CƏNNƏTMƏKAN İSMAYILLI

İsmayıllılar qarşıdakı illərdə də çox uğurlu, sevincli qələbələrə imza atacaqlar.
CƏNNƏTMƏKAN İSMAYILLICƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
CƏNNƏTMƏKAN İSMAYILLI
“…Biz bütün lazımi infrastruktur layihələrini icra edirik, o cümlədən İsmayıllı rayonunda. Mən dünən İsmayıllı rayonunun bəzi obyektlərinin açılışında olmuşam. Həm yeni heyvandarlıq kompleksi, aqropark, yarımstansiya, yollar –“ bütün bunlar İsmayıllı rayonunun inkişafına xidmət göstərir. İsmayıllı rayonunda qazlaşdırmanın səviyyəsi 75 faizdir. Biz içməli su layihəsini icra etmişik, İsmayıllı şəhərinin içməli su problemi həll olunub. Bir çox kənd yolları salınıb. Dünən istifadəyə verdiyimiz yarımstansiya nəinki İsmayıllı rayonuna, qonşu rayonlara da enerji ötürür. İndi yarımstansiya ancaq 40 faiz gücü ilə işləyir. Yəni, İsmayıllı rayonunun gələcək inkişafı üçün bizdə indi bütün enerji təsərrüfatı mövcuddur”.
İlham ƏLİYEV

ƏSRARƏNGİZ ŞƏHƏR

Babadağın zirvəsində Azərbaycanın füsunkar təbiəti, əzəmətli qayaları, saysız hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən zümrüd meşələri, nadir ağacları, hayqıran çayları, çağlayan şəlalələri, zəngin flora və faunası ilə seçilən İsmayıllı rayonu yerləşir. İlahinin bəxş etdiyi bənzərsiz gözəlliklər, sərvətlər qiymətsizdir. Qərbində havadan qar qoxusu gələndə şərqində hələ meyvə yığılır. Şimalında aramsız yağışlar yağanda cənubunda torpaq quraqlıqdan korluq çəkir. Bir yanında şaxta iliyə işləyəndə o biri tərəfində kölgəliyə tələsirsən. Aranında biçin qurtaranda yaylağında hələ ot göyərir. Bu dünyada əsl cənnəti görmək və Tanrının bəxş etdiyi nemətləri dadmaq istəyirsinizsə, yolunuzu ulu sənətkarlar yurdunun cəmləşdiyi füsunkar İsmayıllıdan salın.

***
İsmayıllı rayonunun adı çəkiləndə çoxları haqlı olaraq o yerlərin füsunkar təbiətini xatırlayır. Dağlar, meşələr, şəlalələr, bulaqlar –“ bu sərvətlər İsmayıllıda çoxdur. İsmayıllı deyəndə bir də Lahıc –“ sənətkarlar şəhəri, açıq səma altında muzey yada düşür. Daha məlumatlı insanlar xatırlayacaqlar ki, kəlağayının vətəni sayılan Basqal kəndi də İsmayıllıdadır. Məşhur İvanovkanı da diqqətdən kənarda saxlamaq insafsızlıq olar.
İsmayıllı toponiminin mənşəyi barədə fərziyyələr çoxdur. Belə fərziyyələrdən biri daha romantikdir. Deyilənə görə bu diyarda bir-birini ürəkdən sevən iki gənc varmış. Günlərin birində qız yol üstündə dayanıb sevgilisini gözləyərkən oradan keçən bir kişi soruşur: “Sən burada kimi gözləyirsən?” Qız səmimi cavab verir: “İsmi Mayılı gözləyirəm”, yəni “Mayıl adlı gənci gözləyirəm”. Deyilənə görə o vaxtdan bu yerin adı “İsmi Mayılı” olub, zaman keçdikcə bu söz dəyişərək “İsmayıllı” şəklinə düşüb.
Məlumdur ki, İsmayıllı rayonunun güclü kənd təsərrüfatı var. Respublikada geniş yayılmış meyvə və tərəvəz növlərinin əksəriyyəti burada yetişdirilir. Üzüm plantasiyaları üçün xeyli sahə ayrılıb, lakin İsmayıllı sakinlərinin ən çox xoşladığı bitki paxladır. Burada ildə iki dəfə – yazda və payızda məhsul yığılır. Paxladan müxtəlif yeməklər hazırlanır, onu sirkəyə qoyur, qurudub qış üçün saxlayırlar. İsmayıllı sakininin evinə getsəniz sizi hökmən ətirli lobya çığırtması, sulu paxla və ya lobyalı aşa qonaq edəcəklər.
Kim nə deyir desin, İsmayıllının təbiəti həqiqətən səxavətlidir. Rayonda meşələr və dağlarla yanaşı mənzərəli şəlalələr yaradan Girdimançay, Göyçay, Ax-Ox çay və başqa çaylar var. Qalacıq kəndinin yaxınlığında iki şəlalə var. “Ana şəlalə” meşədə qayadan süzülür, o biri şəlalənin isə məxsusi adı yoxdur. Hər ikisinin hündürlüyü 50 metrə yaxındır. Burovdal kəndində 50 metr, Г‡ayqovuşanda 30 metr, İstisu və Müdrüsə kəndlərinin yaxınlığında isə hündürlüyü “cəmi-cümlətani” 25 metr olan şəlalələr var.
Təsadüfi deyil ki, alban hökmdarları öz iqamətgahlarını bu diyarda tikiblər. İndi Cavanşir qalası adlanan iqamətgah Mehranilər sülaləsindən olan görkəmli hökmdarın şərəfinə belə adlandırılıb. Bu sülalənin əsasını qoyduğu Girdiman knyazlığı müasir İsmayıllı rayonunun ərazisində yerləşib, sonradan onların hakimiyyəti bütün Albaniyanı əhatə edib. Cavanşir özü 638-670-ci illərdə Albaniya hökmdarı olub. 667-ci ildə o, Ərəb Xilafətinin vassalı olmasını etiraf edib. Bu hərəkət ölkəmizin tarixində dönüş nöqtəsi olub və islam dininin yayılmasına şərait yaradıb.
İsmayıllıda bir qədər başqa xassələrə malik olan ayrı bir qala da var. Xalq arasında “Haram” adlanan bu qala Sulut kəndinin yaxınlığında, son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlərin “Qırx otaq” və ya “Qırx qız qəsri” adlandırdığı bu tikilidə otaqların sayı əslində daha çoxdur. Rəvayətə görə Şirvan xanları bu qəsrin hər otağında bir gözəl xanım saxlayır və kefləri istəyəndə onların yanına gedirlərmiş. Elə buna görə də qalanı “Haram” adlandırmağa başlayıblar.

