Qoluna, dizinə qüvvət

Qoluna, dizinə qüvvət    Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən, yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.
Komandanın ən ümidverici üzvlərindən biri –“ Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kiloqram çəki dərəcəsi üzrə birincilik uğrunda mübarizəyə qoşulub və tarixi qələbəyə imza atıb.
Ağırlıqqaldırma üzrə dünya çempionu Asif Məlikovun davamçısı, bu idman növü üzrə Azərbaycan Respublikasının baş məşqçisi Asif Məmmədovun yetirməsi – atletimiz Məmmədli Məhəmməd Etibar oğlu birdən qaldırma hərəkətində 121 kiloqramı qaldıraraq bu hərəkətdə gümüş medalın sahibi olub.Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən, yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilib. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.
Komandanın ən ümidverici üzvlərindən biri –“ Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kiloqram çəki dərəcəsi üzrə birincilik uğrunda mübarizəyə qoşulub və tarixi qələbəyə imza atıb.
Ağırlıqqaldırma üzrə dünya çempionu Asif Məlikovun davamçısı, bu idman növü üzrə Azərbaycan Respublikasının baş məşqçisi Asif Məmmədovun yetirməsi – atletimiz Məmmədli Məhəmməd Etibar oğlu birdən qaldırma hərəkətində 121 kiloqramı qaldıraraq bu hərəkətdə gümüş medalın sahibi olub.
Məhəmməd təkanla qaldırma hərəkətində 150 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə qızıl medala sahib çıxıb.
Həmyerlimiz Məhəmməd Məmmədli iki hərəkət üzrə toplamda 271 kiloqram (121+150) nəticə ilə yekun sıralamada Avropa birinciliyinin qalibi adını qazanıb.
Bu, Azərbaycan idman aləmini, ismayıllıları, Məhəmmədin ailə üzvlərini və yaxınlarını sevindirən möhtəşəm bir nəticədir. Bu gözəl qələbədə əməyi olan hər kəsə minnətdarlıqla Azərbaycanın ağır atletika sevərlərini təbrik edir, qəhrəmanımızın dünya və olimpiya çempionatlarında da bizə çempionluğunun sevincini yaşadaçağına inanırıq.
Avropa birincisi adına layiq qaldırdığın ağırlığın üzərində ölkəmizin, bölgəmizin, səni övlad və idmançı kimi yetişdirənlərin adı var. Sən qaldırdığın çəki ilə bərabər bu adları da ucalara qaldırdın. Qoluna, dizinə qüvvət, Məhəmməd!
Şahməmməd Soltanov

Şərh Yaz