsib, ixtiyarı üzüləndən,
Kimsə üçün güc istəyir, özüyçün ixtiyar gəzir.

Bir dəri, bir sümük qala, tökə bədənindən əti,
Tənəyə, qınağa düşə, yaşaya pis vəziyyəti.
Axtarmasıyla sevgini, gəzməsiylə məhəbbəti,
Dərd-qəm axtarmalı olub, canı üçün azar gəzir.

Danışmıram

Gərək belə tez, erkən saçı ağartmayaydım,
Hələ ürəyimdəki yaradan danışmıram.
Təmizləməkdəyəm mən daşda olan qaranı,
Taleyimə calanmış qaradan danışmıram.

Darısqallıq yaşanır, yer mənə niyə dardı?
Satış var hər yerində, dünya niyə bazardı?
Düşmüşəm üstünə ki, daş niyə laldı, kardı?
Qaya danışır deyə, qayadan danışmıram.

Aydındı mənə güntək fikri zamanın, ilin,
Ayaqdakı məftilin, ələ bağlanan telin.
Boşluğu olmur deyə, iş-güc sarıdan əlin,
Boş şeylərdən bəhs edib, havadan danışmıram.

Ürəyimin

Başın, təpənin tüstüsü ürəyimin də odu var,
Əriyibdi düşüb oda, yoxdu yağı ürəyimin.
Adına incədən-incə ürək bağı deyirdilər,
Dartılıb ki, qırılıbdı ipi, bağı ürəyimin

İtirmişəm təravəti, üz saralıb, sifət solub,
Boşala, ya boşalmaya qəlbim şişib, könlüm dolub.
Qorxudan, səksəkədən yerindən oynamış olub,
Solu əvvəldən yox idi, çıxıb sağı ürəyimin.

Vaxtında işə başlayıb, vaxtında da dərir barın,
Yığıb dəftər arasına, səpir üstə varaqların.
Qarşısını ala bilir deyə ürək ruzigarın,
Xəzri düşmür bostanına, solmur bağı ürəyimin.

Bir deyil

Xəbərə bax, aman Allah, danışılıb, söylənir ki; –
– Qaymaq hər cür ad alıbdı, balın da adı bir deyil.
Ocağa vələs, küknar, palıd, şam qalanıbdı deyə,
Bölünür neçə hissəyə ocağın odu bir deyil.

Tikəmməyib kiməsə dam, kisə tikir, torba hörür,
Xəstələnibdi daxilən, könül kordu, qəlb də görmür.
Fürsət həddi aşdığından, olduğundan imkan yüz cür,
Neçə cürədi istəyi, kamı, muradı bir deyil.

Nalə çəkib yalvarsa da, baxılmayır heç sözünə,
Salırlar qəfəsə, tora, kül üfürürlər gözünə.
Həsrət qoyulubdu bülbül səmanın, göyün üzünə,
Uçmaqdan ötrü qarğanın, sarın qanadı bir deyil.

Öldürür

Əzabın gücü çatmadı, zülüm öldürəmmədi,
Bir balaca “firavanlıq, rahatlıq” məni öldürür.
Qulaqlarım səsdə qalıb, bilir ki, yol gözləyirəm,
Məktub yollayır üstümə, verib naməni öldürür.

Deyəm, danışam doğrunu, xoşuna gəlməyir dilim,
Bilgiylə dolu dünyada istəməyir nəsə bilim.
Gözlərinə görünməyim, yaşamayım, təki ölüm,
Ağ günümü qara edən dumanı, çəni öldürür.

Yazıb alına yazını, görünməyir ötüşür yan,
Dilbilməzə fürsət verib, dilbilənə vermir aman.
Əlində olan karandaşı, etməyindədi yarıcan,
Məni bu zalım fələyin yazan qələmi öldürür.

Şərh Yaz