LAHICLI SƏNƏTKARLAR VƏ MONOMAXIN PAPAДћI

İsmayıllıda azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri –“ ləzgilər, tatlar, ruslar, habelə Qafqaz Albaniyası xalqlarından olan hapıtlar da yaşayır. Hapıtlar əsasən Mollaisaqlı, Hacıhətəmli kəndlərində yaşayırlar. Həmin kəndlərdə arxeoloji qazıntılar zamanı çoxlu gil qab, tunc bəzək əşyaları, eramızdan əvvəl II-I əsrlərə aid qəbirlər aşkar edilib. Yeri gəlmişkən, dünyada tapılmış ən qədim kərə yağı nümunəsi (e.ə. III-I əsrlər) məhz burada tapılıb. Həmin yağın qida məhsulu kimi istifadə müddəti keçdiyinə görə indi onu İsmayıllı diyarşünaslıq muzeyində saxlayırlar.
İsmayıllıda yaşayan milliyyətləri sadalayarkən lahıclıların adını çəkməyi unutduq. Formal baxımdan bu milliyyət tatlara aid olsa da özlərini ayrıca etnik qrupa aid edirlər və xüsusi ləhcə ilə danışırlar. Lahıcın dəmirçiləri, misgərləri daha məşhur olsa da burada xalça toxuyur, suvenirlər hazırlayır, milli geyimlər tikirlər. Bir il əvvələ qədər atlar üçün yəhər, yüyən, üzəngi və başqa ləvazimatlar hazırlayan rəhmətlik Azad Manafov bu kəndin fəxri sayılırdı. Burada bir faktı xüsusi qeyd etməliyik ki, sənətkarın yeniyetmə dövründən görmə qabiliyyətini itirməsi onun usta kimi formalaşmasına mane olmayıb.
Belə bir ehtimal var ki, Rusiyada mütləqiyyət hakimiyyətinin rəmzlərindən biri sayılan Monomax papağını da lahıclı ustalar tikiblər. Bu fakt sənədlərlə təsdiqlənməyib, lakin bu diyarda yaşayan və çalışan insanların istedadını görəndə papaq məsələsinə də inanmalı olursan. Xüsusən ona görə ki, Moskva hökmdarlarının nəsildən-nəslə keçən bu reqaliyası Qızıl Orda hökmdarı Özbək xan tərəfindən öz himayədarı İvan Kalitaya hədiyyə edilib. Papaq onun sifarişi ilə Şərq ustaları tərəfindən və istisna deyil ki, elə Lahıcda tikilib.
Belə maraqlı məlumatlardan sonra Lahıcda VI əsrdə tikildiyi hesab edilən kanalizasiya sisteminin hələ də qalması barədə məlumata daha kim təəccüblənər?!
Daha bir maraqlı fakt. 1918-ci ildən 1920-ci ilədək mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə Qızıl Ordunun Bakıya gəlişindən sonra üç ay Lahıcda təqiblərdən gizlənib. Deyilənə görə, “qırmızı terrordan” əsla qorxmayan şəhər sakinləri AXC-nin liderinə böyük hörmət və ehtiramla yanaşıblar.

