Yaddas kitabcasi

Layihəyə peşəkarcasına yekun vurulub

Layihəyə peşəkarcasına yekun vurulubTəhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş İ.Həsənov adına İsmayıllı şəhər 1nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyevanın “Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq!” adlı layihənin yekunlaşması ilə bağlı hesabat xarakterli yığıncaq keçirilib.
31 oktyabr 2018-ci il tarixdə keçirilən tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, müəllimlərdən bir qrupu, layihənin icrasında yaxından iştirak etmiş məktəb şagirdləri və rayonda çıxan “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru iştirak edib.
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş İ.Həsənov adına İsmayıllı şəhər 1nömrəli tam orta məktəbinin müəllimi Surə Mehdiyevanın “Biz tarixə sığınmadıq, dünən vardıq, bu gün varıq!” adlı layihənin yekunlaşması ilə bağlı hesabat xarakterli yığıncaq keçirilib.
31 oktyabr 2018-ci il tarixdə keçirilən tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru, müəllimlərdən bir qrupu, layihənin icrasında yaxından iştirak etmiş məktəb şagirdləri və rayonda çıxan “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru iştirak edib.
Layihənin əsas məqsədi şagirdlərin internet texnologiyalarına düzgün istifadə etməsinə, internet resurslarına Qarabağ həqiqətlərini düzgün yerləşdirməsinə və bu informasiyanın beynəlxalq ictimaiyyətə düzgün çatırılmasına zəmin yaratmaq olub.
Layihə İsmayıllı rayon məktəblərinin 200 nəfər 9, 10 və 11-ci sinif şagirdini əhatə edib.
Layihənin yekun tədbirində görülən işlər barəsində S.Mehdiyeva ətraflı məlumat verib. İştirakçılar çıxışlarında layihənin mahiyyətindən, icraçının peşəkarlığından və layihədə qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsindən söz açıb, Surə Mehdiyevaya uğurlar diləyiblər.
Ş.Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru

Şərh Yaz