“Sülh aylığı” ilə bağlı tədbir keçirilib

Sentyabrın 13-də İsmayıllıda “Sülh aylığı” çərçivəsində dəyirmi masa keçirilib. “Dini etqad azadlığı insan azadlığının tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nin Şamaxı bölməsi İsmayıllı rayon şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, din xadimləri, ictimaiyyət nümayəndələri, gənclər, ziyalılar iştirak edib.
“Sülh aylığı” ilə bağlı tədbir keçirilib
“Sülh aylığı” ilə bağlı tədbir keçirilib                            Sentyabrın 13-də İsmayıllıda “Sülh aylığı” çərçivəsində dəyirmi masa keçirilib. “Dini etqad azadlığı insan azadlığının tərkib hissəsidir” mövzusunda keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nin Şamaxı bölməsi İsmayıllı rayon şöbəsinin əməkdaşı Elnur Mehdiyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, din xadimləri, ictimaiyyət nümayəndələri, gənclər, ziyalılar iştirak edib.
“Sülh aylığı” ilə bağlı tədbir keçirilib
“Sülh aylığı” ilə bağlı tədbir keçirilib                            Cümə məscidinin iclas zalında reallaşan tədbiri Şahzadə Bilalov açıb, tədbirin mahiyyəti və xarakteri barədə, Məhərrəm ayında Aşura gününün islami dəyərlər əsasında icrası barədə məlumat verib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon üzrə dini komissiyanın sədri Rövşən Ağayev “Sülh aylığı”nın məram və məqsədi, dini radikalizmə qarşı mübarizə tədbirləri barədə danışıb, Məhərrəm ayının keçirilməsində vacib tələblərin gözlənilməsini diqqətə çatdırıb.
DQİDK-nin yerdəki nümayəndəsi Elnur Mehdiyev, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçisi Murad Məhərrəmov rayonda “Sülh aylığı” ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən söz açıblar. Dini etiqad azadlığının insan azadlığının tərkib hissəsi olduğunu, Məhərrəm ayında Aşura gününün islami dəyərlər əsasında keçirilməsinin vacibliyini vurğulayıblar.
Bəhruz Xələfov

Şərh Yaz