İSMAYILLIYA UZUN İLLƏR DÜNYA ŞÖHRƏTİ GƏTİRMİŞ NÜMUNƏVİ MƏKAN

İsmayıllının digər kəndi İvanovkaya isə sovet hakimiyyəti, görünür, yalnız fayda gətirib. Hər halda uzaq 1936-cı ildə yaradılan kolxoz indi də fəaliyyət göstərir və uzun illər ona sədrlik etmiş əfsanəvi Nikitinin adını daşıyır. Burada hələ də kollektiv-ictimai əmək sistemi qüvvədədir, 2 min başdan çox qaramal, 7 min qoyun, habelə ev quşları saxlanılır. İvanovkanın xama, yağ, pendir kimi təbii məhsullarından heç danışmağa da dəyməz. Onlara olan tələbat təklifi çoxdan üstələyib.
Yeri gəlmişkən, İvanovkanın əzəli adı Həftərandır. Kəndin adı 1852-ci ildə molokanların bu yerlərə köçürülməsinə başçılıq etmiş Qriqori Nikiforoviç İvanovun şərəfinə dəyişdirilərək belə adlandırılıb.
İvanovkada qonaq olmaq istəyənlərin sayının çox olmasına baxmayaraq, kənddə mehmanxana yoxdur, amma mənzil kirayələmək olar. Belə gest-haus sahiblərindən biri Tatyana Sadıxovadır. Bu qadın ingilis əsilli həyat yoldaşı ilə birlikdə İvanovkada ev tikib. T.Sadıxova deyir ki, ailəvi qonaqları qəbul etmək üçün həyətdə bir neçə kottec tikiblər, amma əvvəlcə bu kottecləri icarəyə vermək barədə düşünməyiblər. Sonra tələbatın getdikcə artdığını görən ər-arvad boş qalan otaqları turistlərə kirayə verməyi qərara alıblar. Hazırda burada hər cür rahatlığı olan ikiotaqlı altı ev var. Həyətdə uşaq oyun meydançası və tam təchizatlı mətbəx yerləşir. Burada müsafirlər özləri biş-düş edə bilərlər.

