Təqdimatdan doymamış ayrılıblar

Sentyabr ayının 14-də İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon ictimaiyyəti nümayəndələri və qonaqların iştirakı ilə gənc şairə Turac Hilalın sayca ikinci olan “Mən ki səndən doymadım” şeirlər kitabının təqdimat mərasimi keçirilib. Təqdimatdan doymamış ayrılıblar
Təqdimatdan doymamış ayrılıblar
Təqdimatdan doymamış ayrılıblar             Rayon Mədəniyyət mərkəzinin foyesində düzənlənən tədbirdə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov və RİH başçısının müavini Sevil Əhmədova, Aşıq Əhliman, Aşıq Elman, “Dağ çiçəkləri” ədəbi məclisinin və “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin üzvləri, ətraf rayondan gələn qonaqlar, şairənin yaxınları və qohumları iştirak edib.
Tədbirdə aparıçılıq edən “Tərəqqi” medallı jurnalist Lətifə Əliyevanın qısa açıqlamasından sonra rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov İsmayıllı ədəbi mühiti barədə fikirlərini söyləyib. O qeyd edib ki, Turac Hilal yaradıcılığı ilə kifayət qədər tanışdır və şeirlərinin hər birində müəllifin vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi öz əksini tapıb. Sözü, sənəti yüksək dəyərləndirən Əməkdar elm xadimi gənc şairəyə hədiyyə təqdim etməklə bərabər ona yaradıcılıq uğurları arzulayıb.
“Dağ çiçəkləri” ədəbi məclisinin rəhbəri Nazir Ziya Talıstanlı, Azərbaycan Yazıçılar Birliyinin Oğuz, Qəbələ, İsmayıllı rayonları üzrə təmsilçisi Vüsal Oğuz, Saatlı rayonundan gəlmiş poeziya həvəskarı, müəllim Oruc Muradov T.Hilal yaradıcılığının müasirliyindən, ədəbi-bədii düşüncələrinin zəngin və orijinal olmasından söz açıblar.
“Niyal” xalq çalğı alətləri ansamblının üzvləri Sahibə Abdullayevanın, Qalib Güləliyevin və qonaq aşıqların oxuduğu mahnılar, gənc şairənin bədii qiraətçi Ramiz Zülfüqarovun ifasında səslənən şeirləri iştirakçılara xoş ovqat bəxş edib.
Г‡ıxış edənlərdən Hacıməmməd Məmmədov, şairənin atası Ramiz Səfərov tədbirin təşkilatçılarına, xüsusən də rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq ediblər.
Sonda müəllif yeni şeirlərini oxuyub, öz adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq bildirib, kitablarını oxuculara təqdim edib.
Bir qədər obrazlı səslənsə də, tədbiri izləyənlər “Mən ki səndən doymadım” adlı kitabın təqdimatından sözün həqiqi mənasında, doymamış ayrılıblar.
Şahməmməd Soltanov,
“İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri

Şərh Yaz