Yeni növrağını yaşayan Lahıcda “Bilik bayramı”

İsmayıllı rayonunun Lahıc qəsəbəsi bu gün yeni dövrünü yaşayır. Bir vaxtlar lahıclıların arzusunda olduqları məsələlər, sosial problemlər artıq öz həllini tapıb: qəsəbəyə yeni yol, qaz xətti çəkilib, yeni məktəb binası inşa olunub. Yeni məktəbə ilk qədəm qoyduqları andan lahıclı məktəblilərin onların çöhrəsindəki sevinc dolu hissləri görməmək mümkün deyildi.Yeni növrağını yaşayan Lahıcda “Bilik bayramı”             Yeni növrağını yaşayan Lahıcda “Bilik bayramı”             “Bilik günü”ndə ağsaqqal müəllim Əbülfəz Həşimov çıxış edərək məktəblilərə yeni dərs ilində uğurlar arzuladı. O, 400 yerlik yeni təhsil ocağının Prezident İlham Əliyevin Lahıc məktəblilərinə, pedaqoji kollektivə, sakinlərə böyük hədiyyəsi olduğunu vurğulayaraq, bunun dövlətimizin başçısının Azərbaycanın gələcəyinə, təhsilinə göstərdiyi diqqətin bir nümunəsi olduğunu bildirdi.
Bilik bayramında çıxış edən məktəbin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili təhsilin müasir standartlar səviyyəsində təşkili üçün hər cür şəraiti olan yeni binanın açılışının Lahıc məktəbinin 130 illiyinin qeyd ediləcəyi 2018-ci ilə təsadüf etdiyini diqqətə çatdırdı. O, sinif otaqlarının qış aylarında artıq odunla deyil, istilik sistemi ilə qızdırılacağını bildirdi.“Yaradılan şərait – laboratoriya, fənn kabinetləri, kompüter otağı, müasir idman zalı qarşıya təhsildə yeni-yeni uğurlar qazanmaq vəzifəsini qoyur və kollektiv savadlı, yüksək intellektli, vətənpərvər nəslin yetişdirilməsinə cavabdehdir. Bu, dövlətimizin başçısının istəyi, qarşımıza qoyduğu vəzifədir”, – deyə məktəb direktoru vurğuladı.
“Bilik günü”ndə çıxış edən dövlət qulluğu veteranı Valeh Salehov, həkim Sədrəddin İsgəndərov, qəsəbə icra nümayəndəsi Fikrət Haqverdiyev, Lahıc bələdiyyəsinin sədri Rövşən Əliyev və başqaları çıxışlarında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 26-da tam orta məktəb üçün inşa edilən yeni binanın açılışında iştirak etmələrinin, habelə kəndin qazlaşdırılmasının, Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsinin tarixi hadisə olduğunu diqqətə çatdırdılar. Qeyd olundu ki, Prezident İlham Əliyevin qəsəbəyə səfəri, açılış mərasimlərində iştirakı dövlətimizin başçısının nəinki şəhər və bölgələrin inkişafına diqqətinin, həm də hər bir azərbaycanlının Prezidenti olduğunun bariz nümunəsidir. Lahıclı məktəblilər onlara hədiyyə edilən yeni tədris ocağına görə dövlətimizin başçısına minnətdarlıq edib, yaxşı oxuyacaqlarına, Vətənə layiqli övlad kimi yetişəcəklərinə söz veriblər. Onlar “Bilik günü” mərasimində Azərbaycana həsr olunan şeirlər söyləyiblər.
Məktəbdə yaradılan şərait, səliqə-sahman göz oxşayırdı. Bu tədris ocağında cari dərs ilində 220 şagird təhsil alacaq. Onlardan 15 nəfəri bu il ilk dəfə birinci sinfə qədəm qoyur. Təlim-tərbiyə işləri ilə 32 müəllim məşğul olacaq. Qeyd edək ki, Lahıc qəsəbəsində builki məzunlardan 9 nəfəri ali məktəblərə sənəd verib, onlardan 5-i arzusuna çatıb. İki nəfər isə orta ixtisas məktəbinə qəbul olub. Yeni məktəbin istifadəyə verilməsi bu nəticələrin daha da yaxşılaşmasına səbəb olacaq.
Valeh Salehov

Şərh Yaz