BASQAL AVROPANI NECƏ GERİDƏ QOYDU, YAXUD VALEHEDİCİ KƏLƏДћAYILAR

İsmayıllının daha bir məşhur kəndi Basqal bir çox cəhətdən qonşu Lahıcın şöhrətinə şərik çıxa bilər. Bu yaşayış məskəni o qədər qədimdir ki, hətta Makedoniyalı İsgəndərin yürüşünün şahidi olub. Hər halda burada elə hesab edirlər. Deyilənə görə, eramızdan əvvəl IV əsrdə böyük sərkərdə çoxsaylı qoşunu ilə Şirvana gəlib və Basqal yaxınlığındakı dağın ətəyində düşərgə salıb. Hökmdarın əmrlərini əsgərlərə və təbəələrə çatdırmazdan əvvəl carçılar dağa qalxıb qızıl şeypurlarla ətrafa haray salıblar. Yerli əhali bu dağı elə belə də adlandırıb: Fitdağ, yəni fit dağı.
Lahıcda olduğu kimi, Basqalın da kanalizasiya sistemi var. Kürəbənd adlanan kanalizasiya sistemi hələ orta əsrlərdə (XII əsrdə, bəlkə də xeyli əvvəl) inşa edilib. Yerin altından çəkilərək, daş döşənmiş yolun altında gizlənən borular indiyə qədər şəhəri çirkab sularından təmizləyir. Sistem elə mükəmməl işləyir ki, insanlar hələ də bu suların hara axıb-getdiyini başa düşmür. Maraqlıdır ki, Azərbaycan şəhər infrastrukturunun təşkili baxımından qocaman Avropanı bir neçə əsr qabaqlayır. Avropada ilk döşənmiş yollar yalnız XIV əsrdə, kanalizasiya isə XIX əsrin ortalarında meydana gəlib.
Tatdilli Lahıcdan fərqli olaraq, Basqal əhalisi dialekti təbrizlilərin ləhcəsinə bənzəyən Azərbaycan dilində danışırlar. Türk mənşəli “Basqal” toponimi akademik Ziya Bünyadovun fikrincə, “bas” və “qal” sözlərinin birləşməsindən əmələ gəlib, “alınmaz qala”, “qala tik”, “qala ucalt” deməkdir. Bu toponim bəlkə də həmin yerlərin seysmodavamlılığının yüksək olması ilə bağlıdır. Hər halda indi də Basqalda evləri xüsusi texnologiya ilə tikirlər. Г‡ay daşının hər beş-altı qatından sonra hörgü tirlərlə möhkəmləndirilir. Mütəxəssislər bunu tikililəri zəlzələyə davamlı edən “seysmik qurşaq” adlandırırlar. Basqal evlərinin daha bir fərqləndirici xüsusiyyəti budur ki, XVII əsrdən başlayaraq burada hamamları başqa kəndlərin çoxunda uzun müddət qəbul edildiyi kimi evin çölündə deyil, içində tikməyə başlayıblar.
Orta əsrlərdə Basqal sənətkarlıq və ipəkəyirmə mərkəzlərindən biri olub. Burada deyirlər ki, şəkililər ipəkəyirməni basqallılardan öyrəniblər. 1862-ci ildə Azərbaycan ipəyi ilk dəfə Londonda beynəlxalq sərgidə nümayiş etdirilib. Burada basqallı toxucu Nəsir Əbdüləziz zərif kələğayı və qanovuz parçaya (çox nazik parlaq ipək parça) görə gümüş medala və diploma layiq görülüb. Azərbaycanlı xanımların ənənəvi yaylıqları olan ipək kələğayılar Basqala xüsusi şöhrət qazandırıb. Altı-yeddi rəngdən ibarət kələğayılar ən qiymətli kələğayılar sayılır. Basqalda bu günə qədər məhz belələrini istehsal edirlər. Kənddə İpək Mərkəzi və kiçik Kələğayı Muzeyi fəaliyyət göstərir. Yeri gəlmişkən, mərkəzdə sifarişlə kələğayı hazırlanır. Bir kələğayının qiyməti rənglərinin sayından, ornamentlərinin mürəkkəbliyindən asılı olaraq 30 manatdan başlayır. Kələğayı hazırlanması yetərincə çətin və uzun prosesdir, adətən yeddi-on gün çəkir. Kələğayını bəzəmək üçün müxtəlif milli ornamentli şablonlardan istifadə olunur. Onların arasında ən populyarı yumruq vəziyyətində əlin arxa hissəsini xatırladan, şiş ucu içəri əyilmiş badamvari naxışı xatırladan butadır.
Yeri gəlmişkən, İpək Mərkəzinin müsafirləri kələğayı hazırlanması prosesinə tamaşa etməklə bərabər, özləri də həmin prosesə qoşulub, sonradan bu əl işini Basqal və İsmayıllı haqqında xoş xatirə kimi saxlaya bilərlər.

İSMAYILLI QONAQLARA GƏL-GƏL DEYİR

Maşınımız Bakıdan çıxıb Bakı-Balakən yoluna çıxanda sürücüdən soruşdum ki, İsmayıllıya neçə saata çatarıq?
– Allah qoysa, 2 saat yarıma İsmayıllıdayıq, – dedi.
Uşaqlıq vaxtı qarış-qarış gəzdiyim bu yerlərdən ötrü çox darıxdığımdan 2 saat yarımlıq yolumuz mənə çox uzun görünürdü. Qobustandan Şamaxıya keçib yaşıllıq məkanına daxil olanda içimdə nəsə bir yüngüllük hiss etdim. Yaşıl örtüyə bürünmüş başı ağ çalmalı dağlara yaxınlaşdıqca daha rahat nəfəs alırdım. Şirvanın əsrarəngiz iqlimi getdikcə sərin havası ilə əvəz olunurdu.
İsmayıllıya sürücünün dediyi vaxtda çatdıq. İsmayıllı əvvəlki –“ yəni mənim 1990-cı ildə qoyub gəldiyim İsmayıllı deyil. Ölkəmizdəki sosial-iqtisadi və mədəni inkişafın bütün təzahürləri bu rayonda da özünü qabarıq göstərir. Bu torpağın füsunkar təbiəti fonunda yollar nisbətən rəvanlığı ilə seçilir. Yolların kənarlarında əkilmiş meşə zolağı qəlbə dinclik, rahatlıq gətirir. Münasib yerlərdə qurulmuş, bir-birindən səliqə-sahmanlı ictimai-iaşə obyektləri qonaqların diqqətindən yayınmır. Sanki adamı dincəlməyə səsləyir.
Azərbaycan iqtisadiyyatı indi sürətlə inkişaf edir. Bu inkişafın fonunda ölkəmizin füsunkar bir guşəsi olan İsmayıllı da öz yerini tapıb. Son 10-15 ildə burada çoxlu sayda yeni yaşayış binası, sosial-mədəni obyektlər, səhiyyə və təhsil ocaqları inşa olunub, parklar salınıb, küçələr genişləndirilib, digər sosial yönümlü tədbirlər həyata keçirilib.
Yay fəslində burada həyat sanki qaynayır, qonqalara gəl-gəl deyir. Yaşıllığa bürünmüş dağlar qoynunda dincəlmək, təbiətin gözəlliklərini seyr etmək, çayların, bulaqların, şəlalələrin zümzüməsinə qulaq asmaq, təmiz dağ havasından doyunca udmaq, səs-küydən uzaq olmaq üçün bu yerlərə gələnlərin sayı ilbəil artır.

