Kamil yenə çempiondur

Kamil yenə çempiondurSentyabr ayının 20-dən 23-dək AAAF-ın Xırdalan şəhərindəki idman zalında Federasiyasının xətti ilə poverliftinq idman növü üzrə birincilik keçirilib. Həmin yarışa həmyerlimiz, polis çavuşu Kamil Qafarov da qatılıb. Kamil 90 kiloqram çəki dərəcəsində çıxış edib.
Həmyerlimizi belə yarışlarda qaliblər sırasında görməyə adət etmişik. Bu dəfə də onun çıxışı çox uğurlu alınıb. O, həmin idmanın benç növü üzrə 215 kiloqram nəticə göstərərək çempion olub. Bu dəfə də ənənəsinə sadiq qalan inmançımız birinci dərəcəli sertifikata layiq görülüb.
Kamili növbəti qələbə münasibəti ilə təbrik edirik! Sağ ol, qoluna qüvvət, eloğlu!
“İsmayıllı xəbərləri”Sentyabr ayının 20-dən 23-dək AAAF-ın Xırdalan şəhərindəki idman zalında Federasiyasının xətti ilə poverliftinq idman növü üzrə birincilik keçirilib. Həmin yarışa həmyerlimiz, polis çavuşu Kamil Qafarov da qatılıb. Kamil 90 kiloqram çəki dərəcəsində çıxış edib.
Həmyerlimizi belə yarışlarda qaliblər sırasında görməyə adət etmişik. Bu dəfə də onun çıxışı çox uğurlu alınıb. O, həmin idmanın benç növü üzrə 215 kiloqram nəticə göstərərək çempion olub. Bu dəfə də ənənəsinə sadiq qalan inmançımız birinci dərəcəli sertifikata layiq görülüb.
Kamili növbəti qələbə münasibəti ilə təbrik edirik! Sağ ol, qoluna qüvvət, eloğlu!
“İsmayıllı xəbərləri”

Şərh Yaz