İSMAYILLI AQRAR İSLAHATLARIN YENİ MƏRHƏLƏSİNDƏDİR

Son illərdə Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və icra olunan dövlət proqramları nəticəsində dövlət tərəfindən hərtərəfli dəstək alan sahibkarlar yeni zavod, fabrik və digər istehsal müəssisələri yaradırlar. Bununla da, ölkəmizin iqtisadi potensialı artır, özəl sektor inkişaf edir və ən əsası işsizlik problemi aradan qaldırılır. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Dövlətimizin başçısının yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı müvafiq Fərmanla aqroparkların yaradılması məhz bu problemlərin aradan qaldırılmasına yönəlib. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara stabil və etibarlı çıxışını təmin etməyə əlverişli şərait yaradır. Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur. İndiyə qədər aqroparkların yaradılması üçün dövlət dəstəyi hesabına infrastruktur, o cümlədən su, elektrik, qaz və yol çəkilişi, meliorativ tədbirlər və digər infrastruktur işlərinə 218 milyon manatdan çox investisiya qoyulub. Ümumi dəyəri 457 milyon manatdan çox olan 17 aqroparkın yaradılmasına dövlət tərəfindən 111,2 milyon manat güzəştli kredit ayrılıb və 15 aqropark üzrə dəyəri 563,5 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq dörd aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb. Yeni aqroparklardan biri də İsmayıllı rayonunun Kürdmaşı kəndində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkdır.
Ümumi dəyəri 22 milyon manat olan aqroparkın yaradılmasına birinci mərhələdə 7,7 milyon manat investisiya qoyulub. Bunun 1,9 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Ərazisi 602 hektar olan aqroparkın tərkibinə əkinçilik təsərrüfatı, soyuducu anbar kompleksi, istehsal olunmuş kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və paketlənməsi sahələri daxildir. Aqroparkda cari ildə 120 hektar buğda, 120 hektar kartof və 96 hektar qarğıdalı əkilib. Əkin sahələrinin davamlı və keyfiyyətli su təminatının həyata keçirilməsi üçün 2 su anbarı inşa edilib, su və elektrik xətləri çəkilib, ilkin olaraq 90 hektar sahədə müasir suvarma sistemi qurulub, müxtəlif kənd təsərrüfatı təyinatlı texnika və aqreqatlar alınıb.
Aqroparkın 3 min ton tutumu olan soyuducu anbar kompleksi məhsulların uzun müddət keyfiyyətli və itkisiz saxlanılmasına imkan verir. Anbarda gücü saatda 15 ton çeşidləmə və gücü saatda 10 ton olan paketləmə xətləri quraşdırılıb. Bu avadanlıq hesabına sahədən yığılan ekoloji təmiz məhsullar ölçülərinə görə çeşidləndikdən sonra paketlənərək aqroparkın soyuducu anbar kompleksində saxlanılır və əsasən qeyri-mövsüm dövründə satışa çıxarılır. Kartofçuluq üzrə ixtisaslaşan aqroparkda il ərzində təqribən 2,7 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunaraq “İsmayıllı Tərəvəzləri” brendi altında yerli və xarici bazarlarda satışa çıxarılacaq.
Aqroparkda Almaniyadan və Hollandiyadan gətirilmiş super elit və elit toxumlardan ölkəmizin müxtəlif regionlarının iqlim şəraiti və torpaq strukturuna uyğun yüksək keyfiyyətli toxumların yetişdirilməsi nəzərdə tutulur. Növbəli əkin sisteminin tətbiqi, eləcə də düzgün aqrotexniki qaydalara riayət olunmaqla aqroparkda yüksək keyfiyyətli kartof sortları əkilir ki, bu sortlar üzrə hər hektara orta məhsuldarlıq 45-50 ton təşkil edir.
Qeyd edək ki, respublika üzrə ötən il 2016-cı illə müqayisədə kartof istehsalı 1,3 faiz artaraq 913,9 min ton, ixracı 51 faiz artaraq 57,7 min ton, idxalı isə 11,7 faiz azalaraq 168,8 min ton təşkil edib. Gələcəkdə aqroparkda məhsul istehsalının 3 dəfə artırılması, soyuducu anbar kompleksinin 15 min tona çatdırılması və bitki yağları istehsalı sahəsinin yaradılması nəzərdə tutulur. Layihənin icrası nəticəsində 24 nəfər işlə təmin olunub.
Hazırda ölkənin 30 rayonu üzrə 192,2 min hektar ərazidə dəyəri 1,4 milyard manatdan çox olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu il istifadəyə verilən aqroparkların sayının 14-ə çatdırılması planlaşdırılır.

RAYONUN ENERGETİKA SİSTEMİ YENİDƏN QURULUR

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. İsmayıllı rayonunda da energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı prioritet məsələlərdən olub. İsmayıllı Elektrik Şəbəkəsinin xidməti ərazisində son üç ildə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, inkişafda olan turizm, həmçinin kənd təsərrüfatı obyektlərinin elektrik enerjisinə artan tələbatının ödənilməsi üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli hava xətləri çəkilib, üç kəndin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da İsmayıllı Elektrik Şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər ciddi şəkildə azalıb.
Bu sahədə işlər hazırda da davam etdirilir. Yaxın perspektivdə 110/10 kilovoltluq “Qubaxəlilli” yarımstansiyasının yenidən qurularaq 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, 35/10 kilovoltluq “Ağçay” yarımstansiyasının tikilməsi nəzərdə tutulur.
“İsmayıllı” yarımstansiyası istismar müddətini başa vurduğundan müasir üslubda tamamilə yenidən qurulub. Bu yarımstansiya vasitəsilə İsmayıllı şəhərinin və ətraf 14 yaşayış məntəqəsinin, 35 kilovoltluq Basqal və 35 kilovoltluq İvanovka hava xətlərinin üzərində olan 35/10 kilovoltluq “Girdimançay”, “Zərgəran”, “Yeni Basqal” və “İvanovka” yarımstansiyalarının elektrik enerjisi ilə təchizatı həyata keçirilir. Yarımstansiya elektron tipli rele mühafizəsi və avtomatik sistemlərlə təchiz edilib, məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulub. Ümumiyyətlə, 22 min 148 abonentin elektrik enerjisi ilə təmin edilməsi 110/35/10 kilovoltluq “İsmayıllı” yarımstansiyası vasitəsilə yerinə yetirilir.
Rayonun Topçu, Buynuz, Sumağallı, Г‡ayqovuşan, İstisu və Qalacıq kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yaradılan obyektlərin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 110/35/10 kilovoltluq 10 MVA gücündə “Topçu” yarımstansiyası inşa edilib. Bu yarımstansiyadan çıxan 10 kilovoltluq hava xətləri vasitəsilə təxminən 1200 abonentin elektrik təchizatı həyata keçirilir. Yarımstansiyanın fəaliyyətə başlaması üçün işlər davam etdirilir. İsmayıllı rayonunun Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 35/10 kilovoltluq 2,5 MVA gücündə “Yeni Basqal” yarımstansiyası da inşa edilib və istismara verilib. Yarımstansiyanı qidalandıran 35 kilovoltluq “Basqal” hava xəttinin 2,3 kilometrlik hissəsi əsaslı təmir olunub, 5,5 kilometrlik hissəsi isə yeni çəkilib.

QƏDİM SƏNƏTLƏR BƏRPA EDİLİR

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgədə xalça fabrikləri istifadəyə verilib. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyirici – boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin İsmayıllı filialı da bu sırada mühüm yerlərdən birini tutur.
Müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, İsmayıllı rayonunun xalçaçılıq ənənələri çox zəngindir, qədimdir: “Г‡ox yaxşı ki, siz bu sənəti yaşatmısınız, yaşadırsınız. Gərək gələcək nəsil də bu sənəti mənimsəsin. Yəni, xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Azərbaycan xalçaları dünya miqyasında tanınır və dünyanın aparıcı muzeylərində təqdim olunur.
Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun.
Dövlət daim sizi dəstəkləyəcək. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər – hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm”.
Bəli, yeni emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Müəssisədə çalışan toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

“AZZA AGRO” MMC-NİN MÜASİR HEYVANDARLIQ KOMPLEKSİDİR

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, ölkədə ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə yeni heyvandarlıq kompleksləri yaradılır. Respublikada ət və süd məhsullarına olan tələbatın yerli istehsal hesabına tam ödənilməsi məqsədilə dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 264,1 milyon manat olan 49,9 min başlıq 27 müasir cins heyvandarlıq kompleksinin yaradılmasına 111,7 milyon manat güzəştli kredit ayrılıb. Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən 9 heyvandarlıq kompleksinin yaradılmasına ümumi dəyəri 68,4 milyon manat olan investisiya təşviqi sənədi verilib ki, nəticədə qənaət olunmuş 746 min manat vəsait sahibkarlar tərəfindən həmin layihələrin icrasına yönəldilib. Ölkədə müasir heyvandarlıq komplekslərinin yaradılması nəticəsində xaricdən yüksək məhsuldar cins heyvanlar gətirilərək əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının daha yüksək səviyyədə ödənilməsi təmin edilir. 2009-cu ildən indiyədək ölkəyə “Aqrolizinq” ASC vasitəsilə 29,9 min baş yüksək məhsuldarlığa malik cins heyvanlar gətirilib. Ölkədə 2017-ci ildə ət istehsalı ötən illə müqayisədə artaraq 133 min ton, süd istehsalı isə 2024 min ton olub. Yeni yaradılan heyvandarlıq təsərrüfatlarından biri də İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin müasir heyvandarlıq kompleksidir.
İndiyə qədər yaradılan cins heyvandarlıq komplekslərinin sayı 27-yə çatıb. Bu müəssisələrin illik istehsal gücü 150 min ton süd və 6 min ton ət təşkil edir. Bu il istifadəyə verilməsi nəzərdə tutulan 4 heyvandarlıq kompleksində isə 6600 cins heyvan saxlanılacaq. Həmin müəssisələrin illik istehsal gücü isə 11 min ton süd, 2 min ton ət olacaq.
Müasir texnologiyaların tətbiqinə əsaslanan kompleksin birinci mərhələsi üzrə işlərin görülməsinə 9,5 milyon manat investisiya qoyulub ki, bunun da 3,5 milyon manatı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılıb. Bundan əlavə, kompleksə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib və nəticədə xeyli vəsaitə qənaət olunub. Kompleksin tərkibinə 1000 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir.
Kompleksə gətirilmiş 99 baş “Holstein Friesian” cinsindən olan boğaz düyədən əlavə, bu ilin sentyabr və noyabr aylarında 201 baş cins düyənin gətirilməsi və gələcəkdə heyvanların baş sayının 1600-ə çatdırılması nəzərdə tutulur. Heyvandarlıq kompleksində bu sahədə dünya liderlərindən olan İsveçin “DeLaval” şirkətinin ferma və sağım sistemi avadanlıqları quraşdırılıb. Bu sistem hər bir cins heyvana fərdi yanaşmaqla, onların yaşı, çəkisi, yem rasionu, süd verimi, sağlamlıq vəziyyəti və digər məlumatları xüsusi çiplərdə toplayaraq kompleksin səmərəli idarə olunmasına imkan verir. Belə ki, heyvanların yemlənməsi və sağılması zamanı çiplər vasitəsilə yığılan məlumatlar xüsusi proqramda toplanılaraq hər bir heyvan üzrə gündəlik yem norması müəyyən olunur, sağlamlıq vəziyyəti təhlil edilir. Sistemin daha bir xüsusiyyəti hər bir cins heyvan üçün qüvvəli yemin müəyyən olunmuş vaxtda və miqdarda avtomatlaşdırılmış qaydada verilməsidir. Ferma binalarında quraşdırılmış pərdələr havanın temperaturuna, rütubətlilik səviyyəsinə və günəşin düşmə bucağına görə avtomatik olaraq tənzimlənir. Bundan başqa, fermaların daxili temperaturunun tənzimlənməsi məqsədilə su ilə sərinləşdirilən avtomatik idarə olunan pərlər quraşdırılıb. Bütün bunlar cins heyvanların südünün kəmiyyətinin və keyfiyyətinin artırılmasına imkan verir.
Heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının həcminin artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri də yerli istehsal hesabına davamlı yem bazasının yaradılmasıdır. Bu məqsədlə kompleks tərəfindən qüvvəli və qaba yemə olan tələbatın ödənilməsi üçün cari ildə 500 hektar sahədə arpa və yonca əkilib, 2,1 min ton silos ehtiyatı yaradılıb. Gələcəkdə əkin sahələrinin 800 hektara çatdırılması nəticəsində kompleksin yem tələbatının tam daxili imkanlar hesabına təmin edilməsi, eləcə də ət və süd məhsullarının emalı sahələrinin yaradılması nəzərdə tutulur. Belə ki, kompleksin daha mənfəətlə fəaliyyət göstərməsi məqsədilə gündəlik emal gücü 10 ton süd və 1 ton ət olan emal sahələrində istehsal ediləcək ekoloji təmiz məhsullar “AZZA” brendi adı altında şirkətə məxsus mağazalar şəbəkəsində satışa çıxarılacaq.
Layihənin icrası nəticəsində 14 nəfər işlə təmin olunub. Gələcəkdə iş yerlərinin 70-ə çatdırılması nəzərdə tutulur.

QURUCULUQ İŞLƏRİ İSMAYILLININ HÜSNÜNƏ SIДћAL Г‡ƏKİR

Əldə edilmiş uğurların xoş sorağını eşitdikcə, nəticələrini gördükcə, bəhrələrini daddıqca ürəyimdə bu möhtəşəmliyi yaradanlara əhsən deməkdən başqa çarəm qalmadı. Bütün bu gözəllikləri seyr edə-edə, xəyala daldığım bir vaxtda elə bil yuxudan ayıldım. Bu arada sakinlərin də fikrini dinlədim, rayonda həyata keçirilən quruculuq işlərinin onları razı saldığını eşitdim. Fikrini öyrəndiyim sakinlərin bircə nəfərinin belə rayon rəhbərliyindən, xüsusilə İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovdan, Milli Məclisin bu rayondan seçilmiş deputatı Novruzəli Aslanovdan narazı qaldığını eşitmədim. Hamı qürur və fəxrlə bu qurucu insanların işini, fədakarlığını xüsusi intonasiya ilə vurğuladı.
Həm Mirdaməd müəllim, həm də Novruzəli Aslanov İsmayıllının özündə, eləcə də rayonun kəndlərində ilboyu keçirdikləri səyyar qəbul-görüşlərində də sakinləri dinləyərək onların problemləri ilə maraqlanıblar. Sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edərək ölkədə mövcud olan siyasi sabitliyin və əmin-amanlığın qorunması, hər hansı təxribatçı hərəkətlərin qarşısının alınması sahəsində görülən qətiyyətli tədbirləri müdafiə etdiklərini bildiriblər.
Uşaqlıqdan yaddaşımda məhsul bayramının möhtəşəm məkanı kimi qalan İsmayıllıda bu il də məhsul bayramı xüsusi təmtəraqla keçiriləcək. Bunu da yerli sakinlər dedilər. Bayram təkcə yemək deyil, həm də istirahətdir, əyləncədir. Bütün bunlar hamısı təşkilatçılar tərəfindən nəzərə alınıb. Payızın və istirahətin dadını çıxarmaq istəyənlər, yolunuzu həmin gün əsrarəngiz gözəlliyə və füsunkarlığa malik İsmayıllıdan salıb, xanlara layiq süfrəmizi, qonaqpərvərliyimizi görüb bu yerlərdən bir ürəkdolusu xatirə apara bilərsiniz – növbəti bayramlara yetəcək qədər!
Qədim Şirvanın nadir incisi kimi şöhrət tapan İsmayıllı indi daha sürətlə inkişaf edir. Aparılan quruculuq işləri onun hüsnünə sığal çəkir. Elə buna görə də İsmayıllı gündən-günə gözəlləşir, daha da abadlaşır. Parklar, xiyabanlar salınır, küçələr asfaltlanır, yeni-yeni çoxmərtəbəli yaşayış, ictimai binalar ucaldılır, müasir evlər, məktəblər, uşaq bağçaları, səhiyyə, mədəniyyət ocaqları, turizm obyektləri tikilir. İri müəssisələr, yeni idman qurğuları, müasir hava limanı və onlarca digər sosialyönümlü obyektlər bugünkü İsmayıllının reallıqlarıdır. Bütün bunlar bizim – ismayıllılıların sabaha inamını daha da artırır. Əminik ki, inkişafımız dönməz, gələcəyimiz indikindən də firavan olacaq. Bu da mənim fikrimdir – cənnətməkan diyarın yetirməsinin fikridir, ürəyimdən gələn ifadədir. Bu onu göstərir ki, öz yurdlarını, doğulub boya-başa çatdıqları torpağı sevən ismayıllılılar qarşıdakı illərdə də çox uğurlu, sevincli qələbələrə imza atacaqlar.
CƏNNƏTMƏKAN İSMAYILLI
Daşdəmir Əjdəroğlu

Şərh Yaz